Qapanlıda Yeni il
Cəbhəyanı Qapanlı kəndində Yeni il bayramını qeyd edirlər. Bakıda həmin gün səs-küylü atəşfəşanlıq olub, Qapanlıda isə insanlar sakitlikdə şənlənir. Yerli sakinlərin dediyinə görə, bayramlarda atışma qeyri-rəsmi razılaşmaya əsasən dayandırılır.
Qapanlı Azərbaycanın Tərtər rayonunun kəndidir. Doxsanıncı illərin əvvəllərində Qarabağ münaqişəsi zamanı kənd amansız döyüş meydanına çevrildi, nəticədə də Azərbaycanın nəzarəti altında qaldı. Kənd Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindən beş kilometr aralıda yerləşdiyi üçün “formal atəşkəs”ə baxmayaraq, vaxtaşırı atəşə məruz qalır.
2016-cı ildə “aprel müharibəsi” zamanı atışma nəticəsində kəndə böyük ziyan dəydi. Əksər evləri mərmilər dağıtdı. İndi də sakinlər dövlətə yaşayış yerlərinin olduğuna görə minnətdarlığını bildirir – onlar üçün yeni evlər tikiblər. Atəşdən mühafizə üçün torpaq səngərlər qurulur, bununla belə burada yaşamaq heç də təhlükəsiz deyil, çünki səngərlər güllələrdən yüz faiz qoruya bilmir.
Bayramovlar ailəsi də yeni evlərindən razıdır. Ata və oğul hər ikisi ustadır, buna görə də özləri üçün ancaq evin divarlarını tikməyi xahiş etdilər, evin içərisini düzəltmək üçün isə pul istədilər ki, öz zövqlərinə uyğun təmir etsinlər. Hələlik ancaq bir otağı təmir ediblər, burada da yaşayırlar: ailə başçısı Mübariz Bayramov xanımı Almaz, qızı və oğlu ilə. İkinci qızları Bakıda ərdədir.
Kişilər rəngsaz işləyir, qadınlar da adəti üzrə ev təsərrüfatı ilə məşğuldurlar. Bayramovlar əksər kəndlilər kimi, evdə heyvan saxlayır və özləri çörək bişirirlər. Bayram süfrələrində bakılıların adət etdiyi yeməklər: ənənəvi “Paytaxt” salatı və supermarketlərdən alınan müxtəlif naz-nemətlər olmur. Evdə hazırlanan şorabalar, təzə kəsilmiş hinduşka ətindən kabab və təzə çörək olur.
Onların gələn illə bağlı arzuları da şəhərlilərin arzularından fərqlənir. Deyirlər ki, həyətə çıxmağa qorxmadan yaşamaq, rahatca torpaq becərmək və son 23 il ərzində onları cana doyduran güllə səslərindən dincəlmək istəyirlər.
- Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ ətrafında hərbi münaqişə 1991–1994-cü illərdə baş verib.
- Dağlıq Qarabağ Respublikasını dünyanın heç bir dövləti, o cümlədən də Ermənistan tərəfindən tanınmayan.
- Azərbaycan Qarabağ və onun müharibə vaxtı alınmış ətraf ərazilərini işğal edilmiş sayır və qaytarılmasını tələb edir.
- 2016-cı ildə münaqişə zonasında gərginlik aprelin 2-dən 5-nə qədər sürüb. Aprelin 5-də tərəflər atəşi dayandırmaqla bağlı razılığa gəliblər, amma atışma daha kiçik miqyasda davam edir.
- Azərbaycan və Ermənistan bir-birini razılaşmanı pozmaqda ittiham edir.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər