Qafqaz xəbərləri

Azərbaycan-Rusiya münasibətlərinin soyuqlaşması

Azərbaycan-Rusiya münasibətlərinin soyuqlaşması: Təyyarə qəzası sükutu, parad boykotu və hakimiyyətin "ehtiyat məsafəsi"

Bakı-Kreml münasibətlərində əvvəlki istilik yoxa çıxıb. Bunu həm müstəqil politoloq Zərdüşt Əlizadə, həm də hökumətə yaxın Elxan Şahinoğlu fərqli arqumentlərlə təsdiqləyir. Sadəcə yanaşma fərqlidir - biri təhlükəli yaxınlığı tənqid edir, digəri məsafənin strateji əsaslarını vurğulayır.

Feminist Sülh Kollektivindən Tofiq Yaqubluya məktub

Tofiq Yaqubluya həsr edilmiş məktub trilogiyası: "Əgər bu ölkədə şəhidlik hələ də bir dəyərdirsə Tofiq Yaqublu bu xalqın əsl şəhididir"

Feminist Sülh Kollektivi Tofiq Yaqubluya həsr edilmiş məktub trilogiyası yayımlayıb. Birinci məktub Tofiq Yaqublunun şəxsi mübarizəsinə və əzminə həsr olunub, ikinci məktub Azərbaycan xalqına, cəmiyyətin bu hadisəyə münasibətinə və məsuliyyətinə diqqət çəkmək üçündür, üçüncüsü isə gələcəkdə bu hadisələri öyrənəcək olanlara ünvanlanıb.

Media təsisçisi adam bıçaqlamaqda ittiham edilir

Daha bir jurnalist, "Yoldaş media"nın təsisçisi Əhməd Məmmədli adam bıçaqlamaqda ittiham edilir

"Yoldaş media"nın təsisçisi Əhməd Məmmədli adam yaralamaqda ittiham edilir, həyat yoldaşı deyir ki, bu, onun jurnalist fəaliyyətinə görədir, saxlanılan zamanzorakılığa məruz qalıb. Hökümətyönlü "APA"-nın xəbərində xəbərdə deyilir ki, Ə.Məmmədli mayın 6-da saat 22 radələrində Dünyamalıyev Vüqar adlı şəxsə Biləcəri qəsəbəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirib.

Z nəslinin əmək təşkilatılanması

Z nəsli və əmək təşkilatlanması: Dəyərlərlə formalaşan mübarizə

Z nəsli harada yaşamasından asılı olmayaraq daha ədalətli, insani və mənalı iş şəraiti axtarır. Onlar yalnız gəlir üçün deyil, həm də dəyərlərinə uyğun mühitdə işləmək istəyirlər. Hərçənd Azərbaycanda bu nəsil hələ geniş təşkilatlanma imkanlarından məhrumdur, onların sosial media üzərindən göstərdikləri fərdi müqavimət formaları alternativ bir fəallığının əsasını qoyur.

Ən Populyar