Türkiyədəki erməni icmasının dini lideri Amerika Senatının erməni soyqırımını tanımasını tənqid edib
İstanbul erməniləri yeni patriarxlarını tanımır və onu Türkiyə hakimiyyətinin tərəfdarı hesab edirlər
Yepiskop Saak Maşalyan təxminən iki həftə əvvəl – 2019-cu il dekabrın 11-də Türkiyədəki erməni icmasının dini lideri olub, amma artıq Ermənistanda cəmiyyətin bir hissəsində mənfi reaksiya doğurub.
Səbəblərdən biri Konstantinopol (İstanbul) Erməni Yeparxiyasının 85 yaşlı patriarxı Saak Maşalyanın ABŞ Senatının dekabrın 12-də Birinci Dünya Müharibəsi illərində Osmanlı Türkiyəsində erməni soyqırımını yekdilliklə tanımasını tənqid etməsidir.
Amma buna qədər də İstanbulun erməni icmasının üzvləri Türkiyə hakimiyyətinin mövqeyini dəstəklədiyi üçün Maşalyanı tanımadıqlarını bildiriblər.
• Şərh: “ABŞ Senatının Osmanlı Türkiyəsində erməni soyqırımı üzrə qətnaməsi qanun deyil”
“Ermənilərin əzabından Türkiyəyə təzyiq göstərmək üçün istifadə edirlər”
Başqa ölkələr “ermənilərin 100 illik əzabından” istifadə edir ki, Türkiyəyə siyasi və iqtisadi təzyiq göstərsin, yepiskop Saak Maşalyan Türkiyənin “Sabah” nəşrinə bildirib.
Onun fikrincə, bu cür hərəkətlər “mənəviyyatsızlıqdır”:
“Biz istəyirik ki, problem haqda müxtəlif ölkələrin parlamentləri yox, bu torpaqlarda yaşayan insanlar danışsın. Biz Ermənistanla Türkiyənin münasibətlərinin düzəlməsini istəyirik…
Erməni icması Türkiyənin həyatına inteqrasiya edib. Bizim taleyimiz bu ölkə ilə birdir…
Bu, İstanbulun erməni icmasının seçimidir. Biz qərar gəlmişik ki, bu ölkədə yaşayaq. Və bu vəziyyət bizi …Ermənistandan ayırır. Bu cür məsələlərin qızışdırılması Türkiyədə nifrət ifadəsini artırır”.
Yepiskop bildirib ki, 100 illik tarixi hadisələri tədqiq etmək üçün tarixçilərdən ibarət müştərək komissiyanın yaradılmasını dəstəkləyir.
Ekspertlər xatırladırlar ki, məhz bu təşəbbüslə daha əvvəl Türkiyə hakimiyyəti çıxış edib. Ermənistan hakimiyyəti isə cavabında dəfələrlə bildirib ki, soyqırım məsələsicmüzakirəyə açıq deyil, çünki mübahisəyə gəlməyən faktdan ibarətdir.
“Maşalyanın hansı zamanda və hansı olkədə olduğunu unutmayın”
Türkoloq Hayk Qabrielyan Facebook səhifəsində Maşalyanın bəyanatını şərh edib və “patriarxa qarşı çox da sərt olmamağa” çağırıb:
“maşalyanın hansı zamanda və hansı ölkədə olduğunu unutmaq lazım deyil. Patriarx yeni seçilib, onun mövqeyi kifayət qədər möhkəm deyil.
Gəlin, medalın tərs üzünə baxaq. O deyib ki, üçüncü qüvvələr bizim faciəmizdən öz maraqlarının təbliğiüçün istifadə etməməlidirlər. O, həmçinin dolayısı ilə Ermənistan və Türkiyəni dialoqa çağırıb. O özü də bunun üçün körpü ola bilər”.
“Patriarx rəqabətsiz seçilib, odur ki, legitim deyil”
Türkiyənin erməni icması ən başından Maşalyanı ölkə hakimiyyətini təmsil edən şəxs kimi qəbul edib.
Yerli ermənilər hesab edirlər ki, Erməni Apostol Kilsəsinin İstanbul Yeparxiyasının rəhbərinin seçimi rəqabətsiz baş tutub, buna görə də yeni patriarx legitim deyil.
“Seçkilərdə icmanın dörddə bir qədəri, cəmi 14 min nəfər iştirak edib, bu da çox şeyi deyir”, – İstanbulda dərc olunan “Aqos” qəzetinin redaktoruBaqrat Estukyan bəyan edib.
NarazılıqTürkiyə hökumətinin namizədliyini irəli sürə biləcək şəxslərin çevrəsini məhdudlaşdırması ilə əlaqədardır. Yalnız ölkə vətəndaşları namizədliyini irəli sürə bilərdi.
“Maşalyan seçkilərdə iştirak etdi və bununla da …Ermənistandan olan din qardaşlarının hüquqlarının pozulmasında iştirak edib”, – türkoloq Ruben Melkonyan hesab edir.
Onun fikrincə, Türkiyə seçki qaydalarını dəyişib ki, Ermənistandan irəli sürülə biləcək namizədin – icmanı öz ətrafında sı toplaya biləcək arxiyepiskop Sepux Çulcyanın qələbəsinin qarşısını alsın.
Seçkidə iki “yerli” namizəd iştirak edib – Maşalyan və yepiskop Aram Ateşyan. Hər ikisi Türkiyə hökumətinə sərf edən namizəd idi.
Türkiyə parlamentinin ölkə hakimiyyətini ardıcıl tənqidləri ilə tanınan deputatı Karo Paylan bu yanaşmanın əleyhinə çıxış edib. 2015-ci ildə Paylan Türkiyə parlamentinin erməni mənşəli üç deputatından biridir.
Paylan Facebook səhifəsində bunları yayıb:
“Mən seçilmişi patriarx hesab etmirəm”.
Türkiyədə ABŞ Senatının qətnaməsi ilə bağlı ümumi gərginlik
Erməni soyqırımının tanınması haqda qətnamənin qəbulundan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Senatı tərəfindən 1915-ci ildə Osmanlı imperiyasında erməni soyqırımının tanınmasına cavab olaraq ABŞ-da hinduların soyqırımını tanımaqla təhdid edib:
“Amerika haqda danışdığın zaman bu haqda necə susmaq olar? Bu, ABŞ tarixində qara səhifədir”.
Türkiyə lideri bəyan edib ki, Donald Tramp “iki ölkə arasındakı münasibətləri qurban verməməli və 1915-ci il hadisələrini öz daxili siyasətindəki məqsədləri üçün” istifadə etməməlidir.
Ərdoğan həmçinin ABŞ-ın Türkiyəyə qarşı Rusiyadan hava hücumuna qarşı zenit-raket kompleksləri aldığına və Suriyanın şimalında həyata keçirdiyi hərbi əməliyyata görə sanksiya tətbiq edəcəyinə dair təhdidinə də cavab verib
O, “lazım gələrsə” Türkiyənin (NATO üzvü) Amerikanın İncirlik aviabazasına – ABŞ-ın hərbi hava qüvvələri və NATO-nun Avropadakı qüvvələri üçün vacib obyektə girişini qapadacağı ilə hədələyib.