Tramp Fələstin dövləti yaradır, yoxsa İsrailə işğal etdiyi əraziləri “leqallaşdırmağa” kömək edir?
ABŞ prezidenti Donald Tramp Fələstin-İsrail münaqişəsinin nizamlanmasına dair yüni plan irəli sürüb – CNN xəbər verir.
Yeni plan nədən ibarətdir?
Amerika administrasiyasının təklif etdiyi Yaxın Şərqdə münaqişənin nizamlanması planı üç əsas ideyaya əsaslanır:
•İki müstəqil dövlət yaradılır – yəhudilərin və fələstinlilərin
•İsrailin paytaxtı Qüds, Fələstinin paytaxtı isə Şərqi Qüds olur
•Yeni Fələstin dövləti ərazilərini əhəmiyyətli dərəcədə böyüdür və “inkişaf üçün” 50 milyard dollar alır.
•Tramp Qüdsü İsrail paytaxtı kimi tanıyıb. Bu niyə təhlükəlidir?
• Yaxın Şərqdə müharibə təxirə salınır?
Niyə İsrail razı, Fələstin isə narazıdır?
İsrailin baş naziri Benyamin Netanyahu yeni planı alqışlayıb. O, Donald Trampı İsrailin mövcud olduğu bütün dövr ərzində “İsrailin ən böyük dostu” adlandırıb.
Fələstin liderləri bildiriblər ki, plan İsrail üçün aşağıdakı səbəblərdən təktərəfli üstünlüklər yaradır:
•Fələstinlilər narazıdırlar ki, bu plana əsasən, onlara verilən ərazilər vaxtilə ilhaq olunana qədər onların sahib olduqları ərazilər deyil.
•Onlara təklif olunan bu ərazilərdə İsrailə aid yaşayış məntəqələri qalmaqdadır.
•Fələstinlilər bütün Qüdsün onlara aid olmasına israr edirlər.
CNN redaktorunun şərhi
“Trampın planı əslində nə razılaşma, nə də sülh planı deyil. Əslində bu plan fələstinliləri uzun zamandan bəslədikləri Qərb sahilində və Qəzzada öz real dövlətlərini yaratmaq xəyalından ümumiyyətlə imtina etməyə vadar edəcək. Orada hər tərəf İsrail məskənlərindən ibarətdir və onlar öz aralarında körpülər və tunellərlə birləşir, planda onlar haqda bir kəlmə də deyilmir.
Belə alınmayacaqmı ki, bu planın əsas tarixi töhfəsi MBT və əksər beynəlxalq qurumların qanunsuz işğal edilmiş hesab etdiyi torpaqları İsrail üçün qanuniləşdirmək olacaq?
Bu cür “biznes yanaşmasını” Tramp artıq İranda və Şimali Koreyada sınaqdan keçirməyə cəhd göstərib (uğursuz olaraq). Bu metod potensial var-dövləti prinsiplərdən yüksəyə qoymaqdır.
Sxem eynidir – rəqibə bir sıra şərtlə razılaşmaq təklif olunur: raketlərlə, nüvə silahı ilə və ya Qüdslə bağlı. Və bu, rəqib üçün tam kapitulyasiya demək olacaq. Əvəzində isə onlara böyük həcmdə pul axışı vəd edilir.
Prezident Tramp fələstinlilərə 50 milyard dollar həcmində investisiya sözü verib.
“Fələstin xalqı üçün nəhayət ki, çox gərəkli olan ümid, imkanlar və çiçəklənmə şansı yaranacaq, əgər onun razılaşmasını imzalayarsa”, – o bildirib.
“Bizim hüquqlarımız satılmır”, – Fələstin lideri Mahmud Abbas deyib”.
ABŞ-da reaksiya
Trampın rəqibləri bildirilər ki, onun Yaxın Şərqlə bağlı təşəbbüsü daxili siyasi vəziyyətdən doğan narahatlıqla əlaqədardır.
Birincisi, impiçment prosesi həlledici fazaya girdiyi bir məqamda prezident kəskin şəkildə özü haqqında müsbət xəbərlərə ehtiyac duyur. İkincisi, Tramp 2020-ci ildə yenidən seçilmək haqda düşünür. Onun üçün “yevangelist” ştatlarda uğur qazanmaq həlledici əhəmiyyət daşıyır – həmin ştatlarda seçicilərin əksəriyyəti dini səbəblərlə İsrailə rəğbət duyur.
Yaxın Şərqdə nüfuz sahibi olan Rusiyadan reaksiya
Rusiya gözləmə mövqeyinə keçib. Rusiya XİN-in Trampın təklif etdiyi planla bağlı bəyanatı çox ehtiyatlı xarakter daşıyır.
Rusiyanın nüfuzlu politoloqu Arkadi Dubnovun fikrincə:
“İndi dünyada ancaq bir ölkə – ABŞ Yaxın Şərq probleminin həlli ilə bağlı iddialarını irəli sürə biləcək resurslara, ambisiyaya və siyasi iradəyə sahibdir. Moskvanın çox ehtiyatlı reasiyasından da görünür ki, o, gözləyəcək – sülh prosesinin həmsponsorluğuna dəvət olunacaqmı”.