Tbilisidə qar: iflic olmuş hərəkət və yollarda qalan maşınlar. Foto/video
Paylaşmaq
Paylaşmaq
Tbilisidə qar hərəkəti işlic edib və Gürcüstanın paytaxt küçələrində çox sayda qəzalara səbəb olub.
Fövqəladə Hallar Agentliyindən bildirildiyinə görə, xilasedicilərə gələn zənglərin çoxu qarda ilişib qalan maşınlar və aşan ağaclarla bağlı olub.
Güclü qarla əlaqədar 112 qaynar xəttində xilasedicilər bu ana qədər ümumilikdə 140 zəng qəbul edib.
Qara görə xəsarət alan olmayıb. Amma ümumilikdə 26 avtomobilə, o cümlədən də qar yapışması və qırılan budaqlar nəticəsində elektrik ötürücülərinə ziyan dəyib.
“Tbilisinin kənarında Tsxnetidə güclü qar avtobus dayanacağına ziyan vurub. Həmin vaxt orada insanlar olub. Nəticədə uşaq xəsarət alıb. O, hazırda xəstəxanadadır”, – Fövqəladə Hallar Agentliyinin məlumatında deyilir.
Şahidlər danışırlar ki, təcili yardım briqadası tıxaclar üzündən zamanında hadisə yerinə çata bilməyib. Buna görə də xəsarət alan uşaq klinikaya fərdi maşınla çatdırılıb.
Vakda Paliaşvili küçəsində ağac aşıb. Foto: Publica
Tbilisi meri: “Əgər qış təkərlərinə keçməmisizsə, ən yaxşısı maşınla çıxmayın”
Tbilisi meri Kaxa Kaladze qış təkərlərinə keçməyənlərə sükan arxasına keçməmək çağırışı edib:
“Qış təkərləri olmayan avtomobillər böyük tıxaclar yaradıblar, buna görə də bəzi yolları bağlamalı olduq”.
Bütün gecə kommunal xidmətlər küçələri təmizləyib və yollara texniki duz töküblər – Kaladze bildirib.
Gürcüstanda soyuq və yağıntılı hava fevralın 26-a qədər davam edəcək – Ətraf Mühit üzrə Milli Agentliyin məlumatında deyilir.