“Ulduz müharibələri” və biz
Biz
– Axırncı “Ulduz müharibələri’nə baxmısan?
– Yox. Heç baxmayacam da.
– Niyə?
– Ona görə ki, gic-gic şeydir.
Kənanın yaşı 40-dan bir az çoxdur, mənim 34 yaşım var və bu fərq əməlli-başlı hiss olunur. Bu epopeyanın amerikalı və avropalı pərəstişkarlarının yaşı artıq 60-ı xırdalayırlar və ancaq bizim, sovet “starvorçuların yaşı 30-u yenicə haqlayıb.
Vikipediya deyir ki, kinodastanın ilk epizodunun premyerası 1977-ci ilin may ayında olub. Bizsə ona 90-cı ildə baxdıq. Məhz o vaxt SSRİ eyni vaxtda bir neçə kino istehsalçısı ilə müqavilə bağladı və aşkarlıq dalğasında öz ərazisində bütün məşhur filmlərin nümayişinə icazə verdi. Beləliklə, 1977-ci ildən 83-ə kimi üç film, 1986-cı ildə isə Mel Bruksun parodiyası çıxdı, filmin rejissorunun rançosu zəvvarlıq obyektinə çevrildi, böyük oyuncaqlar sənayesi meydana gəldi.
Bizsə bu filmə ancaq 1990-cı ildə baxdıq. O vaxtlar “Nizami kinoteatrında ən həftə 20 ya 30 hit filmlər göstərirdilər və bütün bizdən yan ötüb keçən şedevrləri çatdırıb göstərmək üçün hər filmi bir və ya iki dəfə göstərirdilər. Bu, bütün Sovet İttifaqında beləydi.
Bizdə isə müharibə gedirdi, kinoteatrlarda “Ulduz müharibələri, küçədə tanklar dayanmışdı.
Biz, “Moskva-Kassiopeya səviyyəsində xüsusi effektlərə alışıq olan sovet uşaqları birdən hər halda həmin vaxt üçün dünyada vizual effektlərin zirvəsi sayılan film gördük. Amma daha yaşlı adamlar bu filmi artıq bir qədər fərqli qəbul edirdilər, onların zövqləri artıq formalaşmışdı. Mən Bakıda 50-yə yaxın yaşı olan elə bir adam tanımıram ki, onun bu dabl-trilogiyadan xoşu gəlsin. Kənanın 40, onun dostu İsmayılın isə 60 yaşı var və o ümumiyyətlə bu filmi sevmir. Niyə? Çünki bizdə bunu onların gəncliyi dövründə göstərmirdilər. Mənim Lukas (“Müharibələrin müəllifi) tərəfindən Kurosavanın yaradıcılıq yolunu davam etdirməsi ilə bağlı arqumentlərim – bunu müəllifin özü də gizlətməyib – qəbul edilmədi. İsmayıl Kurosavanı sevir. Onu İsmayılın gəncliyi dövründə göstəriblər, bundan başqa, “Mosfilmdə Kurosava “Dersa Uzalanı çəkib.
Bu da başqa dostlar.
Fuad özünün FB səhifəsində yazdı: “Bütün “Ulduz müharibələrinə baxmayanlar bu postu layk edin. Bilim ki, kimləri bir gəmidə toplayıb, batırmalıyam. Fuadın yaşı 30-dan bir az çoxdur. Və belələri çoxdur. Və bütün bu adamlar mənim nəslimin nümayəndələridi. Bizim bu franşıza dini ilə münasibətlərimiz daha çətindir. İxtisaslaşmış oyuncaq mağazaları yoxdur. Bütün dünyada simfonik konsertlər verən Con Uilyams isə (o, ilk blokbasterin musiqisinin müəllifidir) keçmiş sovet respublikalarına gəlmir. Bizdə, Bakıda başqa yerlər üçün adi olan müvafiq kostyumlu fleşmoblar keçirilmir.
Bütün bunlar haqda mən bütün dünyada olduğu kimi Bakıda da 17 dekabrda baş tutan premyeradan sonra yazdım. Kosmik operanın yeni filmi çıxdı – “Ulduz müharibələri: Gücün oyanması. Mənim və tanışlarım üçün bu əsas və bəlkə də bu il manatın düşməsi, işsizlik, yanan çoxmərtəbəli ev və neft platforması və digər xoşagəlməz hadisələr fonunda yeganə yaxşı hadisədir.
Ulduz müharibələri
C.C. Abrams həmişə klişə və ştampların ustası olub. Amma əgər onun böyük debütu olan “Armaqeddonda onlar filmə bir qədər komik çalarlar verərək, ancaq müsbət nəticə verdilərsə, burada hər şey əksinə oldu. “Gücün oyanışındakı klişe üç əsas bədii fəndlərdən biridir. Burada ümumi və çeynənmiş ifadələrdən istifadə etməklə, Gücün qaranlıq və işıqlı tərəflərindən çox danışılır və onlar rəsmi qeydiyyata alınmış “cedaizm dinini yaradan Obi-Van və Yodanın nəzəriyyəsi ilə heç bir müqayisəyə girmir.
İkinci bədii fənd nostalgiyadır. Burada o çoxdur, hətta lazım olandan da çox. Qəhrəmanlar özlərinin çeynənmiş ifadələrindən tez-tez sitat gətirir, internet memlərdən istifadə edirlər, hətta İndiana Cons (onu 3V-də Xan Solo obrazını canlandıran Xarrison Ford oynayıb) haqqında trilogiyanın birinci filmində qaya parçasından qaçmağı təkrar edən epizod da var. Köhnə filmlərin personajları burada vaxtında, gözlənilən şəkildə və təmtəraqla ilə meydana çıxırlar. Onları sanki tamaşaçıların gözlərinə soxaraq, təsiri bir pıçıltıyla deyirlər: “Di başlayın, nostaljiyə qapılın.
Üçüncü fənd – “hər şeyi birinci filmdəki kimi edək, amma daha çox. Əslində, süjetin strukturuna görə “Gücün oyanması demək olar ki, əvvəldən axıra qədər əfsanənin birinci filmini – 1977-ci il “Yeni ümidi təkrar edir. Burada Xananı yenidən borca görə öldürmək istəyirlər, amma artıq bir adam ovçusu deyil, “onlar səssizcə sıra ilə düzülmüşdülər, onlar səkkiz idi. Burada tənha planetdə zibil yığırlar – zibil bir az da çoxdur, planet isə daha quru və daha ümidsiz bir haldadır. Və nəhayət, burada da Ölüm Ulduzu var, amma əvvəlkindən beş dəfə daha böyükdür və artıq bir deyil, beş planeti məhv etmək istəyir. Hər şey “Yeni ümiddəki kimidir, amma beşi birinin qiymətinə!
Tez-tez üç fəndin üçü də (nostalji, klişe və istismar) eyni vaxtda rast gəlinir. Köhnə filmdəki Lük kimi, onun vərəsəsi Rey köhnə işıq qılıncını alır, bundan sonra o deyir: “Bu qılınc ona məxsus idi. Lük Skayuokerin özünə. 1977-ci ildəki analoji epizodda gözəl Alek Ginnes deyir: “Bu, daha sivil vaxtların zərif silahıdır.
Bu qədər. Bununla belə filmə baxmağa dəyər, əgər siz həqiqətən də fanatsızsa.