Tbilisidə minlərlə nümayişçiyə qarşı zorakılıq və həbslər. Foto və video
Tbilisi etirazlarında polis zorakılığı
“Gürcü arzusu” hökuməti fevralın 2-də Tbilisinin kənarında, “Tbilisi Mall” yaxınlığında Qərbi Gürcüstana doğru çoxminlik Avropayönlü mitinq zamanı polis və xüsusi təyinatlıların görünməmiş səfərbərliyindən istifadə edib, etirazçılar zorakılıqla saxlanılıblar.
Oxşar hadisələr daha sonra parlamentin yaxınlığında da baş verib, minlərlə etirazçı yenidən “Rustaveli” prospektinə toplaşıb.
Аналогичные события происходили позже у парламента, когда на проспекте Руставели вновь собрались тысячи протестующих.
“Tbilisi Mall”un qarşısında keçirilən aksiya artıq üçüncü aydır (67 gün) Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi və bununla da ölkədə hakimiyyətin qanuni şəkildə dəyişdirilməsi tələbi ilə davam edən genişmiqyaslı Avropayönlü etirazların bir hissəsi kimi elan edilib.
Digər mühüm tələb, əsasən etirazçıların vəhşicəsinə dağıdılması və döyülməsi zamanı polislə toqquşmalara görə uzun müddət həbs cəzası ilə üzləşən 50-dən çox etirazçının dərhal azadlığa buraxılmasıdır.
2 fevral mitinqinin ideyası Qərbi Gürcüstandan Tbilisiyə gedən əsas yolu bağlamaq və bununla da sadalanan tələblərə daha çox diqqəti cəlb etməkdir. Lakin “Gürcü arzusu” hökuməti hadisə ərəfəsində təcili və xüsusi fərmanla bu magistral yolu indiyədək yalnız hökumət binaları, hava limanları və dəmir yollarının daxil olduğu “strateji obyektlər” siyahısına əlavə edib.
Bu o deməkdir ki, yolun bağlanması artıq cinayət məsuliyyəti doğurur. Müvafiq maddələrdə dörd ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur, əgər məhkəmə bloklamanın “terrorçuluqla əlaqəli” olduğuna qərar verərsə, cəza müddəti 10-15 ilə qalxır.
Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası (GYLA) Baş prokuror Giorgi Qabitaşviliyə Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılar şöbəsinin rəisi Zviad Xarazişviliyə (Xereba ləqəbi ilə tanınır) qarşı cinayət işinin başlanması və səlahiyyətlərinin dayandırılması tələbi ilə müraciət edib.
Təşkilatın bəyanatında “Pirveli” telekanalı tərəfindən yayımlanan və Xarebanın saxlanılan etirazçını təpiklədiyi görüntülərə keçid var:
Dinc etirazçıları hədəfə almaq üçün minlərlə polis və çevik qüvvə “Tbilisi” ticarət mərkəzinə cəmləşib. Onlar lap əvvəldən Tbilisiyə gedən və gələn şossenin hər iki tərəfində iki sıra uzun zəncirlə düzülüblər ki, etirazçılar yolu bağlaya bilməsinlər.
Video, foto: David Pipia / JAMnews
Bu tədbirlər etirazçıların magistral yolu bağlamasına mane olsa da, həbslər davam edir. Saxlanılanlar arasında siyasətçilər Giqi Uqulava, Giorgi Kirtadze, Nika Melia və Tenqo Tevzadze, həmçinin fəal Dima Bidzinaşvili də var.
Magistral yolda hərəkət edən bir çox avtomobil etirazçılara dəstək üçün siqnal verib. Maşınlardan biri də sürəti azaldıb və sürücü etirazçıları pəncərədən salamlayıb. Bir neçə xüsusi təyinatlı zabit ona tərəf qaçaraq onu maşından çıxarmağa çalışıb. Onlardan bəziləri maşına zərbələr vurub.
Etirazçılardan bəziləri müvəqqəti olaraq ticarət mərkəzinin binasına keçərək aksiyasını burada davam etdiriblər:
Etirazçılardan biri, “İlyauni” tələbə hərəkatının üzvü Tamuna Tevzadze həbs olunarkən huşunu itirib:
Həbslər və vəhşicəsinə döyülmələr fevralın 2-də axşam saat doqquzdan sonra “Rustaveli” prospektində parlamentin qarşısında keçirilən minlərlə insanın mitinqində davam edib. Buraya da görünməmiş sayda polis və xüsusi təyinatlılar səfərbər edilib.
Böyük cərimələrə və küçələrin bağlanmasına qadağa qoyulmasına baxmayaraq, bu mərkəzi prospekt bağlanıb. Aksiyaya on minlərlə insan toplaşıb və onların səkilərə sığmadıqları üçün yola axışmalı olublar.
Gürcüstan mətbuatının məlumatına görə, iki etirazçı o qədər döyülüb ki, xəstəxanalıq olublar.
Xalq müdafiəçisi Levan İoseliani polis vəhşiliyi və həddindən artıq güc tətbiqindən danışıb.
Ombudsman Aparatının bəyanatında deyilir: “Biz polis əməkdaşlarının bütün qanunsuz hərəkətlərini pisləyirik və dinc nümayişçilərə qarşı kobud rəftarın hər bir halına görə hüquqi tədbirlər görüləcək”.
Bəyanatda polisin “Pirveli” telekanalının operatoruna bədən xəsarəti yetirməsi ilə bağlı xəbərlərə, həmçinin polis əməkdaşlarının qadınları, o cümlədən qadın siyasətçiləri təhqir etdiklərin əks etdirən görüntülərə istinad edilib.
Xalq müdafiəçisi Xüsusi İstintaq Xidmətini bütün bu faktlarla bağlı dərhal araşdırmalara başlamağa və təqsirkarları cinayət məsuliyyətinə cəlb etməyə çağırıb.
Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Kaja Kallas fevralın 2-də dinc etirazların vəhşicəsinə yatırılmasından qəzəbləndiyini bildirib.
“Bu axşam Tbilisidə dinc nümayişçilərin, jurnalistlərin və siyasətçilərin vəhşicəsinə dağıdılması qəbuledilməzdir. Gürcüstan namizəd ölkənin heç bir ümidini doğrultmur. Aİ Gürcüstan xalqının azadlıq və demokratiya uğrunda mübarizəsində yanındadır”, – o, “X” sosial şəbəkəsində bildirib.