Təklik əyalətlərdən olan yaşlı insanların qismətidir.
***
Cavaxetiyanın Qumburdo kəndində yaşayan Qazar Xanoyanın 91 yaşı var. Həyatda o az əziyyət çəkməyib, müharibə, sürgün və oğullarının ölümünü görüb. İkinci dünya müharibəsi zamanında Baqramyanın ordusunda döyüşüb, lakin müharibədən danışmağı elə də sevmir. Həvəssiz şəkildə öz medallarını göstərir : “ Müharibə ölüm və dağıntıdır. Sən illərlə tikirsən yığırsan və müharibə bir göz qırpımında hər şeyi dağıdır, o deyir.
Qazar baba ilə biz kəndin mərkəzindəki meydanda tanış olduq. Həmin vaxt o, həmyaşıdları ilə domino oynayırdı. Qumburda ona müasir Xorenaçi deyirlər. Kəndililər deyir ki, ondan yaxşı kəndin tarixini bilən yoxdur.
Onun evinin qonaq otağı elə təmiz və səliqəlidir ki, bu evdə neçə illərdi tənha kişinin yaşadığına inanamaq mümkün deyil. Stolun ütsündə araq şüşəsi, boşqab və təsbeh var. Stolun qarşısında səliqəli yığılmış çarpayı, divarda isə üzünü artıq 5 ildi görmədiyi sevimli qızının şəkli. Tənha Qazar babanın əslində böyük ailəsi var: 4 oğul, 2 qız, 16 nəvə, 5 nəticə. Hamısı şəhərdə yaşayır. İki oğlü isə gənc yaşlarında dünyasını dəyişib.
Arvadıın ölümündən sonra 16 ildir ki tək yaşayır.
“Mənim tək dostum televizordur. Evdə heç kim yoxdur, nə nəvələr nə uşaqlar .Mən tənhayam.
Həyat təcrübəsinindən danışaraq bu nəticəyə gəlir: “ İnsana var-dövlət lazım deyil. Əsas uşaqlarının, nəvələrinin, doğmalarının əhatəsində olmaqdır. Həyatda bundan şirin heç nə yoxdur. Elə zamanlar olub ki, biz göy –göyərti yeməklə dolanmışıq, amma özümüzü xoşbəxt hiss etmişik.
***
Anasının və qardaşının ölümündən 30 ildən çox vaxt keçib. Öz ailəsi yoxdur, səhhəti də əvvəlki kimi işləməyə imkan vermir. 81 yaşlı Marusya Keşişyan Axalkalaki rayonunun Vaçian kəndində işiqsız, susuz, qazsız yarıüçuq evdə tək yaşayır. Onun tək ümidi hərdən şəhərə gedəndə ona dərman və yemək gətirən qonşularına qalıb.
O 30 i fermada sağıcı işləyib. Nümünəvi işçi kimi bir çox təşəkkürnamə alıb. “Mən haralarda işləməmişəm, nələr etməmişəm. İndi isə bacarmıram, gücüm yoxdur.
160 lari təqaüd, 60 lari isə sosial yardım alıram ( toplam 90 dollar) – bu pul bütün həyatımı həll edir.
İsti havada Marusya nənə qoz və təzək toplayır ki, qışda evi istidə bilsin. Öz həyatı haqqında göz yaşları içində danışır : “ Nə bacım nə də qardaşım var, nə qohumum qalıb. Hamısı xəstəlikdən dünyalarını dəyişib. Bilmirəm nə edim, hara gedim. Mənə kömək edin- məni qocalar evinə aparın- o deyir.
Axalkalakidə qocalar evi yoxdur, ümümiyyətlə Cavaxetiyada öz valideyinini dövlətin himayəsinə vermək böyük ayıb hesab olunur.
Axalkalaki bələdiyyə idarəsindən bildirilər ki, son illərdə qocalar evinə qəbul edilməklə bağlı yalnız bir müraciət daxil olmuşdur ki, sonradan həmin şəxsin özü gürcü dilini bilmədən gürcülərlə bir yerdə yaşamağın mümkün olmayacağını düşünərək, ərizəsini geri götürmüşdür.
Marusya nənə də gürcü dilində bilmir, buna görə də Gürcüstanın hər hansı bir rayonunda qocalar evində qalmaqdan çəkinir. “Mən Ermənistana gedərdim, gürcü dilində heç nə bilmirəm, o deyir. Onun qulağı yaxşı eşitmir və revmatizmadan əziyyət çəkir. “ Yaşlaşanda səninlə danışmaq belə istəmirlər. Mən hara gedim, nə edim bilmirəm, o deyir.
***
Araqva kəndində Surb Qevorq kilsəsinin yaxınlığında, ikiotaqlı mənzildə tənha Qurqen Koroqlyan yaşayır. Kəntdə onu Karo deyə çağırırlar. 83 yaşlı qocanın tənhalığını onunla bölüşən tək dostu kitablardır. Əvvələr, cavan olanda başı işləməyə qarışdığından kitab oxumağa vaxtı olmayıb. Amma son 10 ildə mindən çox kitab oxuyub.
Qoca yavaş addımlarla bizimlə birlikdə yaşadığı evə gəlir. Geniş otaqda iki çarpayı bir paltar şkafı və xanımı Rozanın şəkli var. O dəmək olar ki həmişə arvadının şəkli ilə danışır: Rusiyada yaşayan oğlu nəvələrini bəla və müsibətlərdən uzaq olması üçün dua edir.
“Onlar məni Moskvaya –öz yanlarına- aparmaq istəyir. Gtməyim üçün yalvarırlar, xahiş edirlər, lakin mən onlara yük olmaq istəmirəm. Həmişə mənə baş çəkirlər, pul göndərirlər. Xəstə adamam, bir iki illik ömrüm qalıb
***
Qurqen Koroqlyandan fərqli olaraq Çolak Unanyan Rusiyadakı oğlunun yanında bir il qalıb, lakin sonradan geri qayıdıb.
“Bütün günü dörd divarın arasında qalırsan, çölə çıxırsan hər şey sənə yaddır. Öz əlinlə tikib, içində yaxşı, pis günlərini keçirdiyin evin üçün darixırsan- o deyir.
Artıq 7 ildir ki, 90 yaşlı Çolak baba təsərüfatla tək məşğul olur. Pis yaşamır, hərdən Moskvadan uşaqları puı göndərir. Yaşına baxmayaraq bağ- bostanına çox yaxşı baxır. O nə əkib becərmir ki, baxçada günəbaxan, pomidor, xiyar, bibər, sarımsaq, kartof , çuğundur və s. var.
Çolak babanın yalnız bir dərdi var- tənhalıq.
Evin geniş otaqları onun yadına keçmiş xatirələri salır. İndi də onun çarpayısının yanında xanımının çarpayısı var. Arvadı 7 il əvvəl, həyatda olanda evi necə qoyub getmişdisə indi də elə qalıb.
Çolak baba kəndin ən yaşlı sakınıdır. O hər gün çoxları kimi kəndin mərkəzinə gəlib xəbərlərə baxır. Bu yeri Çolak baba zarafatla qocalar evi adlandırır. Səbəbi isə burada daha çox kəndin qocalarının toplaşmasıdır.
“Tənhalıq? Əlbəttə çətindir. Ancaq nə etməli?… Tanrının yazısıdır..