Strit-art Cənubi Osetiyanı necə dəyişir?
Photo
slide2-bg.jpeg
Strit-art Cənubi Osetiya üçün hələlik yeni haldır. Kosta Ciotı və Karina Dziqoyeva burada, deyəsən, qraffiti ilə maraqlanan yeganə rəssamlardır. Onlar birlikdə yerli incəsənət litseyində oxuyublar, indi isə birlikdə Mədəniyyət Nazirliyində işləyirlər. Kosta ixtisasca xoreoqrafdır, Karina isə memar.
slide2-bg.jpeg
İki il əvvəl Kosta Cənubi Osetiyada ilk strit-art festivalı təşkil edib. O zaman Vladiqafqazdan və Moskvadan da rəssamlar gəlib və yerli həmkarları ilə birlikdə binaların divarlarını rəsmlərlə bəzəyiblər. Hətta bu festival haqda klip də çəkiblər:
HTML5
The Rock
slide2-bg.jpeg
“Biz bir binada qara fonda həşərat şəkilləri çəkirdik, qonsu nənələrdən ibarət nümayəndə heyəti bizə yaxınlaşdı. Biri dedi ki, rəsm onun xoşuna gəlmir, qara və qorxuncdur, ümumiyyətlə o, həşəratlardan qorxur. Biz söhbət elədik və onlar razılaşdılar: yaxşı, daha işin yarısını görmüsüzsə, qoy olsun. Sonra isə hər gün gəlib, prosesi izləyirdilər”, - Kosta danışır.
The Rock
slide2-bg.jpeg
Kosta və Karinanın işləri dərhal seçilir. Bu aptekdir, əvvəllər avtobus dayanacağının arxasında heç gözə dəymirdi. İndi isə narıncı günəbaxanlarla bəzənib. Aptek kommersiya sifarişi olub, amma onlara rəsmi öz zövqlərinə görə çəkməyi təkilf ediblər, “təki çox parlaq olsun”.
The Rock
slide2-bg.jpeg
slide2-bg.jpeg
Ən böyük məbləği – 1,5 min dollara yaxın – onlar məşhur osetin sərkərdə Hacı Umar Mamsurovun portretinə görə alıblar. Onlara bu portreti məktəb divarında çəkmək təklif edilib. Düzdür, Koste qazancdan öz payına düşəni atasına verməli olub, çünki iş zamanı atasından ödünc aldıqları yükləyicini xarab ediblər.
The Rock
slide2-bg.jpeg
Ən mürəkkəb layihə elektrik yarımstansiyasının yarıdağılmış köşkü üzərində çəkdikləri çiçəklər olub. “Biz onun üzərində çoxlu əlvan çiçəklər çəkmək qərarına gəldik. Maraqlanan insanlar dəstələrlə gəlirdi baxmağa, çoxu deyirdi ki, ciddi bir şey çəkmək lazımdır. Məsələn, Osetiya bayrağı. Bir də qoca elektrik vardı, o ümumiyyətlə deyirdi ki, bizim çiçəklərimiz təhlükəli həngamədir. Rəsmi çətinliklə başa vurduq”.
The Rock
slide2-bg.jpeg
Karina və Kostanın işi gecə başlayır. Projektoru (ödünc aldıqları) qoşurlar, seçdikləri divara rəsmi yönləndirirlər, eskizini çıxarırlar, sonra isə səhər açılanda çəkməyə başlayırlar.
Onlar ikisi birlikdə şəhərdə artıq çox qraffiti çəkiblər. Milli geyimdə rəqs edən osetin qızlar, məşhur osetin sovet generallarının nəhəng portretləri və sadəcə toplar, məzəli heyvanlar.
Onlar ikisi birlikdə şəhərdə artıq çox qraffiti çəkiblər. Milli geyimdə rəqs edən osetin qızlar, məşhur osetin sovet generallarının nəhəng portretləri və sadəcə toplar, məzəli heyvanlar.
The Rock
The Rock
The Rock
slide2-bg.jpeg
Avtomobil ehtiyat hissələri satılan mağazanın divarında klassik osetin portreti çəkib və osetin alim, iranşünas Vaso Abayevin sitatını yazıblar. “Bilirsiz, niyə məhz orada? Çünki məhz bu mağazanın üzərinə doğma osetin dilində ilk lövhə vurulub. Biz hər şeyi öz hesabımıza eləmək istəyirdik, amma mağaza sahibi boya və digər materialların pulunu ödəməkdə israr etdi”, - Kosta deyir.
slide2-bg.jpeg
Karına və Kostanın planlarında yenidən art-festival keçirmək, bura rəssamları gətirmək var. Həmçinin rəsm çəkmək üçün rayonlara getmək. Hələlik Sxinval hüdudlarından kənarda onların yalnız bir rəsmi var – bir kənd icra nümayəndəliyi onlara şair Kosta Xetaqurovun portretini, qala və dağ rəsmləri çəkməyi sifariş edib.
The Rock
slide2-bg.jpeg
Bir də “hər şeyi dəyişməli olan” layihə var. Şəhər hakimiyyəti tərk edilmiş bir binanı onlara verməyə razı olub və onlar orada “Portal” adlandıracaqları art-qalereya yaratmağa başlayıblar. Artıq dam örtüyü və pəncərələrin bərpa olunması üçün vəsait toplanıb. Hələ qarşıda çox iş var, amma binanın ilkin tərtibatı edilib.
The Rock
“İşləmək bizim çox xoşumuza gəlir. Bizim işimiz asılılığa bənzəyir. Yaxşı və faydalı asılılığa”, - Kosta deyir.