Ukraynanın şərqində münaqişə zonası ekoloji və demoqrafik fəlakət astanasındadır
Mənbə – Радио Свобода
Kömür mədənləri və onlarla bağlı olan metallurgiya zavodları mərkəzi hakimiyyət və Rusiyanın dəstəklədiyi separatçılar arasında münaqişənin davam etdiyi Ukraynanın şərqindəki tanınmamış Donetsk və Luqansk respublikalarının iqtisadiyyatının əsasını təşkil edir. Onların bağlanması yerli əhalini dolanışıq imkanından məhrum edir, hən bu ərazilər, həm də Ukraynanın qonşu rayonları üçün ekoloji fəlakət təhlükəsi yaradır.
2017-ci ildə “Donetsk Xalq Respublikasında” (“DXR”) hazırlanan plana əsasən, regionda cəmi 17 rentabelli mədən qalmalı idi.
Reallıq kağız üzərində hazırlanan planı məhv edib. İlk növbədə ona görə ki, Rusiya Donbasın iqtisadiyyatına vəsait yatırmağı planlaşdırmırdı.
• Vətəndaşlıq növbəsində. Ukraynanın şərqində yaşayanlara Rusiya pasportları necə verilir?
• Tkibuli – Gürcüstanın ölümə alışmış şəhəri
Mədənlər sadə metodla bağlanırdı: suyu sovuran nasoslar söndürülürdü. Avadanlıq kəsilir və metalloma təhvil verilir.
Nəticədə qapalı mədənlər su ilə dolur və yaxınlıqdakı yaşayış məntəqələrində evlərin su altında qalması təhlükəsi yaranır.
Sözsüz ki, bu, Ukraynanın nəzarəti altında olan ərazilərə də təsir edəcək – oradakı işlək mədənlər və Donbasdakı mədənlərin susovurma sistemi vəhdət təşkil edir.
Radioaktiv çirklənmə yoxdur. Hələlik
1979-cu ildə 0,3 kiloton gücündə eksperimental nüvə partlayışı həyata keçirilən “Yunkom” mədəni xüsusi narahatlıq doğurur.
Partlayışdan sonra 903 metr dərinlikdə yerləşən maye halında radioaktiv tullantılarla dolu şüşəvari kapsul əmələ gəlib. 2018-ci ilin aprelində nasoslar söndürüləndən dərhal sonra o, suyun altında qalmışdı.
Suyun altında radioaktiv kapsulanın aqibətinin necə olduğu, o təbii yolla aşınandan sonra içindəkinin hara miqrasiya edəcəyini mütəxəssislərdən heç kim bilmir. Nə tanınmamış respublikaların hakimiyyətləri, nə də Ukrayna hakimiyyəti radioaktiv çirklənmənin monitorinqini aparmır. Şimal Donets çayının axdığı Rostov vilayətində də heç bir monitorinq həyata keçirilmir.

Luqansk susuz qalacaq?
Amma ekspertlər hesab edirlər ki, ilk ekoloji fəlakət civə mədənləri, kimyəvi tullantı anbarları və “Yunikom” radioaktiv mədəni ilə məşhur olan “DXR”-də yox, Luqansk vilayətində baş verəcək.
Luqansk vilayətinin su təchizatı yeraltı su mənbələrindən hesabına təmin olunur. Əgər su horizontlarına mədənlərin çirkli suları dolsa, yü minlərlə insanın içməli su problemini nə cür isə həll etmək lazım gələcək.

Yandırılmış torpaq
“Hakimiyyət özü özünü yeyir, heç bir perspektiv olmadığı üçün dəstə ilə işdən çıxan insanları yeyirlər”, – Antratsit şəhərindəki mədənlərdən birinin işçisi şaxtaçılar mühitindəki əhvaldan danışır. – “Əgər 2014-cü ildə insanlar burada heç olmasa ev, mənzil olduğu üçün geri qayıdırdılarsa, indi onlar bu yaşayış yerlərini nəinki satmağa, sadəcə tərk etməyə hazırdırlar!
Təhsili və peşəsi olanların hamısı əsasən Rusiyaya gedirlər ki, özlərinə məşğuliyyət tapa bilsinlər: bizim insanlar əməksevərdir, onlar üçün indi Rusiyada ödənilən pul əhəmiyyət kəsb edir. Beş il də belə sistematik yanma davam edərsə, Ukrayna ilə heç bir sülh danışıqlarının mənası qalmayacaq, bu torpaqlarda heç kim qalmayacaq”.