3 ay əvvəl Gürcüstana ayaq basanda buranın təbiətinə, dağlara, insanların mehribanlığına və Tbilisinin olduqca rəngarəng gecə həyatına valeh oldum. Məni təəccübləndirən isə burada yaşayan insanların bizim Avropada ekoloji sabitlik adlandırdığımız məsələ barədə azacıq da olsa düşünməməsi oldu. Əsasən tullantıların təkrar emalını nəzərdə tuturam.
Təəssüf ki, Tbilisi çox çirkli şəhərdir. Burada zəhərli qaz buraxan maşın və avtobusların sayı-hesabı yoxdur. Burada metrodan başqa heç bir elektrik nəqliyyatı mövcud deyil. Tbilisidə bütün zibil – kağız, plastik, şüşə və bioloji tullantılar – bir yerə atılır, sonra da onları zibilxanaya daşıyıb, orada yandırmağa çalışırlar.
Avropada (xüsusən də mənim ölkəm Çexiyada) biz kağız, şüşə və plastik butulkalar üçün nəzərdə tutulan ayrı-ayrı konteynerlərə çoxdan alışmışıq.
Tbilisidə belə şeylərdən xəbərsizdirlər.
Başa düşürəm ki, Gürcüstanda hələlik təəssüf ki, zibilin təkrar emalı müəssisələri yoxdur, amma burada keç kimin tullantıların azaldılması barədə düşünməməsi ilə barışa bilmirəm. Əslində isə bunu hər kəs edə bilər, bunun üçün də bir neçə sadə qaydaya riayət etmək kifayətdir.
Əslində tullantıların təkrar emalında çətin heç nə yoxdur. Bizim hər birimiz daha məsuliyyətli ola və yaşadığımız yerin qayğısına qalmaqdan başlaya bilərik. Və mən sizə bunu necə edə biləcəyinizi anlatmaq istəyirəm.
Ekoloji davamlılığın nə demək olduğunu bilmirsizsə, lap yaxşı – bunu sizə yerindəcə məmnuniyyətlə başa salacaqlar.
Biz sizə şüşə qırıntıları, istifadə olunmuş plastik və kağızdan nələr yarada biləcəyinizi və daha nələr anladacağıq!
Özünüzlə köhnə paltar götürməyi də unutmayın – onu başqalarının paltarı ilə dəyişmək və ya satmaq olar. Sizi gözəl vegetarian və veqan yeməkləri, həmçinin əla musiqi gözləyir. Mütləq gəlin!