Tbilisinin mərkəzi bazarında bir gün. Fotoreportaj
“Dezertir bazarı” Tbilisidə ən iri ticarət mərkəzlərindən biridir. Bu bazar Vağzal meydanının yaxınlığında yerləşir. Burada təzə meyvə və tərəvəzdən, ev pendirindən, çurçxeladan tutmuş “second-hand” paltarına, ad günü dekorasiyaları və saxta Nike Max Air modellərinə qədər hər şey almaq olar. Piştaxların o biri tərəfindən hansı əhvalatları eşitmək olar? Bazarda bir, ən adi gün neçə keçir? Bu satıcılar kimdir?
Bazar çox tez oyanır. Səhər saat 5-də burada Gürcüstanın müxtəlif regionlarından gələn satıcılar yığışır, piştaxtalarını quraşdırır və axşam saat beşə və ya daha gec saatlara qədər davam edən uzun iş gününə hazırlaşırlar.
Yuranın iş yerinə yolu o qədər də uzun deyil. O, bazarda, piştaxtasının yanında yerləşən kiçik bir otaqda qalır. Həyat yoldaşı vəfat edəndən sonra tək qalıb. O, diri və ölü quş alveri edir, arabir də bazar müdiri funksiyalarını yerinə yetirir.
“İndiki zəmanədən xoşum gəlmir. Kommunistlərin vaxtında daha yaxşıydı. O vaxt yaşamaq asan idi. İndi isə çətinliklə dolanıram. İşim də ürəyimcə deyil, pul azdır, elə bil bazara heç kim gəlmir” – Yura deyir.
Burda tez-tez komunizmi tərifləyirlər. Ticarətçilərin çoxu yaşlı insanlardır, hakimiyyət və səhiyyə sektoru tərəfindən qayğınının olmamasını hiss edirlər. Onlar müasir sistemdə öz yerlərini tapa bilməyiblər.
Bazarda demək olar kı, bütün günü alıcıların çox olmasına baxmayaraq, ticarətçilər yüksək vergilərdən və supermarketlərin rəqabətindən şikayətlənirlər.
Qarğıdalı unu və ədviyyatlar olan piştaxtanın yanında dayanan kişi müştəri gözləyir.
Dinara hər gün bazardadır. O, hətta bananı satılmayanda belə gülümsəyən həyat dolu bir insandır. O, bazarda sosial şəbəkə yaradıb və belə bir təəssürat yaranır ki, hamını tanıyır. Əri rəssamdır, oğlunun isə kiçik biznesi var (o, restoran tədarükçüsüdür).
“Şəkil çəkməyi sevirəm – Dinara deyir. – Ələxsus yaşlı insanları. Onların xüsusi gözəlliyi var. Onların hər birinin üzündə hər qırışı görmək olar, onların hamısı yaşanmış ömrün izləridir. Onlara xüsusi cazibə verən də elə bu qırışlardır”.
Buna görə də bazarda adamların az olduğu günlərdə burada sosial həyat çiçəklənir. Alıcı gözləyən ticarətçilər dama oynayaraq, vaxtlarını öldürürlər.
Ramaz Tbilisi yaxınlığındakı bağında, öz yetişdirdiyi qozu satır.
Qoz gürcü mətbəxinin ən vacib inqridiyentlərindən biridir, ona görə də satıcıların əsasən öz bağlarında yetişdirdiyi qoz bazarın müxtəlif yerlərində satılır.
Bazar alıcıları məhsulun çeşidliliyi ilə cəlb edir.
25 il öncə Mziya Abxaziyadan gəlib. Oradan ailəsi ilə (əri və iki uşağı ilə) gəlib, anası isə Suxumidə qalıb.
Mziya anasına baş çəkməyi arzulayır, amma viza almaq üçün pulu yoxdur. O, ailəni təkbaşına dolandırır. Mziya qəhvə və şirniyyat satır, amma onun əsas gəlir mənbəyi sarımsaqdır. O bütün günü sarımsağı seçərək, restoranlara verir.
Çurçxela satıcısı iş yerində yuxuya gedib.
ახალი ხორცის მუშტარი დღეს ბევრი არ არის:
Axşam hər şey bitir. Satıcılar öz mallarını yığıb evlərinə dağılırlar. Onların istirahətə çox az vaxtı qalır, çünki növbəti gün səhər saat 5-də yenə bura gəlmədirlər.