Şərh: niyə Gürcüstanın narazı vətəndaşları etiraz etmək üçün küçələrə çıxmır?
Müxalifətçilərin saxtalaşdırılmış hesab etdiyi 31 oktyabr parlament seçkilərindən sonra Gürcüstanda hakimiyyətdən total narazılığa və sosial şəbəkələrdə kəskin çıxışlara baxmayaraq, Gürcüstanda xalqın niyə kütləvi şəkildə küçələrə çıxmaması və narazı olduğu hakimiyyətin dəyişməsi üçün prinsipcə az qala heç nə etməməsi ətrafında müzakirələr səngimir.
Seçki yolu ilə bunu eləməyin çox çətin olduğu bizə artıq 31 oktyabrdan bəri məlumdur.
Sanki Gürcüstan hələ Rusiya deyil – Gürcüstanda nümayişlər qadağan olunmayıb, Facebook paylaşımlarına görə həbs etmirlər və müxalifət kanalları işləyir və orada həftədə 7 gün və sutkanın 24 saatı hakimiyyəti tənqid etmək mümkündür. Amma bununla belə insanlar ölkədən getməyə üstünlük verirlər. Rusiyada olduğu kimi.
Nədir məsələ?
Birinci səbəb – Gürcüstanda hakimiyyət dəyişikliyi ənənəsi
Bizin tarixi bekraundumuz belədi rki, bizdə hakimiyyət həmişə bir nəfərdə təcəssüm tapır. Hakimiyyətdəki adamı da ancaq digər adam əvəz edə bilir. Birinci prezident Zviad Qamsaxurdiya vardı – Eduard Şevarnadze gəldi. Sonra Mixail Saakaşvili onu qovdu. Onun özünü isə Bidzina İvanişvili qovdu.
Əhalimizin böyük hissəsinin şüurunda etiraz yalnız Öndər olduğu zaman uğurla nəticələnə bilər. Hansı ki, hər şeyi bilir, hər şeyi bacarır və hamının yerinə hər şeyi edəcək və düşünəcək.
Belə biri yoxdursa, o zaman cəhd eləmək də lazım deyil. İvanişvilini qovmağı ancaq yyeni superqəhrəman bacarar.
Mixail Saakaşvilinin tərəfdarları üçün o, hələ də hər şeyi bacaran superqəhrəman olaraq qalır. Amma bəla ondadır ki, “mişaçılar” azlıqdadırlar. Hakimiyyətdən narazılar da daxil olmaqla, əhalinin qalan hissəsi isə onu lider kimi tanımır, bəziləri isə hətta ona dərin nifrət bəsləyir.
Yeni potensial Öndəri görmədən bu cür insanlar evdə qalacaqlar və hakimiyyət başarına nə oyun açsa da, etiraz etməyə çıxmayacaqlar.
Gürcüləri, məsələn, toplaşmaq üçün öndərlərə ehtiyacı olmayan elə həmin ukraynalılardan fərqləndirən məhz budur. Mən etiraz liderləri çıxış etdikləri zaman yaxınlıqda dayanan aksiya iştirakçılarının əksəriyyətinin onlara laqeyd olduğunu və ya güldüklərini, yaxud da hətta fit çaldıqlarını dəfələrlə görmüşəm.
Ukraynalıların tarixi bekraundu fərqlidir və onların özünütəşkil ənənəsi var.
Maydanda axıdılan qandan sonra qərbli vasitəçilər etiraz liderləriniYanukoviçin ilin sonuna qədər prezident olaraq qalması haqda razılaşmanı imzalamağa vadar etdiləri və bu haqda Maydanda elan olunduöu zaman Parasyuk soyadlı bir adam çıxıb dedi ki, o, bu razılaşmaya tüpürmək istəyir və heç yana getmək niyyətində deyil. Maydan onu dəstəklədi. Elə həmin gecə Yanukoviç qaçdı.
Gürcüstanda isə, məsələn, müxalifətin son böyük aksiyasında iştirak edənlərdən çoxu liderlərdən narazılıq bildirib – onların planı yoxdur, bizi boş yerə çağırırlar. Amma, məsələn, liderlər liderlər dağılışmağa çağıranda dağılışmamaq, yəni öz ağılları və öz təşəbbüsləri ilə hərəkət eləmək heç kimin ağlına gəlmir.
Mən əlbəttə, hamını demirəm, məsələn, gənclər çox yaxşı özünütəşkilə alışıb. Biz bunu Tbilisidə “klub” etirazları zamanı və Saralidze işi üzrə etirazlarda gördük. Amma biz burada cəmiyyətimizin passivliyinin başqa səbəbinə yaxınlaşırıq.
İkinci səbəb – gənclər arasında nihilizm
2019-cu il 20 iyun hadisələrinin, o cümlədən də daha əvvəlki gəclərin etirazlarının göstərdiyi kimi fəal mübarizə aparmaq üçün gənclərə “xarizmatik” öndərlər lazım deyil.
Başqa məsələdir ki, siyasi səbəblərlə hər hansı partiyanın və ya hakimiyyət dəyişikliyi ideyanın dəstəklənməsi üçün gənclər küçəyə çıxmır.
Bunun da kifayət qədər sadə səbəbi var.
Qızılgüllər inqilabından 18 il keçib. İvanişvili və “Gürcü arzusu” artıq 8 ildir ki, hakimiyyətdədir. 20-25 yaşlılar nəsli sadəcə ölkənin sürətlə yaxşıya doğru dəyişdiyi həmin vaxtı xatırlamır.
“Saakaşvilinin islahatları” mövzusu bu nəsil üçün mövcud deyil. Bu islahatların bütün gətirdikləri – universitetlərdə korrupsiyanın olmaması, küçələrdəki təhlükəsizlik, aç-çox inkişaf etmiş infrastruktur və sairə – onlar bütün bunların içinə doğulublar.
Onlar bütün bunları təbii və mövcudluq kimi qəbul edirlər, nailiyyət kimi yox.
Hazırkı problemlər isə onlar üçün həmişə olub. İndi pisdir, əvvəl onların dərrakəsinə görə eyni cür pis idi. Deməli, ümid yoxdur və ən yaxşısı mühacirət imkanı tapmaq lazımdır.
Biz “qocalar” vaxtilə ölkənin necə dəyişdiyini bilirik və hər şeyi bir daha radikal olaraq dəyişməyin potensialını görürük. Onlar yox. Onlar yaxşıya doğru dəyişmək imkanına inanmırlar. Ən azı inanmırlar ki, hazırkı siyasətçilər buna qadirdir.
Gürcüstanın öz Aleksey Navalnısı meydana gəlmədi, hansı ki, kreativ formada gənclərə mübarizənin vacibliyini çatdıra bilərdi.
“Qirçi” partiyasının lideri Zurab Caparidze buna cəhd edən yeganə adamdır və onda pis alınmır. Amma onun gündəmi radikal liberallıq və marixuananın leqallaşdırılmasıdır, bu da gəncləri kütləvi şəkildə cəlb etmək üçün çox dardır.
Odur ki, bizdə nəsillərin dəyişməsi istədiyimiz kimi işləmir və bizdə yeni nəsil barrikadalara getmir, nihilistlərin sıralarını genişləndirirlər. Hansılar ki, heç kimə və heç nəyə inanmırmar, aradan çıxmaq xəyalı qururlar.
Eyni zamanda məhz gənclər dəyişikliklərin əsas mühərriki və proqressiv siyasi qüvvələrin müttəfiqləri olmalıdırlar.
Zənnimcə, bizim gələcəyimiz qarşısında dayanan əsas maneə elə məhz budur.
Amma mən nikbinəm, həm də oona görə yox ki, özünü aldatmaq istəyirəm. Cəmiyyətin inkişaf qanunları fizika qanunları kimi sarsılmazdır, tez, ya gec bu nihilizm yenildiyində, qaçılmaz çığ bizim başa bəla hakimiyyətin başının üstünü alacaq.