Siyasi qeyri-stabillik, işsizlik, Qarabağ münaqişəsi – Ermənistanın üç əsas problemi
ABŞ-ın Beynəlxalq respublika institutu (IRI) Ermənistanda 2020-ci ilin payızında Qarabağda baş vermiş müharibədən sonra ilk ümummilli sorğu keçirib və cəmiyyəti narahat edən üç əsas problemi müəyyənləşdirib. Bunlar siyasi qeyri-sabitlik (12%), işsizlik (11%) və Qarabağ münaqişəsidir (9%).
Bununla əlaqədar, yaxın dörd ildə rəyi soruşulanların 26%-i özünün və ailəsinin Ermənistanda gələcəyini görmür. Bununla yanaşı, onlardan 15%-i vətəndə öz gələcəklərini “birmənalı olaraq görmürlər”.
Sorğuda 1510 nəfər iştirak edib. O, həm paytaxt, həm də region sakinləri arasında keçirilib.
Təfərrüat – Ermənistan sakinləri hansı suallara və necə cavab veriblər.
- Müharibədən sonrakı həyat: Ermənistanın sərhədyanı kəndinin gənc nümayəndəsinin müsahibəsi
- “HALO Trust” DQ-da Türkiyə xeyrinə casusluqda ittiham olunub. Təşkilat bu bəyanatı təkzib edib
Seçkilərdə əksəriyyət heç kimə səs verməzdi
Sorğu göstərib ki, üzümüzə gələn bazar günü Ermənistanda seçki keçirilsəydi, 33% səslərini iqtidarda olan “Mənim addımım” siyasi qüvvəsinə verərdi. Müxalif “Çiçəklənən Ermənistan” partiyası səslərin 3%-ni alardı, üçüncü yeri isə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan tutardı ki, onun hələlik öz partiyası yoxdur. O, seçicilərin 2%-nin səsini alardı.
Lakin əksəriyyət, 42% “heç kimə” variantını seçərdi.
Sorğunun bu nəticəsi yerli politoloqların diqqətini cəlb edib, belə ki, ölkədə siyasi böhran davam edir, müxalifət hazırda fəaliyyətdə olan baş nazirin istefasını tələb edir və növbədənkənar seçkilərin keçirilməsi üzrə danışıqlar aparılır.
O ki qaldı daha fəal olan müxalif partiyaların reytinqinə, onlar “hansı siyasi qüvvəyə səs verməzdiniz” sualının cavablarında lider mövqelərdə olublar. Burada 25%-lə ilk yeri keçmiş hakim “Ermənistan respublika partiyası” tutur. Digər radikal müxalifət partiyası olan “Çiçəklənən Ermənistan”a isə 17% səs verməzdi.
Hakimiyyət diqqətini nədə cəmləşdirməlidir
Sonrakı addımlarla bağlı suala cavab verənlərin 97%-i bildirib ki, hökumət diqqətini daxili məsələlərə – iqtisadiyyata, siyasi sabitliyə və sosial məsələlərə cəmləməlidir.
Hakimiyyətin səylərini tələb edən ikinci əhəmiyyətli məsələ, sorğunun nəticələrinə görə, Dağlıq Qarabağ sakinlərinin reinteqrasiyasıdır. Respondentlərin 92%-i hesab edir ki, 2020-ci ilin payızında, ikinci Qarabağ müharibəsi zamanı Ermənistana kpçmüş sakinlərin Dağlıq Qarabağa təhlükəsiz qayıdığı təmin olunmalıdır.
Favorit strukturlar
Hansı institutun fəaliyyətindən daha çox razılıq var sualına cavablar aşağıdakı kimi olub:
- ordu – təxminən 73%,
- polis – 63%,
- insan hüquqları müdafiəçisinin ofisi – 60%,
- yerli özünüidarəetmə orqanları – 56%,
- baş nazirin ofisi – vətəndaşların 54%-i,
- Erməni apostol kilsəsi – respondentlərin 52%-i.
Eyni zamanda, bu strukturların işindən narazılıq var:
- parlament – vətəndaşların 62%-i,
- prezident – 60%,
- baş nazirin ofisi – 43%,
- bütün hökumət – 53%,
- baş prokurorluq – 53%,
- əhkəmələr – 57%.
Ekspert rəyi
Politoloq Norayr Dunamalyan hesab edir ki, sorğunun nəticələri erməni cəmiyyətinin bütün apatiyasını və məyusluğunu rəqəmlərdə ifadə edir:
“İnsanlar kimdən seçəcəklərini bilmirlər. Müharibədən sonrakı vəziyyətdə hakimiyyətin belə reytinqi, əlbəttə, anomaldır, lakin boşalmış siyasi meydanla bağlı bütün bu vəziyyət son 15-20 il ərzində formalaşıb”.
Ölkədə siyasi böhranın aradan qaldırılması üçün növbədənkənar parlament seççilərinin keçirilməsi gözlənilir. Bununla bağlı cəmiyyətdə bir çoxları düşünür ki, sabah seçki keçirilsə, nə olacaq – heç bir partiya səslərin 50%+1-ni almayacaq. Bu növbəti böhrana səbəb olacaqmı?
“Yeni seçki məcəlləsinin qəbul ediməsi vacib amildir, onun xüsusiyyətləri və ümumiyyətlə, qəbul edilib-edilməyəcəyi məlum deyil. Köhnə məcəllə ilə seçkilərə getmək inzibati resurslardan və böyük maliyyədən istifadə təcrübəsinə qayıdış deməkdir.
Bu məntiqlə seçkilərin nəticəsində iki rəqabət aparan böyük blok formalaşacaq ki, bunlar da səsləri necə bacarırlarsa, elə də toplayacaqlar. Hakimiyyətə və müxalifətə etimadsızlıq da burada öz sözünü deyəcək”, ekspert hesab edir.
Onun fikrincə, bu zaman xarici siyasi amil də nəzərdən qaçmamalıdır və “gələcək seçkilərdə Rusiya amili keçmişdəkindən daha böyük rola malik olacaq”.