Müstəqilliyini elan etmiş, amma dünyanın heç bir ölkəsi tərəfindən tanınmamış “Dağlıq Qarabağ Respublikası” 2024-cü il yanvarın 1-dən özünü buraxır. Bu gün tanınmamış respublikanın “prezidenti” Samvel Şaxramanyan bu haqda fərman verib.
1991-ci il sentyabrın 2-də Azərbaycanın keeçmiş Dağlıq Qarabağ Mutar Vilayəti ərazisində müstəqilliyini elan edən tanınmamış “DQR” mövcudluğuna son qoyur.
Birinci Qarabağ müharibəsindən sonra tanınmamış respublika Azərbaycanın erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş əlavə yeddi rayonu üzərində nəzarəti də faktiki olaraq əldə etmişdi.
2020-ci ilin payızında ikinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan yeddi rayon və keçmiş DQMV-nin bir hissəsi üzərindəki nəzarəti geri qaytardı. Tanınmamış DQR Qarabağın Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi hissəsində mövcudluğunu davam etdirirdi.
2023-cü il 19-20 sentyabrda Azərbaycan lokal antiterror tədbirləri keçirdi və nəticədə tanınmamış respublika rəhbərliyi Bakının şərtlərinin əks olunduğu sənədi imzalamalı oldu.
Sentyabrın 28-də Qarabağdakı tanınmamış respublikanln “prezidenti” Samvel Şahramanyan “DQR”in özünü buraxması haqda fərman imzalayıb.
Fərmanda qeyd edilir ki, qərar 2023-cü il sentyabrın 19-dan sonra yaranmış vəziyyətdən irəli gələn tədbirlər çərçivəsində qəbul edilib.
Fərmanda bildirilir:
1.2024-cü il yanvarın 1-dək idarə tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və “Artsax Respublikası” öz fəaliyyətini dayandırsın.
2.Qarabağın əhalisi, o cümlədən respublikadan kənarda yerləşənlər bu Fərman qüvvəyə mindikdən sonra müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar.
Fərman dərc edildikdən dərhal sonra qüvvəyə minir.