"Facebook"un keçmiş işçisi Azərbaycan hakimiyyətinin müxalifətçilərə hücumlarından danışıb
«Facebook” sosial şəbəkəsinin keçmiş işçisi Sofi Çjan iddia edir ki, Azərbaycan hakimiyyəti ucuz və sadə bot şəbəkələri ilə müxalifətçilərə hücum edir. Onun fikrincə, Rusiya, Çin və İranda da eyni metodlarla işləyirlər.
“The New York Times» nəşrində dərc olunan məqalədə müəllif Şira Frenkel qeyd edir ki, ABŞ-ın özündə sosial şəbəkə rəhbərliyi saxta hesablarla mübarizə apardığını elan edib. Başqa ölkələrdə analoji problem “Facebook” rəhbərliyinin diqqətindən kənarda qalır, sosial şəbəkənin keçmiş işçisi Sofi Çjan bildirir.
• Gürcüstanda parlament seçkilərinə ay yarım qalmış nəyin narahatlığını yaşayırlar — sorğu
• Azərbaycanda banklar niyə bağlanır?
«Facebook»da olduğum üç il əzində başqa ölkə hökumətlərinin platformamızdan böyük miqyasda öz vətəndaşlarını aldatmaq üçün istifadə etməsi ilə bağlı bir neçə dəhşətli cəhd aşkar etdim”, – deyə Sofi Çjan yazır.
Sofi Çjanın özü “Facebook”dan 2020-ci ilin avqustunda işdən çıxarılıb və sentyabrın əvvəlində şirkəti tərk edib. Onun ehtimalına görə, bu qərara təsir edən səbəblərdən biri ondan ibarətdir ki, Çjan öz işi ilə bağlı rutin məsələləri bir kənara qoyub, diqqətini saxta akkauntların siyasi fəaliyyətinə yönəldib.
Sofi Çjanın məlumatına cavab olaraq, “Facebook” bildirib ki, orada mütəmadi olaraq koordinasiya olunmuş təsir kampaniyaları silinib və təhlükəsizlik üzərində böyük bir komanda işləyib.
«Koordinasiya olunmuş etibarsız davranış üzərində iş bizim prioritetimizdir, amma eyni zamanda biz spam və saxta əlaqələr problemlərini həll edirik. Biz ölçü götürməzdən və ya çıxıb, şirkət olaraq bəyanat verməzdən əvvəl hər bir problemi, o cümlədən də xanım Çjanın qaldırdığı problemləri detallı araşdırırıq», – «Facebook» sosial şəbəkəsinin mətbuat katibi Liz Burjua deyir.
Bu xəbər sosial şəbəkələrin Azərbaycan seqmentində ən çox müzakirə olunan xəbər oldu. Bir neçə səciyyəvi şərh:
«Nə bot? Parolları aşkar edir, səhifələri sındırırlar. Və düşünürsüz ki, Facebook rəhbərliyinin bundan xəbəri yoxdur?»
«Normaldı. Heç bir şirkət ölkə rəhbərliyi ilə probleminin olmasını istəmir».
«Botlar müxalifətdə də var, onlarla kim mübarizə aparacaq?»