Video-bloqer həbs olunub
Video-bloqer Hüseyn Əzizoğlu 15 sutkalıq həbs olunub. Bu xəbəri müxalifət mətbuatı yaydı: KİV tutulanın dostlarının sözlərinə istinad edərək, onun həbsini Azərbaycan polisi haqqında zarafatyana süjetləri ilə bağlayırlar.
![](http://jam-news.net/Uploads/Publication/466/ContentImages/az-Latn-AZ/4.jpg)
Özünün qısa gülməli videolarını Hüseyn özünün “Facebookdakı “Üç-Üz səhifəsində dərc edir, onun həm də instagram и youtube kanalında akkauntları da var. Səhifənin 60 mindən çox abunəçisi var ki, bu da 4 milyonluq Bakı üçün heç də kiçik auditoriya deyil.
Süjetlərdə əksər vaxtlarda polisin müəllifin gözləriylə “xaricdə davranışı ilə yerli polislərin vərdişləri arasındakı fərq göstərilir.
![](http://jam-news.net/Uploads/Publication/466/ContentImages/az-Latn-AZ/3.jpg)
İctimaiyyətin bloqerin həbsinin səbəbi kimi qəbul etdiyi son videolardan birində “xaricdəki fokusla “Azərbaycandakı fokus müqayisə olunur: azərbaycanlı polis tutulanın cibindən əvvəl orada olmayan narkotiki çıxarır.
Amma qohumları – Hüseynin anası və böyük qardaşının sözlərinə görə, o küçədəki davaya görə həbs olunub, əslində bu fakt rəsmi versiya kimi də səsləndirilib. Bloqerin böyük qardaşı “Facebookda “Üç-Üz səhifəsinin auditoriyasından panikaya düşməməyi xahiş etdi, Hüseyndən salam dedi və dedi ki, qardaşı tezliklə azadlığa buraxılacaq və narahatçılıq üçün əsas yoxdur.