“Sülh gündəmi ermənilərin “dinc yolla məhv edilməsini” nəzərdə tutmur” - Paşinyanın Əliyevə cavabı
Paşinyanın Əliyevin çıxışına reaksiyası
“Azərbaycan Prezidenti Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi bəhanəsi ilə Laçın dəhlizinin bağlanması üçün qondarma əsaslar yaratmağa, Dağlıq Qarabağ ermənilərini soyqırıma məruz qoymaq, öz vətənlərindən məhrum etmək üçün onları blokadaya almağa çalışır”, – bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Azərbaycanla sülh sazişi imzalamaq üçün bütün səylərini göstərəcək.
O hesab edir ki, “qlobal enerji gündəmi Azərbaycan prezidentini ruhlandırıb, lakin regionda sülh, sabitlik, təhlükəsizlik və demokratiya üçün artan təhlükəyə çevrilən Azərbaycanın davranışı ilə bağlı beynəlxalq ictimaiyyətin birgə konkret tədbirlər görməsinin vaxtı çatıb”.
Paşinyan hökumətin iclasında Azərbaycan prezidentinin son bəyanatına cavab verib, Əliyevin çıxışını “məlum” və Ermənistana qarşı ittihamları tamamilə əsassız adlandırıb.
Baş nazir əmin edib ki, Ermənistan “həqiqətən və səmimiyyətlə sülh gündəliyinə sadiqdir” və delimitasiyanın tez bir zamanda başa çatdırılması, regional kommunikasiyaların açılması və Azərbaycanla sülh sazişinin imzalanması üçün bütün səylərini göstərəcək.
“Amma əgər kimsə düşünürsə ki, sülh gündəmində Ermənistan və ya Dağlıq Qarabağ ermənilərinin “dinc yolla məhv edilməsi” nəzərdə tutulur, o zaman çox yanılırlar. Sülh gündəmi Ermənistan Respublikasının və regionun dinc inkişafı və birgə yaşamasıdır və biz məqsədimizə çatacağıq”, – Paşinyan vurğulayıb.
Ermənistanın baş nazirinin çıxışının əsas tezisləri.
- Ermənistan və Azərbaycan sülh müqaviləsini Tbilisidə imzalayacaq: bu mümkündürmü?
- “Ondan sonra nə olacaq, onu həyat göstərər” – İlham Əliyev Ermənistanla danışıqlar haqda
- “ABŞ birbaşa dialoq tərəfdarıdır”: Vaşinqtonda Bayramov-Mirzoyan danışıqları
“Azərbaycanın pozuntuları xroniki xarakter daşıyır”
Paşinyan Azərbaycanın üçtərəfli və digər formatlarda əldə olunmuş bəyanat və razılaşmaları pozmasından belə danışıb və sözlərini təsdiq edən aşağıdakı faktları göstərib:
• 2020-ci ilin dekabrında Tager və Xtsaberd yaşayış məntəqələrinin, habelə Dağlıq Qarabağa bitişik ərazilərin qanunsuz işğalı;
• 2022-ci ilin martında Azərbaycan Prezidentinin son çıxışında fəxrlə “Fərrux əməliyyatı” adlandırdığı Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına daxil olması;
• atəşkəsin gündəlik pozulması;
• yalnız 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda hərbi əməliyyatların dayandırılması ilə bağlı dörd dəfə qeyd edildiyi halda, Dağlıq Qarabağın mövcudluğunun inkar edilməsi;
• Dağlıq Qarabağın erməni əhalisi ilə beynəlxalq ictimaiyyət üçün görünən dialoqa başlamaq üçün addımlar atmaqdan imtina;
• Hadrut və Dağlıq Qarabağın ermənilər yaşayan digər rayonlarının minlərlə sakininin təhlükəsiz qayıtması üçün şəraitin yaradılmaması;
• BMT nümayəndələrinin, xüsusən də Qaçqınlar üzrə Ali Komissarlığın Dağlıq Qarabağa daxil olmasının qarşısının alınması;
• Hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin dəyişdirilməsi haqqında müddəaya əməl edilməməsi və onların Bakıda həbsdə saxlanılması.
“Bu və bir sıra buna bənzər hərəkətlər və bəyanatlar aydın göstərir ki, Əliyev nəinki hədələyir, həm də artıq Dağlıq Qarabağ ermənilərinin soyqırımını hazırlayır”, – Ermənistanın baş naziri deyib.
Onun sözlərinə görə, Bakının bu niyyətini “Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinə və hüquqlarına aydın beynəlxalq təminat verilmədən Rusiya sülhməramlılarının çıxarılması haqqında” söhbətlər də sübut edir. Əliyevin Rusiyanın sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda yerləşdirilməsinin vaxtı ilə bağlı şərhləri, Paşinyanın fikrincə, üçtərəfli formatda qəbul edilmiş ən azı üç bəyanatın kobud şəkildə pozulmasıdır.
“Azərbaycan Prezidentinin çıxışlarına diqqət yetirsəniz, o, mahiyyətcə hamını hədələyir: Rusiyanı, Amerika Birləşmiş Ştatlarını, Fransanı, İranı, Avropa İttifaqını. Azərbaycan həm də Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesinə mane olmaqda davam edir, hansı ki, Türkiyə şübhəsiz, regional sabitliyə töhfə verə bilər”, – Paşinyan bildirib.
“Sülhməramlılar qeyri-müəyyən müddətə yerləşdirilib”
Paşinyanın sözlərinə görə, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda deyilir ki, sülhməramlılar Dağlıq Qarabağda 5 il müddətinə yerləşdirilir və növbəti 5 il müddətinə avtomatik uzadılır.
9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, müddətin bitməsinə altı ay qalmış tərəflərdən biri etiraz etmədiyi təqdirdə beş illik müddət avtomatik olaraq uzadılacaq.
“Əslində bu, Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı bütün məsələlər həll olunana qədər sülhməramlıların qeyri-müəyyən müddətə Dağlıq Qarabağda olması deməkdir”, – Paşinyan bildirib.
Ermənistanın baş naziri xatırladıb ki, Azərbaycan prezidenti şəxsən sülhməramlıların yerləşdirildiyi zonada təhlükəsizliyin və sabitliyin təmin edilməsinə “mühüm töhfə” verdiklərini şəxsən tanıyıb. İlham Əliyevin imzaladığı 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlarda bu haqda deyilir.
“Bundan başqa, o, regionda vəziyyəti sabitləşdirmək üçün sülhməramlıların əlavə səylərinin zəruriliyini tanıyıb”, – Paşinyan əlavə edib.
“Dağlıq Qarabağda Ermənistan ordusu yoxdur”
Bu bəyanatdan sonra Paşinyan bildirib ki, Azərbaycanın planlaşdırdığı soyqırımın həyata keçirilməsinə “ciddi əngəl” olan yalnız Dağlıq Qarabağ Müdafiə Ordusu var.
Onun sözlərinə görə, oktyabrın 6-da Praqada Əliyevə bu məsələ ilə bağlı bütün detalları aydınlaşdırmaq üçün Dağlıq Qarabağa müşahidə missiyası göndərməyi təklif edib. Lakin Azərbaycan bu təklifi rədd edib:
“Mənim fikrimcə, Dağlıq Qarabağ ermənilərinin ordusunun olması ancaq və ancaq soyqırıma məruz qalmaq təhlükəsi ilə bağlıdır”.
Delimitasiya ilə bağlı təkliflər
Baş nazirin sözlərinə görə, Soçidə keçirilən üçtərəfli görüş zamanı o, Dağlıq Qarabağ ətrafında beynəlxalq təminatlarla silahsızlaşdırılmış zonanın yaradılmasını təklif edib və bunun nəticəsində “Dağlıq Qarabağın bu böyüklükdə müdafiə ordusuna ehtiyacı olmayacaq”. Baş nazir təklifin qüvvədə olduğunu deyir:
“Biz Ermənistan və Azərbaycan arasındakı sərhəd zonasının bir hissəsində və demilitarizasiya ilə bağlı təklif vermişik və veririk, qoşunların 1991-ci ildə təsdiqlənmiş sərhədindən çıxarılmasını, sərhədin hər iki tərəfində üç kilometrlik hərbsizləşdirilmiş zonanın yaradılmasını təklif edirik. Bu təklif qüvvədə qalır və bir gün əvvəl biz onun yenilənmiş variantını Azərbaycana təqdim etmişik”.
Bizə abunə olun — Twitter | Facebook | Telegram | Instagram | Youtube
“Suveren funksiyaların yox sayılmasında söhbət gedə bilməz”
Paşinyan deyir ki, Azərbaycan həmçinin Laçın dəhlizi ətrafında manipulyativ diskurs aparır, onunla regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılması arasında paralellər aparmağa çalışır. Burada Azərbaycanın “Zəngəzur dəhlizi” adlandıraraq tələb etdiyi yola toxunur. Paşinyan iddia edir ki, birgə qəbul edilmiş reqlamentlər “belə paralellərə yer qoymur”.
O vurğulayır ki, 9 noyabr bəyanatında Ermənistanın suveren ərazisinə nəzarətdən və ya hər hansı suveren funksiyanın yox sayılmasından bəhs edilmir.
Paşinyan hesab edir ki, bu bəyanatı razılaşmalar kimi başa düşmək lazımdır, çünki “başqaları yoxdur və ola da bilməz”.
Baş nazir bildirib ki, Azərbaycan-Naxçıvan rabitəsinin təmin edilməsi blokun açılması prosesinin tərkib hissəsidir və Ermənistan həmişə belə bir fürsət yaratmağa hazır olub və indi də hazırdır. Paşinyan xatırladıb ki, məhz bu məqsədlə onun hökuməti Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılması haqqında qərar layihəsini dövriyyəyə buraxıb.
“Bu qərar yalnız bir səbəbdən verilmir: Azərbaycan bu yolu istəmir. Bu o deməkdir ki, Ermənistan öz öhdəliyini tam yerinə yetirir və Azərbaycan bu fürsətdən yararlanmaq istəmir”.
Yeni marşrutun tikintisindən danışan Paşinyan vurğulayıb ki, 9 noyabr 2020-ci il tarixli bəyanatda “tərəflər razılaşarsa” belə bir imkan nəzərdə tutulur:
“Ermənistan öz razılığını verməyə hazırdır. Yalnız bir səbəbdən razılıq yoxdur: Azərbaycan əldə olunmuş razılaşmalara və imzalanmış bəyanatlara zidd olaraq aqressiv ritorikasını və hərəkətlərini davam etdirir”.
Hökumət başçısı xatırladıb ki, 2021-ci il dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Yerasx-Ordubad-Meğri-Horadiz dəmir yolunun bərpasına başlanılmasına razılıq verib. Lakin bir neçə gün sonra bu müqaviləni təsdiq edən sənədi imzalamaqdan imtina edib.
“Yeni təkliflər verməyə hazırıq”
Paşinyan bildirib ki, hələ 2021-ci ilin dekabrında Ermənistan “yeni kommunikasiyaların tikintisi ilə bağlı təklif” verib və onu Azərbaycana göndərib:
“Yaxın vaxtlarda bu məsələ ilə bağlı yeni təklif təqdim edəcəyik. Üstəlik, bu mövzuda əlavə, ehtiyat təklifimiz var”.
“Niyə Azərbaycan prosesi dalana dirəyir?”
Ermənistanın baş nazirinin sözlərinə görə, İlham Əliyev aşağıdakı pozuntulara yol verir:
• 2021-ci ilin dekabrında Brüsseldə Dağlıq Qarabağ probleminin hərtərəfli həllinə dair razılaşma,
• Dağlıq Qarabağın statusu məsələsinin qeyri-müəyyən müddətə təxirə salınması variantı, bu razılaşma 2020-ci ilin noyabrında Rusiya prezidentinin vasitəçiliyi ilə əldə edilib,
• sazişə əsasən, Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası prosesi sərhəd təhlükəsizliyinin təmin edilməsi və hər hansı gərginliyin qarşısının alınması şəraitində aparılmalıdır (Soçi, 26 noyabr 2021-ci il),
• sərhədin ən təhlükəli hissələrində qoşunların geri çəkilməsi haqqında saziş (Brüssel, dekabr 2021).
“Bəs o niyə belə edir, niyə Azərbaycan hər dəfə prosesi dalana dirəyir? Öz təcavüzkar soyqırım siyasətini davam etdirmək üçün”, – Paşinyan bildirib.
“İslam dini və sivilizasiyasına qarşı hörmətimiz danılmazdır”
Hökumət başçısı Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin gecə saatlarında Dağlıq Qarabağın yaşayış məntəqələrini projektorlarla işıqlandırması, sakinlərin ünvanına hədələyici, onların öz evlərini tərk etməsinin tələb olunduğu çağırışları, o cümlədən çox güclü səslə İslami azan səsləndirilməsi kimi hərəkətlərini və bütün bunların atəşlə müşayiət olunmasını xatırladıb. Paşinyanın sözlərinə görə, indi belə praktikaların müəllifləri Ermənistanı İslama hörmətsizlikdə ittiham etmək istəyirlər:
“Bu arada bizim İslam dininə və İslam sivilizasiyasına hörmətimiz danılmazdır. Ermənistan Respublikası və erməni xalqını onlarla islam ölkəsi və xalqları ilə qardaşlıq hissləri və tərəfdaşlıq münasibətləri bağlayır. Halbuki Azərbaycan yuxarıda qeyd etdiyimiz əməlləri ilə İslamı gözdən salan “Əl-Qaidə” və “İslam Dövləti”nə bənzəyir”.
Bizə abunə olun — Twitter | Facebook | Telegram | Instagram | Youtube
Paşinyanın Əliyevin çıxışına reaksiyası