Xoşbəxtlik və uğura doğru 10 sadə addım
Birinci addım. Özünüzü öyrənin
Siz Kainatın hədiyyəsisiz. Siz unikalsız, ikinci belə insan yoxdur, olmayıb və olmayacaq. Bircə düşünün!
Özünüzdən xəbər alın: mən kiməm? Nə üçün yaşayıram? Bəzən bu suallara cavab vermək üçün bir həyat belə bəs deyil, amma əgər siz uğurlu adam olmaq istəyirsizsə, onları cavablandırmağa çalışmaq lazımdır.
Mən özümü daha yaxşı tanıdıqca, bir o qədər uğur qazanmaq üçün daha çox enerjim və gücüm olur. Özünüzü əyərənərək öyrənməklə, siz obyektiv özünə qiymət vermək bacarığı imkanını inkişaf etdirirsiz: öz üstünlüklərinizi anlayırsız və mənfi cəhətlərinizə gözlərinizi yummursuz.
İkinci addım. Sifarişinizı qısa və dürüst ifadə edin
Sizin məxfi arzunuz var? Onu qısa və dəqiq ifadə edin! Kainata düzgün sifariş versəz, o arzunuzun yerinə yetməsinin qeydinə qalacaq. Bunun üçün siz dəqiq nə istədiyinizi bilməlisiz, axı sifariş dəqiq ifadə edilmiş və tamamilə qəti bir məqsəddir. Əlbəttə ki, onu özünüz üçün müəyyən etməlisiz, sonra da dünyanın sizi anlaması üçün doğru sözlər tapmalısız.
Üçüncü addım. İstiqaməti müəyyən edin
Məqsədin müəyyən edilməsi hələ hər şey deyil. Ona çatmaq üçün siz özünüzün strateji planınızı işləyib hazırlamalısız. Əgər sizin öz planınız hələ də yoxdursa, deməli siz özgə planla yaşayırsız. Yəni başqasının təsiri altına düşürsüz və bu sizi sevindirmir. Ayaq saxlayıb, düşünün, nə istədiyinizi anlayın – istiqaməti müəyyən edin. Misal üçün, mən gəmiylə Potiyə gedirəmsə, mən özümlə bir günlük yemək və su götürürəm, amma əgər planımda İtaliyaya qədər gedib çıxmaq varsa, onda mənə tamamilə başqa həcmdə azuqə lazım olacaq. Hara getdiyimi ümumiyyətlə bilməyəndə isə işlər lap pis olur.
Dördüncü addım. Emosional təfəkkürü inkişaf etdirin
“Emosional təfəkkürün nə olduğunu bilirsiz? Uğurlu adamlar bilir!
Nəyləsə möhkəm cəlb edən, onlarla ünsiyyətdə olmaq istəyi yaradan insanlar var. Belələri haqda tez-tez deyirlər ki, onlar xarizmatikdir. Bir çox insanlar hələ də hesab edirlər ki, xarizma anadan gəlmə xüsusiyyətdir, amma bu yanlış fikirdir. Hələ ötən əsrin 50-60-cı illərində ABŞ-da uğurlu insanların psixoloji xüsusiyyətlərinin geniş miqyaslı tədqiqatını apardılar və artıq o vaxtlar psixoloqlar müəyyən etdilər ki, xaizma heç də anadan gəlmə xüsusiyyət deyil. Onu inkişaf etdirmək və təkmilləşdirmək olar (və lazımdır!). İnsanlarla elə münasibətlər qurmağa çalışın ki, onlar özlərini sizin yanınızda yaxşı hiss etsinlər, onlar üçün rahat və xoş mühit yaradın.
Beşinci addım. Minnətdar olun
Minnətdarlıq hissi güclü enerjidir. Bir qədər səy göstərin və siz özünüzdə bu hissi yarada və həqiqətən də ən müxtəlif insanlara qarşı və ən müxtəlif səbəblərlə minnətdarlıq hissi keçirə bilərsiz.
Altıncı addım. Sağlam həyat tərzi keçirin
Sağlam həyat tərzi ilk növbədə, hər şeydə mötədilliyə riayət etməkdir. Misal üçün, yeməkdə və passiv istirahətdə. Piyada gəzməyə, təmiz havada gəzintiyə çıxmağa ərinməyin, təbiətin qoynunda olmaq imkanını əldən verməyin. Təbiətlə ünsiyyət bizə enerji verir, o da öz növbəsində xoşbəxtlik və sevinc hiss etməyimizə kömək edir.
Yeddinci addım. Təhsilinizi davam etdirin
Hər bir insan 40 yaşına çatandan sonra yeni nələrisə öyrənməlidir. Fərqi yoxdur, necə – hansısa yeni kursa yazılmaq və ya ağıllı kitab da almaq mümkündür. Əzələ işləməyəndə, ölgünləşir, bu cəhəti ilə o təfəkkürə çox bənzəyir. İxtisasınızı artırmaq üçün nə qədər çox səy göstərsəniz, bir o qədər böyük uğur qazanacaqsız.
Səkkizinci addım. Tarazlığınızı saxlayın
Həyatımızda çoxlu müxtəlif kateqoriyalar var: ailə, iş, dostlar, əyləncə və s. Bir vərəq götürüb, sizin üçün vacib olan kateqoriyaların siyahısını tərtib edin. Sonra da fikir verin ki, hansına daha çox, hansına daha az diqqət verirsiz. Əgər mənim bütün diqqətim işə yönəlibsə, onda dostlarıma vaxtım qalmır, bütün vaxtını ailənə sərf edəndə isə özündən kəsirsən. Sizə harmoniyaya çatmağa imkan verməyən disbalans yaranır.
Doqquzuncu addım
Yaxşılıq edən insan bu yaxşılığın ünvanlandığı insandan daha çox sevinc payı alır. Xeyriyyəçilik, təmənnasız kömək, vacib nəyəsə öz töhfəni vermək – uğurlu insanın xüsusiyyətləridir. Vacib nüans yaxşılığı sakit və ürəkdən eləmək lazımdır.
Onuncu addım
Mənəvi duş qəbul edin İnsanın ancaq bədəni deyil, həm də qəlbi çirklənir. Buna görə də vaxtaşırı olaraq təmizlənməyə ehtiyacımız var. Bunun üçün müxtəlif vasitələr var: tövbə, dua, meditasiya, xüsusi məşqlər və s. Konkret hansı təmizlənmə üsulunu seçməyiniz əsas deyil, əsası odur ki, bu şüulru həyata keçirilsin.
Şəkillər Keti Jvaniya-Taysonun arxivindəndir