Ukrayna və Macarıstan arasındakı mübahisə NATO-ya gedib çatıb
Sərhədyanı regionda yaşayan macar azıqla bağlı Kiyev və Budapeşt arasındakı münaqişə beynəlxalq səviyyəyə çıxıb. Ukraynanın təhlükəsizlik xidməti macar təşkilatlarında axtarışlar aparandan sonra Macarıstan dəstək üçün NATO-ya müraciət edib və Ukraynanın bu quruma inteqrasiyasını bloklamaqla hədələyib.
Şimali Atlantika Alyansı Ukrayna və Macarıstan arasındakı mübahisəyə müdaxilə etməyəcək. Bu haqda bəyənatı NATO-nun baş katibi Yens Stoltenberq Alyansa üzv ölkələrin xarici işlər nazirlərinin virtual görüşünün yekunları ilə bağlı mətbuat konfransında səsləndirib.
Təşkilatdan bütün məsələləri ikitərəfli qaydada həll etməyə çağırıblar – Ukraynanın “Hromadske” telekanalının məlumatında deyilir.
Stoltenberq nazirlərin görüşü zamanı Macarıstann tərəfinin Zakarpatya vilayətində axtarışlar məsələsini qaldırdığı qapalı müzakirələrin təfərrütlarına varmayıb. Eyni zamanda NATO baş katibi ümid edir ki, “hər iki tərəf problemi ikitərəfli şəkildə həll etməyə qadir olacaq”.
Həmçinin NATO-da hesab edirlər ki, bu mübahisə Ukraynanın NATO ilə tərəfdaşlığını möhkəmləndirməsinə mane olmayacaq.
Budapeşt NATO-dan nə xahiş edib?
Noyabrın 30-da Ukraynanın təhlükəsizlik xidməti Zakarpatya vilayətində separatçılıq və “Böyük Macarıstan” ideyasının təbliğində şübhə səbəbilə macar təşkilatlarında axtarış aparıb.
Zakarpatya sakinlərini nə ayırır – Macarıstanın təsirinin getdikcə artdığı Ukrayna regionu
Zakarpatya vilayətində macar separatçılığı ilə bağlı məsələ yeni deyil. Sonuncu dəfə Zakarpatyanın macar qəzeti bir sıra sərhədyanı regionların Macarıstan bayrağının rəngində əks olunduğu xəritə dərc etdiyi zaman qalmaqal yaşanmışdı. O zaman təhlükəsizlik xidmət separatçılıqla bağlı cinayət işi qaldırmışdı.
Bu dəfə UTX milli təhlükəsizliyin təhdidi haqda bildirib.
Macarıstanın xarici işlər naziri Peter Siyarto bu axtarışları qınayıb və bildirib ki, dekabrın 1-də Ukraynanın alyansdakı üzvlüyünün bloklanması məsələsini müzakirə etmək üçün NATO məsələləri üzrə məsul şəxslə görşəcək, çünki Siyartonun bildirdiyinə görə Ukrayna hakimiyyətinin əməlləri “ölkələr arasında bütün sivil və Avropa münasibətlərin üzərindən xətt çəkib”.
Ukrayna xüsusi xidmət orqanlları “separatçılığa” və “Boyük Macarısatana” qarşı
Onsuz da gərgin olan Ukrayna-Macarıstan münasibətləri son bir neçə ayda daha da pisləşib.
Daha əvvəl Macarıstan siyasətçiləri və məmurları Ukraynada yerli seçkilər zamanı qanunu pozaraq Zakarpatya vilayətinin macarıstanyönlü partiyasını açıq dəstəkləyib.
Noyabrın 30-da sözügedən axtarışlardan sonra sosial şəbəkələrdə Syurt kənd sovetinin (Zakarpatya vilayətinin Ujqorod rayonu) yeni seçilən deputatlarının andiçmədən sonra Macarıstan himnini oxuduqlarını əks etdirən video da yayılıb.

Macarıstan tərəfinin bəyanatəna görə dekabrın 1-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Macarıstan səfiri İştvan İydyartonu çağırıb və spekulyasiyadan çəkinməyə, “Ukrayna-Macarıstan münasibətlərində destruktiv gərginlik yaratmamağa” çağırıb.
Eyni zamanda Macarıstanın xarici işlər naziri Peter Siyarto ATƏT-in missiya rəhbəri Gent Çakayla telefon danışığı zamanı macar milli azlığının nümayəndələrinin ofislərində axtarış aparılması ilə bağlı Zakarpatya vilayətinə xüsusi missiya göndərməyi xahiş edib.