Türkiyə və Yaponiya vətəndaşları Azərbaycan gömrüyünün qanunsuz əməllərindən şikayət edib
Avropa Məhkəməsi Türkiyə və Yaponiya vətəndaşlarının Azərbaycana qarşı iddiaları üzrə qərar çıxaracaq. Bu şəxslər Azərbaycan dövlətini əmlak hüquqlarının pozulmasında ittiham edirlər. Onları aeroportda Azərbaycan dilində sənəd imzalamağa məcbur ediblər və bundan sonra əcnəbilər böyük məbləğdə pullarını itiriblər.
- “Azərbaycan erməni əsirlərin yaşamaq hüququnu pozub”: Avropa məhkəməsinin qərarı
- Türkiyə “xarici düşmən” axtarışında – Mövqe
- Avropa Məhkəməsi yenə Azərbaycanı cərimələyib
Noyabrın 18-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) “Par və Hodo Azərbaycana qarşı” işi üzrə qərar qəbul edəcək. Türkiyə və Yaponiya vətəndaşları Azərbaycan dövlətinə qarşı AİHM-də iddia qaldırıblar.
2010-cu ildə Türkiyə vətəndaşı Serpil Par, 2011-ci ildə isə Yaponiya vətəndaşı Katsunori Hodo Bakı aeroportunda eyni problemlə üzləşiblər. Onları Azərbaycan paytaxtının hava limanında gömrük məntəqəsində saxlayıblar.
İşin materiallarına əsasən, gömrük əməkdaşları Türkiyə vətəndaşından 210 min avro [$241.500], Yaponiya vətəndaşından isə 248 min manat [təxminən $146 min] müsadirə ediblər. Gömrükçülər əcnəbilərə bunu müsadirə olunmuş vəsaitin deklarasiyadan kənar olması ilə izah ediblər.
Türkiyə və Yaponiya vətəndaşları haqqında qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb. Onları Azərbaycan dilində sənəd imzalamağa məcbur ediblər. Bu sənədə əsasən, Par və Hodo onlardan müsadirə olunmuş pulların Azərbaycan büdcəsinə köçürülməsinə razılıq veriblər. Bundan dərhal sonra onlara qarşı açılmış cinayət işlərinə xitam verilib.
Par və Hodo Azərbaycanda bütün yerli instansiyalara müraciət ediblər, amma onların iddiaları təmin edilməyib. Hakimlər iddiaçıların öz vəsaitlərini könüllü şəkildə ölkə büdcəsinə köçürdüklərinə əsaslanıblar – hüquqşünas Xalid Ağaliyev Facebook səhifəsində yazıb.
Bundan başqa, noyabrın 18-də AİHM “Əhmədova Azərbaycana qarşı” işi üzrə də qərarını elan edəcək. İddiaçı Səyyarə Əhmədova da əmlak hüquqlarının bərpa olunması üçün Avropa Məhkəməsinə müraciət edib. 2007-ci ildə Əhmədova Bakıda ev alıb, amma məlum olub ki, həmin ev Azərbaycanın Dövlət Neft Şirkətinin torpaq sahəsində yerləşir. Qadını evdən çıxarıblar. Yerli məhkəmələr