Turizm, yoxsa tanklar? Gürcüstana yeni yol Rusiyanın nəyinə lazımdır və niyə layihənin lobbiçiliyini Çeçenistan rəhbəri edir?
Rusiyada 2019-cu ilin sonunda yeni layihənin – Gürcüstana yeni yolun inşası iki dəfə müzakirəyə çıxarılıb. Həmçinin bu haqda prezident Vladimir Putin də müsbət rəyini ifadə edib, o, bu ideyanı məqsədəuyğun adlandırıb.
Bu təşəbbüsün arxasında nə dayanır – üstəlik Gürcüstanda şüarlarından biri “Rusiya – işğalçıdır” olan etirazlar davam etdiyi, Moskvanın isə 2019-cu ilin iyulunda Gürcüstana bütün aviareysləri qadağan etdiyi ərəfədə?
İdeya müəllifi – Ramzan Kadırov nə və niyə təklif edir?
[pullquote align=”right”]Gürcüstan ümumiyyətlə layihəni müzakirə etmir – Kadırov isə onu Çeçenistanın 2025-ci ilə qədər baş inkişaf planına daxil edib[/pullquote]
Rusiya və Gürcüstan arasında yeni avtomobil yolu haqda 2019-cu ilin noyabrında Çeçenistan rəhbəri Ramzan Kadırov çox gəzlənilmədən söz açıb. Düzdür, o, layihəni Çeçenistan və Gürcüstan arasında yol kimi təsnif edib və deyib ki, bu yol bütün Qafqazda turizmin inkişafına şərait yaradacaq.
“Bu, bizim üçün və bütün Qafqaz üçün hədsiz vacib yoldur. İtum-Kalidən [Çeçenistanın cənubunda dağ kəndi] Gürcüstana qədər 40-50 dəqiqəyə getmək olur. Oradan isə Türkiyə vasitəsilə Avropaya qədər… Buna görə də mən düşünürəm ki, yaxın gələcəkdə biz bu yolu açmalıyıq və qonşularımızla, o cümlədən də Gürcüstanla münasibətlərimizi yaxşılaşdırmalıyıq” — Rusiyanın “RİA-Novosti” informasiya agentliyi Kadırovun sitatını yayıb.
Kadırov bildirib ki, Çeçenistan və Gürcüstan arasında yolun inşası məsələsi kifayət qədər siyasi məsələdir. O, həmçinin “Gürcüstan rəhbərliyində tarixi bilən, bizim necə yaşadığımızı və əcdadlarımızın necə yaşadığını bilən insanların olduğuna” ümidini ifadə edib.
Şimali və Cənubi Qafqaz arasındakı yollar və onların vacibliyi haqda
Kadırovun söz açdığı layihəni Çeçenistan rəhbərliyi artıq bir dəfə reallaşdırmağa cəhd göstərib.
1990-cı illərin sonunda İtum-Kalidən çınqıl yol çəkməyə başlayıblar. İdeyaya görə bu yol Arqun dərəsindən Gürcüstan dağlarındakı Şatili kəndinə qədər uzanmalı idi, amma inşaat işləri sırhəddə dayanıb. Çeçenistan müharibəsi başlayıb və yol yaddan çıxıb. Çəkməyə macal tapdıqları 30 kilometrlik yol bombardman edilib.
Bu gün Şimali Qafqazdan Cənubi Qafqaza gedən dörd avtomobil yolu var, amma onlardan ikisi həll olunmamış münaqişələr üzündən bağlıdır.
Fəaliyyət göstərən hədsiz yüklənmiş yollar:
• Dərbənddən Azərbaycana Xəzər dənizi sahili ilə uzanan yol,
• Vladiqafqazdan (Şimali Osetiya) Gürcüstana gedən Gürcüstanın hərbi yolu.
Həll olunmamış gürcü-osetin və gürcü-abxaz münaqişələrinə görə bağlanan yollar:
• Vladiqafqazdan Cənubi Osetiyaya, ordan da Gürcüstanın Qori şəhəri vasitəsilə Tbilisiyə,
• Soçidən (Rusiyanın dənizkənarı şəhəri) Abxaziyaya, oradan da Gürcüstanın Zuqdidi şəhəri vasitəsilə Tbilisiyə.
Bu yolların hər ikisinə Sovet İttifaqı dövründə həm əhali üçün, həm də Şimali Qafqazdan Cənubi Qafqaza yük daşınması üçün çox tələbat vardı. Amma 1990-cı illərin əvvəllərində gürcü-osetin və gürcü-abxaz hərbi münaqişələrindən sonra bu yollar bağlanıb.
Hər iki yol Rusiya, Gürcüstan və Ermənistan arasında yüklərin nəqli üçün alternativ yolların yaradılması üzrə Gürcüstan-Rusiya layihəsinin mərkəzindədir.
Bu layihədə zamin kimi İsveçrə şirkəti çıxış edir, Tbilisi və Moskva arasında zaman baxımından ən son danışıqlar 2019-cu ilin fevralında baş tutub. Detalları razılaşdırmaq hələlik mümkün olmur.
__________________________________________________________________________________________
• Çeçenistanda hakimiyyət Ramzan Kadırovun ailə biznesi kimi
• Gürcüstanda tarixi Şatili kəndi – dağlar necə insansız qalır
___________________________________________________________________________________________
Yerli ekspertlərin bildirdiyinə görə, Şimali Qafqazdan Cənubi Qafqaza bir neçə “gizli” yol var. Onların arasında aşağıdakıları mühüm adlandırırlar:
• Mamison dərəsindən (Şimali Qafqaz) Gürcüstana
• Laqodexi şəhəri vasitəsilə Dağıstandan Gürcüstana
• Yuxarı Zaramaq vasitəsilə Şimali Osetiyadan Cənubi Osetiyaya
• Dağıstandan Azərbaycana tikilməkdə olan yol.
Bu siyahıda 2019-cu ilin noyabrında Ramzan Kadırovun reanimasiya edilməsini təklif etdiyi, dekabrda isə Vladimir Putinin dəstəklədiyi Çeçenistandan Gürcüstana inşaatı yarım qalan yol da var.
Gürcüstan ümumiyyətlə layihəni müzakirə etmir – Kadırov isə onun reallaşdırılması üçün artıq pul tapıb
Rəsmi şəkildə Gürcüstan ümumiyyətlə Kadırovun təşəbbüsünə heç bir reaksiya vermir. Gürcüstan ekspertləri ümumilikdə layihəyə böyük şübhəylə yanaşırlar.
Hərbi ekspert, “Arsenal” jurnalının baş redaktoru İrakli Aladaşvili “Exo Kavkaza” nəşrinə bildirib ki, bu yolun inşası Gürcüstanın maraqlarına daxil deyil, çünki Gürcüstanı Rusiya ilə birləşdirən bütün yollar Moskva tərəfindən hərbi məqsədlərlə istifadə olunub:
“O cümlədən də 2008-ci ildə [Gürcüstan-Rusiya arasında avqust müharibəsi zamanı] Rok tuneli [Şimali Osetiyadan Cənubi Osetiyaya — JAMnews] Rusiya tərəfindən Gürcüstana hücum məqsədilə istifadə olunub”.
Amma Kadırov çox qərarlıdır. İtum-Kalidən Arqun çayı boyunca Gürcüstan sərhədinə qədər uzanan yol Çeçenistanın 2025-ci ilə qədər Çeçenistanın sosial-iqtisadi inkişaf strategiyasına daxil edilib.
Layihə orada “strateji investisiya layihəsi” adlandırılıb və onun reallaşdırılması üçün 30 milyon dollara yaxın vəsait nəzərdə tutulub.
Strategiyada yazılıb ki, Gürcüstana gedən yolun Çeçenistan hissəsinin rekonstruksiyası üzrə işlər 2021-ci ildə başlamalı və 2025-ci ildə başa çatmalıdır.
Bu yol Ramzan Kadırovun nəyinə lazımdır? Sosial şəbəkədəki şərhlər
“İtum-Kaledən Gürcüstan sərhədinə qədər olan yolu Çeçenistan prezidenti Masxadov dövründə tikməyə başlamışdılar, ona dünyaya Rusiyadan başqa bir çıxış lazım idi. Bu, Kadırovun nəyinə lazımdır? Laızmdır ki, bu yolla Gürcüstana turistlər yox, tanklar gəlsin”.
“Kadırov turizmin inkişafı üzrə məşhur mütəxəssisdir. Onun bu sahədə yeganə layihəsi Çeçenistanda dağ-xizək kurortunun inşasıdır ki, o da Rusiya büdcəsinə çox baha başa gəlib”.
“Hər şey çox sadədir. Hamı bilir ki, Rusiyada inşaat, xüsusən də yol tikintisi iqtisadi layihə kimi başlayır və banal talanla başa çatır”.
“Bu yolun inşası Rusiyaya ümumilikdə Gürcüstanıa diplomatik münasibətlərini bərpa etmək imkanı verəcək. Və bundan sonra Baş Qafqaz sıra dağlarından azı beş yolu bərpa etmək mümkün olacaq”.