Siyasi məhbus altı ay ərzində üçüncü dəfə mühakimə olunub
Siyasi məhbus üçüncü dəfə mühakimə olunub
Azərbaycanın müxalif Vətəndaş və İnkişaf Partiyasının sədri, siyasi məhbus Əli Əliyev altı ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Son altı ayda bu artıq Əliyev haqda çıxarılan üçüncü məhkəmə hökmüdür. Bu dəfə onun cəza müttədi 1 ilə çatdırılıb. Siyasətçi məhkəmənin onun haqqında çıxardığı hökmü növbəti siyasi sifariş adlandırıb.
- Avropada yaşayan bloqer Azərbaycan hakimiyyətini ona qarşı sui-qəsd təşkilində ittiham edir
- Həbs edilən keçmiş siyasi mühacirlərin yaxınlarının Almaniya səfirliyi qarşısında etirazı
- AXCP-ni maliyyələşdirməyə vasitəçilikdə günahlandırılan siyasi məhbus azadlıqda
Bu gün, iyunun 23-də Bakı şəhəri Yasamal rayon məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev haqqında növbəti, üçüncü hökm çıxarıb.
Bu dəfə Yeni Azərbaycan iqtidar partiyasının keçmiş funksioneri Ramiz Göyüşovun iddiası əsasında. Hakim Əliyevi cinayət məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilib və 6 ay müddətinə azadlıqdan məhrum edib.
Siyasətçi haqqında çıxarılmış bundan əvvəlki hökmləri nəzərə alaraq, hakim bu qərarı 2022-ci ilin yanvar və aprelində çıxarılmış ik hökmlə birləşdirib. Beləliklə ümumilikdə azadlıqdan məhrumetmə cəzasının müddəti ümumi rejimli müəssisədə saxlanmaqla 12 aya çatıb. Cəza müddəti 2022-ci il yanvarın 13-dən hesablanır.
Vəkil Cavad Cavadov “Turan” agentliyinə müsahibəsində hökmü qanunsuz adlandırıb. Hüquqşünasın sözlərinə görə, bu işdə təhqir faktı olmayıb və Əliyev Göyüşovun partiya sıralarından çıxarılmasına səbəb olan faktlara istinad edib.
2021-ci ilin sentyabrında KİV-də Yeni Azərbaycan Partiyasının rayon şöbəsinin o vaxtkı sədri Ramiz Göyüşovun əks olunduğu video yayılıb. Həmin videoda Göyüşovun iş otağında hansısa qadınla onlayn intim söhbət apararaq, onanizmlə məşğul olduğu görünür. Bundan sonra Əli Əliyev “BumeranqTV” YouTube kanalında çıxış edərək Göyüşov haqqında xoşagəlməz sözlər deyib.
Maraqlıdır ki, Əliyevə münasibətdə amnistiya tətbiq etməyib. Məsələ burasındadır ki, CM 148-ci (təhqir) maddəsi ötən ilin noyabrında elan olunan amnistiyaya düşüb, amma məhkəmə bunu nəzərə almayıb.
Məhkəmə iclasında çıxış edərkən Əli Əliyev hökmü siyasi sifariş və əvvəlki məhkəmə qərarlarının ardı olduğunu bildirib.
Əli Əliyev 2022-ci il yanvarın 13-də Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti Emil Cəfərovun şikayəti əsasında CM 147.1 (böhtan) maddəsilə ittiham olunaraq 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Üç ay sonra – aprelin 15-də məhkəmə digər DSX zabiti Ramin Adiolovun şikayətini də təmin edərək onun cəza müddətini bir ay uzadıb.
Əli Əliyevin mətbuata verdiyi açığlamada həmin zabitlərin 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Mİ-17 vertolyotundan sağ çıxa bilməzdilər deməsi məhkəmə iddialarına səbəb olub. Əliyev həmçinin bildirib ki, vertolyot Rusiya tərəfindən vurulmuş ola bilər.
Rəsmi məlumata əsasən ötən ilin noyabrında DSX vertolyotunun qəzaya uğraması nəticəsində həmin qurumun 14 zabiti həlak olub, iki nəfər sağ qalıb.
Hüquq müdafiəçiləri Əliyevi siyasi məhkum kimi tanıyıb.