"Sovetski" küçəsi tarixdən silinir
Sovetski Sovet dövrünü necə başa vurub?
Nəriman Nərimanov (keçmiş Sovetski) ərazisində yerləşən mənzillər 10 fevral 2014 –cü ildən sökülməyə başlanılıb. Sökülmək üçün plana düşən 10,000 ev əksəriyyəti köhnə olmaqla yararsız vəziyyətdədirlər. Evlərin sahiblərinə sahəsi 1500 AZN ( 1360 dollar) olmaqla kompensasiya təklif edilir. Müqayisə üçün qeyd edək ki, Bakının adıçəkilən ərazisində sahəsi 50 kv.metr olan evin qiyməti 90-100 min manat civarındadır. Məsələnin problemli tərəfi verilən kompensasiyanın miqdarında deyil, problem ondadır ki, bu ərazidəki evlərin əksəriyyətinin sahəsi kiçikdir və insanlar üçün normal şəraitli ev almaq çətin olacaq.
Sovetskinin sökülməsi planı hələ Sovet dönəmində hazırlanmış, lakin başlanılmamışdı. Bakı şəhərinin yeni konsepsiyasını əsas götürərək deyə bilərik ki, Bakıdakı “ sovet qalıqları 2030 –cu ildə tam olaraq yox olacaq.
Onlar gözləyirlər
Bir çox binaların üzərində qırmızı xaç çəkilib. Bu onu göstərir ki, tezliklə binalar söküləcək. Ancaq nə zaman? 2030-cu ilə hələ çox var. Yerli sakinlər deyir ki, onlar tarixin aktiv dövrünü yaşayırlar – gözlərinin qarşısında onların sovet uşaqlığı zibil yığınına dönür.
Teymur Tuşiyev, ömrünün 35 ilini Sovestskidə keçirib.
Lahiyənin iqtisadi əsasları
“Sovetskinin yerinə yaşıllıq salınacaq. Bununla yanaşı, ola bilsin ki, orada sosial obyektlər tikiləcək – Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında deyilir.
İqtsadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov Sovetskinin söküntüsü ilə bağlı 5 əsas faktı təqdim etdi:
– 2015-ci ildə dövlət büdcəsindən söküntü işlərinə 180 (170 milyon dollar) milyon manat ayrılıb
– İqtsadi və Sosial İnkişaf Mərkəzinin hesablamalarına görə ərazinin söküntüsü və abadlaşdırılması üçün ümümilikdə 500 milyon manat ( təqribi 480 milyon dollar) xərclənəcək.
– Neftin qiymətinin düşməsi və dövlətin gəlirlərinin azalması səbəbiylə hökümət bir sıra sosial lahiyələrin reallaşdırılması məsələsinə yenidən baxacaq. Bu halda mənfəət gətirəcək lahiyələrin həyata keçirilməsi vacibdir. Məsələn, kafe, restoran, uşaq əyləncə mərkəzlərinin tikintisini buna aid etmək olar. Bu kimi mərkəzlər əhalinin istifadəsinə veriləcək və eyni zamanda mənfəət gətirəcək. ( Qeyd edək ki, rəsmi strukturlar söküntü planına yenidən baxılması ilə bağlı heç bir məlumat vermir- müəllif
– Yeni istiqamət kimi ( yuxarıdakı punkta əsasən) burda tikiləcək istənilən obyektin dövlətə ən az vergi kimi gəlir gətirməsi nəzərdə tutulur.
– Sovetskinin yerinə tikiləcək parkda yeni atraksionlar və kafelərin istifadəyə verilməsi üçün şəxsi investisiyalar aktiv sürətdə dəstəklənməlidir.
Tarixi abidələrin taleyi
“138 tarixi abidədən yalnız 15-16 –sı saxlanılacaq. Qalan bütün abidələrin ya yeri dəyişdiriləcək, ya da söküləcək- Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev bildirir.
Hansı abidələrin əhəmiyyətli oladuğuna və saxlanılması gərəkdiyinə nazirlikdə yaradılan xüsusi komissiya qərar verib. Komissiyanın tərkibinə Azərbaycam elmlər akademiyasının mütəxəssisləri və müstəqil ekspertlər daxildir. Saxlanılması qərar alınan binalardan bəziləri xüsusi arxitekturaya malik olmasa da, mühüm tarixi əhəmiyyət daşıyan ,yazıçı publisist Cəlil Məmmədquluzadənin və Azərbaycanın ilk uşaq yazarı olar Abdulla Şaiqin evləridir.
Sovet və müasir dövrün insanları Sovetski haqqında
Facebook sosial şəbəkəsində keçirilmiş sorğuda iştirak edən, sovet dönəmində və ondan sonra doğulan insanların rəyləri belə nəticəyə gəlməyə əsas verir ki, həyat səviyyəsinin keyfiyyətindən söhbət gedirsə Sovet İttifaqına aid şəxsi xatirələrin heç bir əhəmiyyəti qalmır. Sorğuda iştirak edənlərin 80 %-zi qəza şəraitində olan məhəllənin sökülməsi lahiyəsinə müsbət yanaşır. Sorğuda iştirak edən respondentlərin 100 faizi isə bildirmişdir ki, Sovetskinin yerində nəyin tikilməsi yox, oradakı əhalinin hara köçürülməsi daha mühüm məsələdir.
Məşhurlar Sovetski haqqında
Milli Məclisin deputatı, Demokratik İslahatlar partiyasının sədri Asim Mollazadə prosesin gedişatından razıdır. “ Köhnəlmiş evlərin yerinə salınacaq parklar və yaşıllıq Bakını dünyanın ən gözəl şəhərlərindən biri edəcək.
Azərbaycan Hüquq Müdafiəsi Mərkəzinin sədri Eldar Zeynalov və Neft araşdırmaları mərkəzinin rəhbəri İlham Şaban Sovetsknin sökülməsi planını dəstəkləsələr də, ilk növbədə orada məskunlaşmış əhalinin probleminin həll olunmasını və yalnız bundan sonra həmin ərazidə nəyin tikilməsinə qərar verilməsini vacib sayır.
Hüquq müdaifəçisi Eldar Zeynalov :’Buradakı mənzillərin sahəsi 25 metrdən azdır. ( Sofia Vasilyevnanın mənzili kimi- müəllifdən) Bir çox ailələrin bəxi gətirdi – onlara kompensasiya qismində pul yox, sahəsi 45 kv. metr olan təmirli mənzillər verilmişdir. Mənzillər mərkəzdə olmasa, da bu ailələr əsl hədiyyədir, çünki bu cür mənzilləri almağa onların maddi imkanı çatmazdı. Buna baxmayaraq, bir çoxlarına kompensasiya qismində veriləcək pul normal şəraitli ev almağa imkan verməyəcək.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban: “Bu məsələdə bir sıra problemli məqamlar var. Sovetskinin sökülməsi ilə bağlı lahiyə 1928-ci ildən var. Lakin, lahiyənin icrasına neftin qiymətinin düşdüyü vaxt başlanıldı. Lahiyəyə başlandıqdan sonra onun dəyəri hesablayıb başa düşüblər ki, lahiyənin miqyası olduqca böyükdür və yalnız ərazinin “təmizlənməsi üçün bir neçə il lazımdır. Prosesin onilliklər boyu uzanmaması üçün təcili çəkildə lahiyəyə investisiyalar cəlb olunmalıdır.
Sonda İlham Şabanın “ Sovet Muzeyi küçəsinin yaradılması və son 80 ildə orada yaşayan ailələrin şəkillərindən və hekayələrindən ibarət albomun toplanması təklifini, sizin müzakirənizə təqdim edirik.
JAM news bu ideyanı yüksək qiymətləndirir.