Etiraz aksiyası dağıdılan zaman bütün saxlanılanların sərbəst buraxılması, daxili işlər nazirinin istefası, növbəti parlament seçkilərinin proporsional sistem üzrə keçirilməsi — iyunun 21-də axşam Gürcüstan parlamenti qarşısında toplanan nümayişçilər belə tələblər irəli sürüblər.
Rustaveli prospektinə on minlərlə adam gəlib – bu, xüsusi təyinatlılar tərəfindən dağıdılan əvvəlki aksiyadan xeyli çox idi.
Bir çox etirazçılar bir gözünün üstünə sarıq bağlamışdılar – aksiya dağıdılan zaman rezin güllələrdən qismən görmə qabiliyyətini itirənlərlə həmrəylik əlaməti olaraq.
Bu dəfə aksiya dinc və insidentsiz keçib. Bəzi çıxış edən müxalifətçi siyasətçiləri camaat fitə basıb. Sonda ictimai fəallar və gənclərin nümayəndələri çıxış edib.
Gecəyarı mitinq bitib – iştirakçıları yenə iyunun 22-də 19:00 toplaşmaqla bağlı razılığa gəlib.
Hakimiyyət etirazçıların tələblərinə heç bir reaksiya verməyib.