Suxumda ayılar
Rusiyada Dövlət Dumasına seçkilər keçirilib. Ümumilikdə səsvermədə 111,6 nəfər iştirak edə bilərdi. RF Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçicilərin iştirakı 47.81% (ancaq Moskvada isə 28,62%) təşkil edib. 2011-ci ildə isə 51,7% olub.
İlkin məlumatlara görə, seçkilərin nəticələrində heç bir sürpriz yoxdur: lider iqtidar yönlü “Vahid Rusiyadır.
Amma bizim hekayəmiz bir az başqa mövzu haqqındadır. İkili – həm Rusiya, həm də Abxaziya – vətəndaşlığı olan və deməli, Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə iştirak edə bilən 90 minə yaxın sakini olan Abxaziya haqqındadır.
Proqnoz varıydı – onlardan heç biri səsverməyə getməyəcək. Amma nə qədər təəccüblü olsa da, seçkilərə 20,335 nəfər gəldi. Ümumilikdə 9 seçki məntəqəsi işləyib: Suxum, Qaqra, Pitsunda, Oçamçira, Tkuarçal, Bambora qəsəbəsi və Qalda. Hətta bəzilərində növbə də müşahidə olunub.
Artıq səhər saat 9.30-da prezident Raul Xadjimba səs verərək, yolüstü proqram bəyanatı ilə də çıxış etdi.
Müəyyən mənada bu cür yüksək iştirak faizini onunla izah etmək olar ki, adamları seçki məntəqələrinə, o cümlədən də bütün kəndlərdən onlarla avtobus gətirib. Bütün bunları təşkil edən və maliyyələşdirən isə Abxaziyadakı Rusiya səfirliyi oldu.
Qalima Pojidayeva Suxumun qırağında yaşayır və həvəslə müsahibə verirdi: “Məni aeroportdan [Suxumun rayonu] avtobusla gətirdilər. Xüsusi olaraq, seçkilərə görə, Putinə səs vermək üçün gəlmişəm. Hesab edirəm ki, Dövlət Dumasına seçkilər bizə artıq çox şey verib, misal üçün, yaxşı təqaüd. Bizim avtobusda hamı “Vahid Rusiyaya səs verir!
Seçki məntəqəsindən çıxan və özünü Marina Tarba kimi təqdim edən daha bir yaşlı qadın dedi: “Qızım, Putinə səs verdim! Amma bunu yəqin ki, yazmaq lazım deyil.
Belə bir təəssürat yaranırdı ki, gələnlərin əksəriyyəti hansısa siyasi partiya və istiqamətə deyil, məhz Putinə səs verirdilər.
Suxum sakini Lidiya Korolyova hesab edir ki, “Dövlət Dumasına seçkilər xalqın birliyini göstərəcək, yəqin bu zaman o Abxaziya ilə Rusiyanı nəzərdə tuturdu. “Şəxsən mən Medvedevə, daha doğrusu, “Vahid Rusiyaya səs vermişəm. O bizim ayımızdır, biz də ayı balaları. Rusiyada hər şey yaxşı olsa bizdə də yaxşı olacaq.
Seçicilərin əksəriyyəti yaşlı nəslin nümayəndələridir. Seçki məntəqələrində gənclər az-az gözə dəyir. Onlar yanımızdan ötüb keçir və həvəssiz suallarımıza cavab verirdilər.
Amanda: “Mən heç bilmirdim bu gün seçkilərin keçirildiyini. Nə seçki?
İnna: “Seçkilərə getmədin. Elə bil bizim deyil.
Valeri Qoqua: “Səsverməyə getmədim, mən Rusiya vətəndaşı olduğumuzu hesab etmirəm. Ümumiyyətlə inteqrasiya söhbəti məni əsəbiləşdirdi, buna görə də seçkilərə getmədim.
Rimma Ardzınba: “Ümumiyyətlə seçkilərə heç vaxt getmirəm. Nə mənası var ki? Onsuz da bizim əvəzimizə hər şey həll olunub. Heç bizim seçkilərə getmirəm, o da ola Rusiyanın. Həm də niyə onların deputatlarına səs verməliyik ki, bizim öz deputatlarımız var.
İrakli: “Başa düşdüm ki, Dövlət Dumasına seçkilər keçirilir. Bəs abxaz deputatlarından kim namizədliyini irəli sürüb?
Svetlana Xodjava: “Oy, bu gün səs vermək lazımdır? Unutmuşam. İndi gedib, təqaüdçülər partiyasına səs verəcəm.
Yeri gəlmişkən, təqaüdçülər haqqında.
Suxumun seçki məntəqələrindən bir qədər aralıda yerləşən skamyada nənə və babanın söhbəti.
– Putinə səs vermək lazımdır. Başqa kim var ki! – nənə deyir.
– Sən nə danışırsan?! Mən kommunistlərə səs verəcəm! Nəyimə lazımdır sənin Putinin? – başında “Ədalət naminə yazılı kepka olan baba ona cavab verir.
Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc olunub 19.09.2016