62 Ermənistan vətəndaşı Azərbaycanda: hərbi əsirlər, yoxsa diversantlar?
İkinci Qarabağ müharibəsi nəticəsində Azəbaycanın nəzarətinə keçən Xocavənd rayonu ərazisində 62 nəfər Ermənistan vətəndaşı saxlanılıb. Azərbaycan tərəfi hesab edir ki, saxlanılanlar diversantdır və məhkəmə qarşısında cavab verməlidirlər. Ermənistan tərəfi əmindir ki, bu hərbi əsirlər vətənə qaytarılmalıdır.
- Azərbaycanın nəzarətinə keçən Qarabağın Hadrut şəhəri necə görünür. Video
- Ermənistan-Azərbaycan: “Yeni-köhnə sərhəd”, niyə onun müəyyən edilməsi bu qədər problemlidir?
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT baş katibi Antonio Quterreşə ünvanladığı BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasın sənədi qismində məktub BMT Baş Assambleyası və Təhhlükəsizlik Şurasının sənədi qismində yayılıb.
Məktubda deyilir ki, “Ermənistanın stabilliyin pozulmasına, beynəlxalq hüquq və 10 noyabr üçtərəfli bəyanata zidd olan fəaliyyəti” haqda məlumat verilir – Azərbaycan XİN mətbuat xidmətindən bildirilir.
Bayramov məktubda qeyd edib ki, “Azərbaycanın işğaldan azad olunmuş Xocavənd rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin diversiya-təxribat fəaliyyəti qeyd olunaraq, Azərbaycanın müvafiq qurumları tərəfindən aparılan anti-terror əməliyyatı nəticəsində Ermənistan vətəndaşları olan 62 nəfərdən ibarət diversiya qrupunun üzvlərinin saxlanılıb”.
BMT baş katibinin diqqətinə çatdırılıb ki, “birgə bəyanatın imzalanmasından bir ay keçdikdən sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq tanınmış ərazilərində bu kimi diversiya-təxribat fəaliyyətinin Ermənistanın beynəlxalq hüququn prinsiplərini, eləcə də bəyanatla üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmasının sübutudur”.
Ermənistandan reaksiya
Azərbaycan SQ tərəfindən əsir götürülən Ermənistanın bütün hərbçiləri azad edilməli və Ermənistana qaytarılmalıdır. Bu haqda Facebook səhifəsində Ermənistan ombudsmeni Arman Tatoyan yazıb:
“Bunu dərhal və hər hansı ilkin şərtlər olmadan etmək lazımdır”.
Ombudsmen hesab edir ki, Ermənistan, Rusiya və Azərbaycan tərəfindən imzalanan atəşkəs haqda 10 noyabr üçtərəfli razılaşmasının 8-ci maddəsində əsirlərin dəyişdirilməsi və ya qaytarılması ilə bağlı konkret tarixin göstərilməsi qəbuledilməzdir:
“Amma bu, qətiyyən o demək deyil ki, Azərbaycan hakimiyyətinə müdəmadi olaraq insan haqları və humanitar razılaşmalarla bağlı beynəlxalq tələbləri pozmaq haqqı verir. əsirlərin qaytarılması süni şəkildə ləngidilir, həqiqi rəqəmlər açıqlanmır, bundan başqa, bu göstəriciləri azaltmaq cəhdləri edilir, həlak olanların meyitlərinin dəyişdirilməsi ilə bağlı maneələr yaradılır”.
Azərbaycan hakimiyyətinin əsirlikdə olan ermənilərin hərbi əsir yox, diversant olması haqda bəyanatları, Arman Tatoyanın fikrincə, hərbdən sonrakı humanitar prosesi və insan haqlarının müdafiəsi ilə bağlı beynəlxalq tələbləri kobud şəkildə pozur:
“Bu bəyanatlar 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın 8-ci maddəsinə birbaşa ziddir. Onlar statuslarına görə əsirdir və nöqtə”.
Ermənkistan ombudsmeni mahiyyəti etibarilə humanitar məsələnin siyasiləşdirilməsini və “Azərbaycan hakimiyyətinin açıq şəkildə bunu hansısa ərazi məsələləri ilə bağlamaq cəhdlərini” “qətiyyən yolverilməz” hesab edir.
Bakıdan şərhlər
“Maraqlı bir mənzərə alınır”, – Caucasus Policy Analysis Center direktoru Əhməd Əlili yazıb. – “Məlum üçtərəfli bəyanatda deyilir ki, “qoşunlar olduqları yerdə qalmalıdırlar”.
Ermənistan tərəfi bunu belə “deşifrə” edir: əgər keçmiş DQMV çərçivəsində Azərbaycanın nəzarət etdiyi ərazilərdə “adacıqlarda” erməni hərbçiləri varsa, onlar orada da qalmalıdırlar. İndiki dövrdə münaqişə tərəfləri arasında kəskin mübahisə mövzularından biri də budur.
İndi isə ictimaiyyətə bəlli olur ki, sözügedən erməni əsgərləri vaxtilə Hadrut və ətraf kəndlərdə yandırılmamış evlərin damları və zirzəmilərində gizlənənlərdir. Bu kontekstdə “olduqları yerdə qalmalıdırlar” ifadəsi yeni məna kəsb etməyə başlayır”, — Əlili qeyd edib.
Hərbi şərhçi Asəf Quliyev fərqli fikirdədir. JAMnews-a şərhində o bildirib:
“İki məqama diqqət yetirmək lazımdır. Birincisi saxlanılan 62 nəfərin vətəndaşlığına. Çox təəəsüf ki, bu barədə məlumat yoxdur. Hər halda mən tanış deyiləm.
Əgər saxlanılanlar Ermənistan vətəndaşıdırsa, bu o deməkdir ki, Ermənistan 10 noyabr razılaşmasını yerinə yetirmir. Bu variantda ikinci hal ortaya çıxır. Ermənistan tərəfi deyə bilər ki, saxlanılanlar Ermənistan rəhbərliyinə tabe olmayan şəxslərdir. Bu o deməkdir ki, onlar hərbi əsir yox, nə öz ölkəsinin, nə də Azərbaycanın qanunlarına tabe olmayan terrorçu qruplaşma üzvləridir. Bu halda onlar hərbi əsir yox, cinayətkar hesab olunur.
Saxlanılanlar Dağlıq Qarabağ sakinləridirsə, deməli, onlar Azərbaycan ərazisində yaşayan və Azərbaycan qanunlarına tabe olmayan şəxslərdir. Bu halda da onlar əsir hesab edilmir.
O ki qaldı terrorçu-diversant termininə, terrorçu və diversant fərqli anlayışlardır. Diversant hansısa ölkənin silahlı qüvvələrinin tərkibundə bir qoşun növüdür və qarşıya qoyulmuş tapşırığı yerinə yetirir. Terorçu isə qanundan kənardır və hərbi əsir statusu haqda Cenevrə konvensiyası onlara şamil edilmir”.
Azərbaycandakı erməni əsirlər haqda informasiya
Tərəflər əsirlərin “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi haqda razılığa gəlib. 44 günlük müharibə bitəndən sonra Ermənistana ümumilikdə 54 əsir qayıdıb. Ermənistan tərəfinin məlumatına görə isə Azərbaycanda erməni əsirlərin sayı daha çoxdur.
Erməni əsirlərin maraqlarını Avropa İnsan Haqları Məhkəməsində müdafiə edən vəkil Siranuş Saakyan bildirir ki, Azərbaycanda ən azı 120 nəfər erməni əsirin saxlanıldığı haqda Ermənistanda təkzibolunmaz sübutlar var.
Amma Azərbaycanın Əsirlərlə İş üzrə Dövlət Komissiyası 5 erməni hərbçi haqda məlumat verir: 2 hərbçi və 3 mülki şəxs.
Saakyanın fikrincə, ancaq beş əsir haqda danışarkən Azərbaycan “Ermənistan hakimiyyətinin köməksiz vəziyyətindən sui-istifadə edir”.