Şəkidə bir vaxtlar tütünçülük inkişaf edib. Qaradağlı kəndində (Şəkidən 20 kilometr aralı) yerli sakinlərin sözlərinə görə, sovet illərində ildə 40-50, indi isə 3-4 ton tütün yığılır.
Kəndlilər bunun sadə izahını verir – tütünə maraq qalmayıb. Yerli firmalar Sovet İttifaqının iri tütün zavodları kimi istehsal həcmini təmin edə bilmirlər, onlara daha az xammal lazımdır, nəticədə də tütünü fermerlərdən çox ucuz qiymətə alırlar. Onlar da işçilərə bir kilo tütün yarpaqlarına görə lap az pul verirlər.
Tütün yığanların adi iş günü səhər saat 8-dən axşam saat 7-yə qədərdir. Tütünü martda səpməyə başlayırlar, iyul-avqust aylarında da toplayırlar. Tütün isti, yağışsız havanı sevir, yay soyuq keçərsə yığım oktyabr ayına qədər uzana bilər.
Yığımdan başqa həm də alaq otların təmizlənməsi işi də var.
Tütün yarpaqlarının ilk yığımı səpindən iki ay sonra başlayır. Sonra bir neçə ay, təzə yarpaqlar bitənə qədər gözləmək lazımdır. Onları da yığır, presləyir və günün altında qurumaq üçün sərirlər.
Bir kilo qurudulmuş tütün yarpağının qiyməti 1-2 manat, təxminən 1 dollardır. 10 saatlıq iş ərzində 18-20 dollar qazanmaq mümkündür.
Tütün yarpaqları təxminən iki həftə ərzində qurudulur. Hər kəndirdən bir kilo tütün asılıb.