Üsyançılar nə istəyir
İyulun 17-də səhər özünü “Sasna crer adlandıran bir qrup şəxs Yerevan Polisinin post-patrul xidməti alayını ələ keçirməsi barədə məlumat yaydı. Qruplaşmanın üzvü Varujan Avetisyan “Facebook sosial şəbəkəsində fəal şəkildə hücum barədə məlumat yayaraq, hərbi qiyamın başlandığını elan etdi və insanları səfərbərliyə çağırdı. İnqilab başladı, bizə qoşulun, deyə o yazır və insanları küçələrə çıxmağa, hakimiyyəti devirməyə çağırırdı.
İnsanlar isə dövlət orqanlarından daha gec oyandılar, onlar nələrin baş verdiyini aydınlaşdırmaq üçün küçəyə çıxmağa cəhd edənə qədər də dövlət orqanları əlaqəni bağlayaraq, nəzarəti öz əllərinə götürdülər.
Bir qədər sonra məlum oldu ki, qrup bir ay əvvəl qanunsuz silah saxlanması və daşınması ittihamı ilə həbs olunan Jirayr Sefilyanın azad edilməsini tələb edir. Sefilyan üsyançı qruplaşmanın bir çox iştirakçılarının üzvü olduğu “Yeni Ermənistan radikal müxalif hərəkatını idarə edirdi. Qruplaşma həm də Serj Sarqsyanın istefa verməsini tələb etməklə yanaşı Sefilyanı gətirməyi tələb edirdi ki, o da qalan şərtləri səsləndirməli idi.
Qruplaşmanın tələbləri hücumdan bir sutkadan çox vaxt keçəndən sonra da yerinə yetirilməsə də, Jirayr Sefilyanla əlaqə qurulub. Erməni müxalifətinin nümayəndələri onunla görüşəndən sonra onun sözlərini post-patrul xidmətini ələ keçirən qiyamçılara çatdırdılar. Nəticədə bu gecə iki girov – polis əməkdaşı və təcili tibbi yardım maşınının sürücüsü azad edildi.
Varujan Avetisyanın sözlərinə görə, Jirayr Sefilyanla əlaqə yaradılıb, hazırda hansısa “üçüncü variant müzakirə olunur ki, bu variant da Sefilyanın azad edilməsini istisna edir. Bu variantın mahiyyətinin nədən ibarət olduğunu demək çətindir, amma həm polis, həm də qrup üzvlərinin aqressiv hərəkətlərdən qaçması hər iki tərəfin məsələnin dinc yolla həllini istədiyini göstərir.
Qan isə artıq axıdılıb – polis polkovniki Artur Vanoyan qətlə yetirilib, daha bir neçə nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Qanın axıdılmasını da bir çox ekspertlər qiyamçıların hətta könüllü təslim olduğu halda belə mütləq şəkildə həbs edilməsi üçün əsas kimi qiymətləndirirlər.
Yerevanda heç kim 25-30 nəfərin hansı məqsədlə bu cür addım atdığını dəqiq deyə bilmir. Ermənistanın bəzi müxalif siyasi qüvvələri yaranmış vəziyyətdə mövcud hakimiyyəti günahlandıran bəyanatlarla çıxış etdilər.
“İrs, “Vətəndaş müqaviləsi və digər partiyalar bildirirlər ki, hakimiyyəti dəyişməyin və dövlət qərarlarına təsir etməyin qanuni üsullarının olmaması siyasi mübarizənin radikallaşmasına gətirib çıxarır.
Daşnaksütun və “Çiçəklənən Ermənistan kimi hakim yönlü digər partiyalar öz qərarlarının sırınmasının zorakı metodlarını pislədilər.
Eksperlər qiyamçıların çox güman ki, xalqın dəstəyinə ümid etdiklərini, bütün ölkə boyu kütləvi qiyamın baş verəcəyinə ümid edirdilər. Qrupun potensial tərəfdarları isə bazar günü məcburən polis bölmələrinə gətirilib. Onları saat 10-a qədər bölmələrdə saxlayandan sonra buraxıblar. Geniş xalq kütlələri isə küçələrə çıxmadı.
photo: Qevorq Kazaryan
Analitiklər bunu qruplaşmanın siyasi və hamıya aydın olan tələblərinin olmaması ilə izah edirlər. Bir tərəfdən o, Serj Sarqsyanın istefasının zərurətindən danışır, digər tərəfdən də hakimiyyətə gəlmək niyyətinin olmadığını bəyan edərək, alternativ təklif etmir. Ekspertlər deyirlər ki, bu cür ziddiyyətli bəyanatlarla xalq dəstəyini gözləmək olmaz.
Cəmiyyətdə hakimiyyətə qarşı həqiqətən də böyük narazılığın olmasına baxmayaraq, qiyamçılar tərəfindən təqdim olunan xalq üsyanı mexanikası xalqın etimadını qazanmadı və onun dəstəyini almadı. Ola bilsin ki, məhz bu da vəziyyətin dalana dirənməsinə gətirib çıxardı ki, indi də hamı bundan layiqli və ağrısız çıxış yolu axtarmaqdadır.
Bu hadisənin nə ilə bitəcəyini demək olar ki, heç kim proqnozlaşdırmaq istəmir. Vəziyyətin xarici konyuktura nöqteyi-nəzərindən, yəni bunun sırf daxili qiyam yoxsa böyük regional proseslərin nəticəsi olması ilə bağlı təhlil də hələlik yoxdur. Bu hadisədən düz bir gün əvvəl Türkiyədə baş verən hərbi çevriliş cəhdi ilə paralellər aparan eksperlər də var.
Bir çox ekspertlər hesab edir ki, Türkiyədəki uğursuz çevriliş cəhdi Ərdoğan hakimiyyətinin güclənməsinə gətirib çıxaracaq – artıq minlərlə adam həbs edilib, loyal olmayan hakimlər, valilər, hərbiçilər işdən çıxarılıb.
Amma gözə görünən paralellərə baxmayaraq, Ermənistanda indiki insident çətin ki, təqiblərin artmasına gətirib çıxarsın. Prezident Serj Sarqsyanın hakimiyyətinin fərqli cəhəti söz, sərbəst toplaşma və fikir azadlığına demək olar ki, məhdudiyyətin qoyulmamasıdır, bu zaman ictimai fikir demək olar ki, heç vaxt verilən dövlət qərarlarına təsir etmir.
Yerevandakı qiyamdan çıxarılan yeganə nəticə hamının cəmiyyətdəki hətta total nəzarət zamanı radikal addımlara hazır olan insanların tapılacağını anlaması olacaq. Bu, son zamanlar hakimiyyətin Qarabağla bağlı ərazi güzəştlərinə getməyə hazır olduğu deyilən Ermənistan üçün aktualdır.
Yerevanda baş verən və iştirakçlarının ərazi güzəştlərinə getməyin yolverilməzliyini bəyan etdiyi bu qiyam onu göstərdi ki, bu kimi addımlar cəmiyyətdə radikal müqavimətlə üzləşə bilər.