Türkiyə Ukrayna ilə Rusiya arasında
“Biz Ukrayna ilə iєləyirik və sərhədlərinin toxunulmazlэрэnэ qəti юəkildə dəstəkləyirik. Eyni zamanda da biz bьtьn qonюularэmэz, o cьmlədən də Rusiya ilə dialoqumuzu dərinləєdirəcəyik, – Mehmet Şimşək çətin bir mövzu: qonşularının müharibə etdiyi bir vəziyyətdə özünü necə aparmalı olmağın haqqında danışır.
Mehmet Şimşək ən maraqlı türk siyasətçiləri və iqtisadçılardandır. Baş nazir müavini olana qədər o, 6 il müddətində Maliyyə Nazirliyinə başçılıq edib, eyni zamanda da indiki prezident Ərdoğanla işləyib. Belə hesab edilir ki, Türkiyəyə 2008-ci ildə dünya iqtisadi böhranından çıxmağa kömək edən “fiskal siyasəti tətbiq edən məhz bu adam olub.
Şimşəyin islahatları – vergi tənzimlənməsinin azaldılması, iqtisadiyyatın kölgədən çıxarılması.
Etnik kürd olan Şimşek Böyük Britaniyada təhsil alıb və işləyib, liberal kimi tanınır.
– Bu gün Ukrayna-Türkiyə münasibətlərinin fərqli cəhəti nədən ibarətdir?
– Ukrayna ilə Türkiyə arasında xüsusi münasibətlər var. Bu həm də bizim qonşu olduğumuza görədir. Burada tarixi kontekst, həm də Krım tatarları ilə əlaqə də rol oynayır. Üçüncüsü də, biz ticarət əməkdaşlığını gücləndiririk. İqtisadiyyatlarımız bir-birini tamamlayır. Buna görə də Türkiyənin Ukraynaya strateji sərmayələri var. Münasibətlər adi vəsait qoyuluşundan daha dərindir. Ən əsası da odur ki, Ukrayna ilə bu əməkdaşlıq dəyişən deyil. Yeri gəlmişkən, dövlətlərimiz arasında çox gözəl siyasi dialoq da var.
– Hazırda Türkiyə ilə Rusiyanın münasibətlərində uzun sürən münaqişədən sonra istiləşmə müşahidə olunur. Aydındır ki, bu münaqişənin Türkiyə iqtisadiyyatına, o cümlədən də turizm, kənd təsərrüfatı sahələrinə zərər yetirməsi ilə bağlıdır. Ukraynadan bu belə görünür ki, söhbət siyasətdən gedəndə Türkiyə prinsipiallığını göstərmir. Krımın Rusiya tərəfindən ilhaqı nəticəsində Krım tatarlarının başına gələnləri yadımıza salaq. Yoxsa Türkiyə həqiqətən xarici siyasətində prinsiplərini qurban verərək, biznesi birinci yerə qoyur?
– Yox, bu belə deyil. Bəli, bizim Rusiya ilə münasibətlərimiz düzəlib. Rusiya təyyarəsinin qəzaya uğramasından bir qədər sonra biz Moskva ilə münasibətlərimizi tamamilə dondurduq. Düşünmürəm ki, bu vəziyyət elə belə də qalacaqdı. Türkiyə ilə Rusiya min illərlə qonşu olub. Hesab edirəm ki, regionumuzda normal dialoq saxlamaq vacibdir.
İkincisi, iki ölkə arasında münasibətlər onların başqa dövlətlərlə münasibətlərinə mane olmamalıdır. Bu o deməkdir ki, Ukrayna ilə işləyib, sərhədlərinin bütövlüyünü qəti şəkildə dəstəklədiyimiz bir vaxtda biz həm də bütün qonşularımızla dialoqumuzu dərinləşdirə bilərik. Axı qonşular arasında sülh və stabilliyin olması bütün regionun xeyrinədir. Yəni Rusiya ilə Türkiyə arasındakı münasibətlərin düzəlməsi bizim Ukrayna ilə yaxın dostluq münasibətlərimizin alternativi deyil.
– Bu gün biz anlayırıq ki, əksər Türkiyə vətəndaşları dövlət çevrilişi cəhdini dəstəkləmədi. Amma bundan sonra çoxsaylı həbslər olub, minlərlə adam saxlanılıb, jurnalistlər həbs olunub, hüquq müdafiəçiləri həbsxanalarda işgəncə faktlarını qeyd ediblər. Söhbət minlərlə insandan gedir. Siz Böyük Britaniyada yaşamış və işləmiş bir adamsız, Türkiyədə sizi kifayət qədər liberal siyasətçi kimi tanıyırlar, buna cavabınız nədir?
– Bir neçə məsələyə toxunduz, buna görə də icazə verin izah edim. Biz qətiyyətlə işgəncələrə qarşı çıxırıq. Qətiyyətlə. Hətta zorla çevriliş etmək cəhdində günahkar olanlara münasibətdə biz demokratik prinsiplərə əsaslanaraq, qanunu rəhbər tutacağıq. Buna heç bir şübhə yoxdur.
Amma həbs olunan insanların zor gücü ilə çevriliş hazırlayan məxfi sui-qəsdçi şəbəkəsi ilə bilavasitə və ya dolayı əlaqəsi olub. Bunun sübutları da var.
Bizim misalımızda bu, hakimiyyətin müxalifətdən kobud metodlarla azad olmaq cəhdi deyil. İyulun 15-də baş verənlər sıradan bir hadisə deyildi, məhkəmə orqanları və bu məxfi dini məzhəbin mediası tərəfindən dəstəklənən bir qrup silahlı hərbiçi qanunun aliliyinə məhəl qoymadan demokratik quruluşu məhv etməyə cəhd göstərdi.
Biz yenə də qanuna riayət edəcəyik. Biz Avropa İnsan Haqları Məhkəməsinin prinsiplərinə riayət etməyə razıyıq. Bu dini məzhəb (söhbət gülənçilər, türk teoloqu Fətullah Gülənin davamçılarından gedir – red.) 1970-ci illərdən bir sıra hakimiyyət qurumlarına, o cümlədən də ordu, məhkəmə və polis orqanlarına soxulub. Məsələ tək bunda deyil. Bu həm də bank, bir sıra informasiya resursu və hətta universitetlərə sahib olan böyük biznes qrupudur. Onların minə yaxın kollec və hazırlıq məktəbləri var. Bu hərəkat 170 ölkədə fəaliyyət göstərir, Türkiyədə isə onlar dövlət çevrilişi cəhdi edərək, hakimiyyəti ələ keçirmək istədilər.
Buna görə də təsəvvür edin ki, siz Kiyevdə yaşayırsız, hansısa qrup F-16 qırıcı təyyarələrindən, vertolyotlardan, tanklardan istifadə edərək parlamentinizə hücum edir, 240-dan çox günahsız adam qətlə yetirir və 220 mülki vətəndaşı yaralayır. Və bu qrup legitim, demokratik yolla seçilən hakimiyyətdən azad olmaq istəyir, bu cür cinayətə necə reaksiya verərdiz? Təbii ki, onların təqib edərdiz!
Amma hər şey qanun çərçivəsində olmalıdır. Türkiyə Avropa İttifaqına üzv olmaq istəyir, Avropa Şurasının üzvüdür, biz həm də beynəlxalq hüququn daxili qanunvericilik üzərində aliliyini qəbul etmişik.
Məhz buna görə də biz Avropa İnsan Haqları Məhkəməsinin qərarını yerinə yetirəcəyik. Sübutlar əsasında çevrilişdə iştirakı və ya məxfi şəbəkəylə əlaqəsi olması səbəbindən hakimiyyətdəki vəzifəsindən azad olunan hər kəs qanunla müəyyən olunmuş qaydada qərardan şikayət edə bilər. Səhv etmişiksə, düzəldəcəyik.
– Türkiyədə kürdlərlə bağlı sülh prosesi illərlə sürüb, indi də Türkiyənin hərbi kampaniyada iştirak etməsi səbəbindən kürd məsələsi də kəskinləşib. Türkiyədə bu gün deyirlər ki, bu ölkə üçün ən vacib məsələlərdən biridir. Hakimiyyət bu məsələdə hansı siyasəti irəli sürür?
– Birincisi, Türkiyənin kürdlərlə münaqişəsi yoxdur. Mən mənşəcə kürdəm və Türkiyənin baş nazir müavini olmuşam. Biz İraqda kürd regional hakimiyyətinə “İslam dövləti qruplaşması ilə mübarizədə dəstək verən ilk ölkə olmuşuq. Biz kürdlərin Mosulda, Kirkükdə və Şimali İraqda İŞİD-ə müqavimət göstərmək üçün həm hərbi, həm də maliyyə dəstəyi göndərmişik. Biz İraq kürdlərinə kömək etmişik. Bizim Suriya kürdləri ilə də düşmənçiliyimiz yoxdur. Biz qardaşıq!
Həqiqətən də münaqişəmiz Kürdüstan Fəhlə Partiyası ilə var. PPK adı Avropa İttifaqı, BMT və ABŞ-ın terror təşkilatları siyahısında olan təşkilatıdır. PPK Türkiyənin ərazisinin bir hissəsini zəbt etməyə çalışır.
Biz hesab edirik ki, kürdlərin Türkiyədə gələcəyi etnik və dini prinsipə əsaslanan yeni dövlətlərin yaranmasında deyil, daha da tərəqqi edən, demokratik və tolerant türk millətinin gələcəyi ilə bağlıdır. Bu cür gələcək Yaxın Şərqə xaos gətirəcək, ölkələri dinlərarası və etnik ayrı-seçkilik zəminində parçalamaq cəhdinə gətirib çıxaracaq. Bu, arası kəsilməyən münaqişəyə çağırışdır.
Bizdə barışıq prosesi gedirdi, amma təəssüf ki, PPK bunu alver predmetinə çevirmişdi: onlar daha da silahlanır, yeni adamlar cəlb edir və güc yolu ilə həll üçün zəmin hazırlayırdılar.
Yaxın Şərqin gələcəyi Avropa modeli üzərində qurulmalıdır, yəni bu gün baş verənlərin əksi olmalıdır. Aİ-nin 28 üzv ölkəsi var, onların ərazisində yüzlərlə etnik qrup, müxtəlif dini qruplar mövcuddur. Türkiyə elə həmin qaydalara riayət etdiyini bildirir.
Dərc edilib: 15.10.2016