Azərbaycanda müxalifət

Son illərdə Azərbaycanda müxalifət əsasən üç iri və tanınməş partiyadan – Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat Partiyası və ReAl paeriyasından ibarətdir.

 

Müxalif partiyalarda qeydiyyatda olan üzvlərin sayı 3 min nəfərdən 60 min nəfərə qədərdir, iqtidar partiyası isə üzvlərinin sayının 740 min nəfər olduğunu bildirir.

 

2010-cu ildə müxalifət parlamentə keçə bilməyib, 2015-ci ildə isə seçkiləri boykot edib.

 

2020 ildə parlament seçkiləildə müxalifətdən parlamentə ancaq bir nəfər keçib – REAL partiyasının üzvü olan Erkin Qədirli.

Feminist Sülh Kollektivindən Tofiq Yaqubluya məktub

Tofiq Yaqubluya həsr edilmiş məktub trilogiyası: "Əgər bu ölkədə şəhidlik hələ də bir dəyərdirsə Tofiq Yaqublu bu xalqın əsl şəhididir"

Feminist Sülh Kollektivi Tofiq Yaqubluya həsr edilmiş məktub trilogiyası yayımlayıb. Birinci məktub Tofiq Yaqublunun şəxsi mübarizəsinə və əzminə həsr olunub, ikinci məktub Azərbaycan xalqına, cəmiyyətin bu hadisəyə münasibətinə və məsuliyyətinə diqqət çəkmək üçündür, üçüncüsü isə gələcəkdə bu hadisələri öyrənəcək olanlara ünvanlanıb.

video icon

Sülh məhbusu: “Yaşasın sülh! Yaşasın xalqların qardaşlığı!”

Bəhruz Səmədov Azərbaycanda dövlətə xəyanətdə ittiham olunaraq həbs edilmiş Paqadakı Karl Universitetinin doktorantı, siyasi tədqiqatçı və müharibə əleyhdarıdır. Ötən ilin avqustun 21-də həbs edilən tədqiqatçının evində Dövlət Təhlükəsizlik Xidməti (DTX) axtarış aparıb, şəxsi əşyalarını müsadirə edib. Səmədov DTX-da təzyiqə məruz qaldığını, günahsız olduğunu deyir. 

Ən Populyar