Prezident üçün Telegram. “Bəşər tarixində ən böyük rəqəmsal miqrasiya”
Telegram messengerinin banisi Pavel Durov Telegram-kanallarını açan dövlət başçılarının siyahısını açıqlayıb. Son bir həftə ərzində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Brasiliya prezidenti Jair Balsonaru messengerin istifadəçisi olublar.
Rusiyanın «Новая газета» nəşrinin yazdığına görə, onlardan başqa Ukrayna, Özbəkistan, Meksika, Tayvan liderləri, İsrail, Sinqapur və Efiopiya baş nazirləri də Telegram-da kanal sahibi olublar.
Durov bunun “bəşər tarixində ən böyük rəqəmsal miqrasiya” olduğunu ehtimal edib. O, həmçinin bildirib ki, Telegram kanallar düşüncə liderləri üçün öz auditoriyası ilə birbaşa etibarlı əlaqə qurmaq üçün yeganə vasitəyə çevrilib.
- “Nexta” telegram kanalı faktiki olaraq Belarusdakı etirazlara rəhbərlik edir. Onun komandasında kimlər var və bu, necə işləyir
- Azərbaycanda sosial şəbəkələr ətrafında mübahisələr
- Rusiya hakimiyyəti uğursuzca Telegram-ı bloklamağa çalışır
“Artıq bu məkana diqqət yetirməmək mümkün deyil, sadəcə bir səbəbdən – planet əhalisinin 7 faizi Telegram-dan istifadə edir. Buna görə də, əlbəttə, siyasətçilər ondan istifadə edəcəklər”, – Rusiyanın “İnternetin Mühafizəsi Cəmiyyətinin” direktoru Mixail Klimaryov deyir.
Siyasətçilərlə birlikdə onların tərəfdarları da bura gəliblər. Yanvarın əvvəlindən Telegram istifadəçilərinin sayı 500 milyon nəfəri keçib. App Store və Google Play-də Durovun messengeri birinci və pulsuz əlavələr topunda ikinci yeri tutur.
İstifadəçilərin bu qədər böyük axını üçün bir neçə səbəb var. Bunlardan biri ən populyar WhatsApp messengerinin konfidensiallıq siyasətinin dəyişməsidir. Fevralın 8-dən onun istifadəçiləri öz şəxsi məlumatlarının əlavənin rəhbəri – Facebook şirkəti ilə paylaşmasına razı olmalıdır.
Yeni şərtlərlə razılaşmayanları əlavədən söndürəcəklər. Üstəlik şərtlərin bu cür sərtləşməsi şəxsi məlumatların üçüncü platformalara ötürülməsi ilə bağlı ciddi məhdudiyyətin qüvvədə olduğu Avropaa İttifaqından olan istifadəçilərə şamil edilməyəcək.
“İstifadəçilərin Telegram-a axını həqiqətən də daha çox onunla bağlıdır ki, hazırkı zamana qədər sosial şəbəkələrin siyasəti ətrafında, o cümlədən də WhatsApp və onun gizlilik siyasəti ilə bağlı müzakkirələr davam edir. Bütün bunlar əlbəttə ki, Durov tərəfindən daha gizli və müdafiə olunmuş platforma kimi mövqeləndirilən Telegram-a marağı artırır. Üstəlik mən düşünürəm ki, bu, hazırda yeni media adlandırıla biləcək Telegram kanallarının ümumi uğurudur, insanlar onlardan informasiya əldə etmək üçün istifadə edirlər, bu da Durovun messengerini rəqiblərindən əhəmiyyətli dərəccədə fərqləndirir”, – “RosKomSvoboda” layihəsinin həmtəsisçisi Sarkis Darbinyan deyir.
IT mütəxəssis Mixail Klimaryovun sözlərinə görə, Telegram-ın populyarlığının artması üçün digər səbəb Kapitolidə qiyamdan sonra Trampın və onun ən aqressiv tərəfdarlarının sosial şəbəkələrdə bloklanması olub:
“Tramp Twitter-də bloklanıb və budur, onun tərəfdarları hansısa başqa kanallar tapmağa çalışırlar. Birləşmiş Ştatlarda isə yüz milyonlarla insan ona səs verib; budur, həmin insanların müəyyən hissəsi digər platformalara keçirlər”.
Əsasən sağ baxışlı amerikalılar arasında populyar olan Parler xidməti Amazon hostingindən, Apple və Googe platformalarından silinəndən, Trampın Twitter, Facebook və Instagram akkauntları isə bloklanandan sonra hazırkı prezidentin tərəfdarları yeni meydança axtarmağa başlayıblar.
Yanvarın 9-da Donald J. Trump adlı Telegram-kanal yaradılıb. Biir neçə gün ərzində 500 min istofadəçi kanala abunə olub. Amma yanvarın 14-də Telegram dələduz kanal kimi onu ləğv edib və onun təsvirinə bir çox istifadəçilərin bu akkauntun vicdanla istifadə olunmaması haqda məlumat verdikləri haqda xəbərdarlıq əlavə olunub.
Türkiyə: pişiklər və senzura
Telegran istifadəçilərinin sayı ancaq Amerika auditoriyası hesabına artmayıb. Yanvarın 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat xidməti və ölkənin Müdafiə Nazirliyi jurnalistlərə bildiriblər ki, WhatsApp-ın yeni konfidensiallıq siyasəti səbəbilə messengeri tərk edirlərş yanvarın 13-də Ərdoğanın təsdiqlənmiş Telegram kanalı yarandı və prezident orada pişik fotoları və iş gündəliyini paylaşır. Artıq 300 min nəfər kanala abunədir.
Ötən ilin sonunda Türkiyə ölkədə qəbul olunmuş qanunlara əməl etmədikləri üçün Twitter, Facebook, Instagram, YouTube və TikTok sosial şəbəkələrini cərimələyib. Həmin qanunlara əsasən, sosial şəbəkələr Türkiyədə öz ofislərini qeydiyyatdan keçirməlidirlər, o cümlədən də orada rəsmi yerli nümayəndənin kimliyini açıqlamalıdırlar. Az sonra Türkiyə hakimiyyəti “ümumi axtarış bazarında öz dominant mövqeyinndə sui-istifadə etdiyinə görə” Google şirkətini də 25,6 milyon dollar cərimələdi. Türkiyə fəalları yeni qanunla razı deyillər və hesab edirlər ki, yerli nümayəndəliklər olarsa, hakimiyyət sərf etməyən konntentə daha rahat nəzarət edə biləcək.
Türkiyə hakimiyyəti həmçinin Twitter, YouTube kimi şəbəkələri bir neçə dəfə bloklayıb, Vikipediya üç il müddətində ölkədə blokda qalıb. Bu baxımdan Ərdoğanın WhatsApp-dan imtinasını böyük sosial şəbəkələrə qarşı kampaniyanın davamı hesab etmək olar.
“Mən düşünürəm ki, Türkiyədən və bir sıra şərq ölkəsindən [axın] da senzuranın yüksək səviyyəsi və Türkiyə hakimiyyəti, yaxud məsələn, İran hakimiyyəti bütöv platformaların bloklanmasına, şatdaununa, söndürülməsinə əl atması ilə əlaqədardır. Buna görə də Telegram-ın bloklanması asan olmayan fasiləsiz platforma kimi uğuru düşünürəm ki, elə məhz bu siyasətinə borcludur. Və əlbəttə ki, sosial şəbəkələr və messengerlər dövlət orqanları tərəfindən nə qədər çox nizamlanacaqsa, xidmət auditoriyası bir o qədər artacaq”, –Sarkis Darbinyan deyib.