Xocalıda nə baş verib: Tatul Akopyanın “Qarabağ gündəliyi: yaşıl və qara” kitabından bir parça
1994-cü ilin yanvar ayında rus jurnalisti Andrey Karaulov “Момент истины” (“Həqiqət anı”) verilişinin növbəti qonağı olan DQR Dövlət Müdafiə Komitəsinin sədri Robert Koçaryana Xocalıdakı hadisələr barədə suallar verirdi. Koçaryan bu cavabı verdi:
“Bu faciəni digər, miqyasca Xocalı faciəsindən daha böyük olan hadisələrlə bir sırada nəzərdən keçirirəm. Bu, Sumqayıt və Bakıda talanlar, ermənilərin 28 erməni kəndindən zorla deportasiya edilməsi, erməni Maraqa kəndinin faciəsidir”.
“Xocalı hərbi əməliyyatların episentrinə düşdü. Hesab edirəm ki, müharibə aparan tərəflər yaşayış məntəqələrindən hərbi məqsədlərlə istifadə etməməlidirlər, amma Xocalıda məhz bu baş verdi. Qəsəbənin sərhədlərində azərbaycanlılar dörd top və “Qrad” yaylım atəşi sistemini yerləşdirdilər və bu silahlardan Stepanakertə fasiləsiz atəş açırdılar. Hərbi bazaya çevrilən istənilən yaşayış məntəqəsi isə zərbəni öz üzərinə götürür. Xocalıda həqiqətən də ağır döyüşlər gedib, bu döyüşlər vaxtı da həqiqətən də dinc əhali zərər çəkib”.
Serj Sarqsyandan Xocalı haqqında danışmağı xahiş edəndə o, ehtiyatla dedi:
Müharibə illərinin ən gənc komandirlərindən biri olan Samvel Babayan bunları danışır.
“Xocalı əməliyyatı zamanı mənə Ağdamdan hücumun qarşısını almaq və Xocalı əhalisinə çıxmaq imkanı vermək üçün çayın məcrası boyu humanitar dəhlizi təmin etmək tapşırığı verilmişdi. Mən tapşırığı yerinə yetirdim. Dəhliz açıq idi, amma anlaşılmaz nəsə baş verdi. Bizə Ağdam tərəfindən hücum etdilər. Əhali bizim mövqelərimizin içindən Ağdama tərəf getməliydi. Ağdamın girişində dayanan azərbaycanlı hərbçilərə elə gəldi ki, Ağdama tərəf gələn ermənilərdir. Və onlar atəş açdılar – bunu bilərəkdən elədilər ya yox – bilmirəm. Ermənilər Xocalıda qətllər törətməyib. Biz ümumiyyətlə həmişə dinc əhali üçün dəhliz saxlamışıq. Əks halda Kəlbəcərdə 60 minə yaxın adamı mühasirəyə alıb, qıra bilərdik, amma biz qəsdən əməliyyatı bir neçə günlük təxirə saldıq ki, dinc əhaliyə çıxmaq imkanı verək”.
O vaxtlar Xocalıdan birtəhər çıxa bilən Salman Abbasov sonra danışırdı:
Faciədən bir ay sonra prezident Mütəllibov çex jurnalisti Dana Mazalovaya müsahibə verir.
Mütəllibov sonralar da bəzi düzəlişlərlə olsa da ermənilərin dinc əhalini çıxarmaq üçün dəhliz saxladığını bildirib:
“Ona inanmadım. O vaxtlar Qarabağda milisə rəhbərlik edən İsaqulov Armeni telefona çağırmağa xahiş etdim. O da bildirdi ki, əhaliyə dəhliz verilib. Buna görə də müsahibə vaxtı bildirmişəm ki, mənə verilən məlumata görə, dinc sakinlərə dəhliz verilib. Mən təkid etmirdim ki, dəhliz olub. Mən sadəcə yuxarıda qeyd olunan telefon danışığına istinad etdim. Yeri gəlmişkən, “Memorial” hüquq müdafiəsi mərkəzinin hesabatında aydın deyilir ki, Elman Məmmədov şəxsən dəhlizin açılması barədə bilirdi”.
Fevralın 27-də Bakının qəzetləri iki nəfərin öldürülməsindən xəbər verib, və təkcə “Səhər” qəzeti yüzlərlə qurban barədə məlumat yayıb.
Jurnalist Şamil Ələkbərli xatırlayır:
Xocalı meri Elmar Məmmədov faciədən bir neçə gün sonra etiraf etdi:
“Biz bilirdik ki, dəhliz dinc əhalinin çıxarılması üçün nəzərdə tutulub”.
Qəribədir ki, daxili işlər naziri Kərimov Mütəllimova faciə barədə fevralın 25-də axşam xəbər verib. Belə çıxır ki, Xocalı barədə məlumat Qarabağ qüvvələri hücuma keçəndən əvvəl çatıb. Nə Azərbaycanın daxili işlər naziri Kərimov, nə də təhlükəsizlik naziri Hüseynov dezinformasiya mənbəyini müəyyən edə bilmədilər. O da aydın deyil ki, fevralın 26-da səhər Mütəllibov necə Stepanakertə zəng edib, Artur Mkrtçyandan və Armen İsaqulovdan Xocalıda əslində nələrin baş verdiyini dəqiqləşdirə bilərdi.
Fevralın 26-da axşam Xocalının itirilməsinin Mütəllibovun istefasına gətirib çıxara biləcəyini anlayan Daxili İşlər Nazirliyi bəyanat yayır ki, “erməni döyüşçülərinin hücumu Xocalı istiqamətində dəf edildi və şəhər Azərbaycan qüvvələri tərəfindən nəzarət edilir. Amma həmin xəbəri anındaca Xalq Cəbhəsinin informasiya mərkəzi təkzib edib və xəbər verib ki, “Xocalı sakinlərinin cəsədləri ilə dolu olan iki yük maşını Ağdama çatdı”.
Xocalıda hərbi əməliyyatlar
Fevralın ortalarında, İrana səfəri ərəfəsində Mütəllibov Şuşada olan Rəhim Qazıyevə onun olmadığı vaxt atəşkəs rejimini pozmamaq və Stepanakerti atəşə tutmamaq barədə tapşırıq verib. Mütəllibov İrana gedəndən bir neçə saat sonra Qazıyevin əmri ilə Stepanakertin güclü bomba atəşinə tutulması başlayır, o cümlədən sovet ordusunun 366-cı motoatıcı alayının dislokasiya olunduğu ərazidə. Alay komandiri, podpolkovnik Yuri Zarviqarovun Moskvaya çox saylı raportlarından aydın olur ki, alay çıxılmaz vəziyyətə düşüb.
Qaziyevdən sitat:
Xocalı həm ermənilər, həm də azərbaycanlılar üçün eyni dərəcədə mühüm strateji əhəmiyyətə malik idi. Qarabağda yeganə hava limanı Xocalıda yerləşirdi, bu mühasirədə olan Artsaxı xarici dünya ilə bağlayan yeganə yol idi.
“Memorial” hüquq müdafiəsi mərkəzinin hesabatında deyilir:
Stepanakert və ermənilərin başqa yaşayış məntəqələri müntəzəm olaraq Xocalıdan atəşə tutulub. Xocalının ələ keçirilməsi əməliyyatını Arkadi Ter-Tadevosyan işləyib hazırlayıb. Qarabağ qüvvələri Xocalıya dörd istiqamətdən girməli idi – Noraqüx, Mektişen, Kyatuka və hava limanına bitişik ərazidən. Erməni bölmələrinin komandirlərini xəbərdar edirlər ki, dinc əhali üçün Karkar çayı boyu humanitar dəhliz saxlanılmalıdır.
Əməliyyat fevralın 25-də gecə yarıya bir az qalmış, yəni Mütəllibova dinc əhalinin qırılması barədə xəbər veriləndən bir neçə saat sonra başlayıb. Xocalıda 3000 minə yaxın sakin qalırdı, şəhər müdafiəsi qüvvələrinin komandiri, hava limanında OMON-nun komandiri Arif Hacıyevin də 160-a yaxın döyüşçüsü varıydı.
Xocalının azərbaycanlıların yaşayış məntəqələrinə, o cümlədən, Xalq Cəbhəsinin silahlı birləşmələri tərəfindən nəzarət olunan qonşu Ağdamla əlaqəsi vertolyotlar vasitəsiylə həyata keçirilib. Hücuma qədər son uçuş fevralın 13-də həyata keçirilib. Qazıyev təsdiqlədi ki, fevralın 25-də Ağdamda 12 Т-72 tank və bir qədər də zirehli maşın, 4 BM-12 tipli “Qrad” sistemi, 40 top və 2500 əsgər olub. Bu qüvvələr kömək etmək üçün Xocalıya gedə bilərdilər, amma bunu etmədilər.
Çingiz Mustafayevin çəkilişləri
Qarabağ müharibəsi illərində ən böyük insan faciəsi şübhəsiz ki, Xocalıdakı hadisələr oldu. Məhz burada ən çox mülki şəxs, o cümlədən də qadınlar və uşaqlar zərər çəkib. Öldürülənlərin sayı barədə məlumat mübahisəli olaraq qalır. Amma dinc sakinlərin məhz harada öldüyünü də müəyyən etmək çox vacibdir.
Müxtəlif rəqəmlər səsləndirilib. Azərbaycan parlamentinin apardığı araşdırmanın nəticələrinə əsasən, 485 rəqəmi göstərilir, bura Xocalı hadisələri zamanı bütün qətlə yetirilənlər, o cümlədən də qaçdıqları vaxt yolda donanlar da daxildir. Araşdırma üzrə parlament qrupunun üzvü Namiq Əliyev 1992-ci ilin aprel ayında “Helsinky Watch” təşkilatına bildirib ki, Ağdamda 213 Xocalı sakini dəfn edilib. Aydın Rəsulov bildirir ki, məhkəmə ekspertizasına 300 cəsəd göndərilib. “Qarabağ” qəzetinin məlumatına görə, Xocalı qaçqınlarına yardımın göstərilməsi üzrə komissiya 476 həlak olanın ailələrinə humanitar kömək göstərib. Ağdam imamı 27 fevral 1992-ci ildə amerikalı jurnalist Tomas Qoltsa 477 soyaddan ibarət siyahı göstərib. Elə həmin il Azərbaycanın “Ordu” qəzeti 636 öldürülənin siyahısını dərc edib.
Azərbaycanlı operator Çingiz Mustafayev ilk dəfə Ağdam yaxınlığında fevralın 29-da, sonra da martın 2-də çəkiliş edib. Kadrlardan görmək olar ki, çəkilişlərin aparıldığı yer Xalq Cəbhəsinin silahlı birləşmələrinin nəzarəti altında olub. Mustafayev Qarabağ qüvvələrinin nəzarəti altında olan əraziləri çəkə bilməzdi. Mustafayev iyunun 15-də Qarabağda Nahicevanik kəndi yaxınlığında öldürülüb.
Mustafayevin qətli ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Azərbaycanın rəsmi şəxsləri bildirir ki, operator erməni gülləsinə tuş gəlib. Qarabağ tərəfi bildirir ki, Mustafayevi Xocalı haqqında həqiqətləri söyləyə bilməməsi üçün Xalq Cəbhəsinin döyüşçüləri qətlə yetirib. Dəqiqləşdirilməmiş məlumatlara görə, Mütəllibov Xocalıdakı çəkilişlərdən sonra operatora xəbərdarlıq edib ki, ehtiyatlı olsun və özünü təhlükəyə atmasın.
Qardaşı ilə tez-tez ön cəbhəyə çəkilişlərə getmiş Vahid Mustafayev danışırdı ki, Azərbaycanın batalyonu erməni Naxicevanik kəndinə girəndə əsgərlər operatorla zarafat etməyə başladılar: indi Çingiz bir-iki dəqiqə çəkib gedəcək. “Elə cəsarətlisənsə, ön cəbhəyə gedib, orada çəkərsən” – ona dedilər. Onda da Çingiz yenə də Xalq Cəbhəsinin silahlı birləşmələri tərəfindən nəzarət olunan Naxicevanikə qayıdır
3 mart 1992-ci il tarixində müxalifət Mustafayevin çəkdiyi kadrların Ali Sovetdə nümayişinə təkid etdi: kadrlarda kişi ağlaya-ağlaya qırmızı gödəkçəli uşağın cəsədini qaldırır, palçığın və əriyən qarın içindəsə paltolu və şallı qadınlar görünür. Tomas Qolts yazır: “Birinci kadrlar getdi və növbəti 10 dəqiqə ölkənin tarixini dəyişdi”.
On minlərlə mitinq iştirakçısı martın 5-də Ali Şuranın qarşısına gələrək, Mütəllibovun istefasını tələb edir. Növbədənkənar iclasın birinci günü Elmira Qafarova istefa verir, Ali Sovetin sədri vəzifəsinə Bakı universitetinin tibb fakültəsinin dekanı Yaqub Məmmədov seçilir. Mitinq iştirakçıları parlament binası qarşısında toplaşmaqda davam edirlər və deputatlara çıxmaq imkanı vermirlər. Mütəllibov baş verənləri “dövlət çevrilişi” adlandırır. Martın 6-da o istefa verir, yeni parlament spikeri Yaqub Məmmədov isə müvəqqəti olaraq – prezident seçkiləri keçirilənə qədər öz üzərinə dövlət başçısı səlahiyyətlərini götürür.
Mütəllibov həmin günlərdə baş verənləri bu cür şərh edir:
Hakimiyyətdən uzaqlaşdırılan prezident əminiydi ki, onun istefasından sonra Qarabağ mövzusunda alver başlayacaq və hərbi əməliyyatların başlanması qaçılmaz olacaq:
===========================================================================
Azərbaycanda Xocalı faciəsinə görə məsuliyyəti Ermənistanın silahlı dəstələrinin üzərinə atırlar. JAMnews-un Bakıdan reportajı