Siyasi böhran və Rusiya meyilli əhval. Gürcüstandakı vəziyyət ukraynalı jurnalistlərin gözü ilə
Gürcüstanda siyasi böhran
Ukraynanın “Zaborona” nəşrinin jurnalistləri siyasi böhranın qızğın vaxtında Gürcüstanda olublar.
Tam versiyanı “Zaborona”nın saytında
2021-ci il 5 iyul. Tbilisinin mərkəzində Şota Rustaveli prospektində onlarla aqressiv adam jurnalistləri döyürdü. Burada “Tbilisi-Pride” – LGBT+ fərdlərinin və simpatizanlarının yürüşü keçirilməli idi. Amma marş baş tutmadı – “Tbilisi-Pride” təmsilçiləri etiraf etdilər ki, küçəyə çıxmaq sadəcə təhlükəlidir.
Buna qədər baş nazir İrakli Qaribaşvili açıq şəkildə potensial prayd iştirakçılarını aksiyada imtinaya səsləmişdi. Amma onların opponentləri yenə də gəldilər. Onlar “Tbilisi-Pride” ofisini darmadağın etdilər, göyqurşağı rənglərində bayrağı cırıb, yandırdılar, daha sonra isə Gürcüstan parlamentinin binası qarşısında ucalan Avropa İttifaqı bayrağını endirdilər.
Polis aqressiv izdihama heç cür müdaxilə etməyib. Həmin gün 50 nəfərə yaxın jurnalist ciddi xəsarətlər alıb, onlardan biri isə hadisədən bir neçə gün sonra ölü tapılıb. Qohumları əmindirlər ki, onun ölümünə məhz döyülməsi səbəb olub.
“Mənim üçün iyulun 5-i dönüşü olmayan nöqtədir”, – JAMnews layihəsinin redaktoru Marqarita Axvlediani deyir. – “Bu, Gürcüstanda vəziyyətin həddini aşdığı və geriyə dönüşün ola bilər ki, mümkün olmayacağının anlaşıldığı bir gündür”.
Gürcüstanda böhran artıq bir neçə ildir ki, davam edir.
“İnsanlar şərti “kotsi”lərə – “Gürcü arzusu” və “natsi”lərə – Saakaşvili tərəfdarlarına bölündü [“kotsi” – iqtidar partiyasının gürcücə adının – “kartuli otsneba”- qısalmasından, “natsi” isə Vahid Milli Hərəkatın gürcücə qısalmasından əmələ gəlib]”, – Marqarita Axvlediani deyir. – “Bu bölüm çox sərtdir – o dərəcədə ki, sizin nöqteyi-nəzəriniz [Gürcüstandakı siyasi hadisələrə dair] taksi sürücüsünün baxışları ilə üst-üstə düşməzsə sizi yarı yolda taksidən düşürə də bilər. Məclislərdə tanışlıq zamanı sizdən soruşa bilərlər: siz kimsiz, “kotsi”, yoxsa “natsi”? ailələr dağılır, dostluqlar pozulur. Hətta ailədaxili zorakılıq halları da çoxalır”.
Saakaşvili amili
“Gürcü arzusu”nun ofisi prezident Saakaşvili dövründə inşa edilən Sülh şüşəli piyada körpüsünün qarşısında yerləşir. Partiya binasının ətrafında 200 metr radiusunda istənilən mobil rabitə əlaqəsi itir. “Gürcü arzusu”nun PR xidməti “Zaborona”nın bununla bağlı partiya və ya parlament nümayəndələrinin şərh verməsinə dair ricasını cavablamayıb.
Vahid Milli Hərəkat Partiyasının ofisi Tbilisinin demək olar ki çıxışında, aeroport yolunda yerləşir. Burada sutkanın istənilən saatlarında qapılar açıqdır, onlarla insan daima buradadır – xəbərlərə baxır və hadisələri izləyirlər. ab-hava bir qədər Avromeydan zamanında Kiyev meriyasını xatırladır.
“Sonuncu dəfə biz onunla [Saakaşvili ilə] Kiyevdə görüşəndə çox uzun danışdıq”, – Vahid Milli Hərəkat liderlərindən biri Xatiya Dekanoidze “Zaborone”yə deyib. – “O, israrla deyirdi ki, Gürcüstana qayıtmaq istəyir, İvanişvilidən qurtulmağa kömək etmək üçün”.
“Mən ilk dəfə onu həbsdə görəndə soruşdum ki, axı sən bunun böyük risk olduğunu anlayırdın?” – o danışır. – “O isə cavab verdi ki, bəli, mən azadlıqda idim, işləyirdim, mənim hər şeyim vardı, amma mənim üçün mühüm olan azadlığım yox idi – vətənim, Gürcüstan. Düzünü desəm, mən onu anlayıram”.
Həbsindən dərhal sonra Saakaşvili aclıq elan etdi. Onu aldadaraq həbsxana xəstəxanasına keçirdilər. Daha sonra YouTube-da polislərin onu zorla döşəmədə sürüdüyünü əks etdirən kadrlar yayıldı. Müxalifət partiyaları yekdilliklə Saakaşvilinin azad edilməsini tələb ediblər, insanlar etiraz etmək üçün Tbilisi küçələrinə çıxıblar.
Düşünmək olardı ki, Saakaşvilinin gəlişi müxalifətin səs toplamasına kömək edə bilər. Üstəlik seçkinin oktyabrın 2-də baş tutan birinci turu müxalifət üçün daha çox uğurlu keçmişdi – şəhər merliklərinə namizədlər 50 faizdən artıq səs toplamayıb, buna görə də ikinci tur elan ediblər. Xatiya Dekanoidzenin namizədliyini irəli sürdüyü Kutaisidə birinci turda o, “Gürcü arzusu”nun namizədini hətta 2 faiz səs geridə qoymuşdu.
Amma Marqarita Axvlediani əmindir ki, Saakaşvili fiquru Gürcüstan üçün çox tiksikdir. Keçmiş prezidentə qarşı münasibət birmənalı deyil – onu ya çox sevirlər, ya da nifrət edirlər. bunu hətta onun tərəfdarları da etiraf edir.
“Saakaşvili Gürcüstanı kökdən dəyişib, bu bu ölkədən tam fərqli ölkə yaradıb”, – jurnalist izah edir. – “O, sadəcə yolları dəyişşməyib, korrupsiyanın kökünü kəsməyib, işıq problemini həll etməyib. O, daha çox mentaliteti dəyişib. Amma eyni zamanda o, çoxlarını özünə qarşı kökləyibkriminal üzərində qələbəsi bizə Gürcüstanın məhbusların sayına görə Avropada ikinci yerə çıxması bahasına başa gəldi. İnsanlar zavoddan qazan çıxardığı üçün altı il həbsdə yata bilərdi. Bu, çox ağır hesabdır. Mən indi bu, dəyəri ödəmək lazım idimi ətrafında mülahizə etmək istəmirəm, amma çox sayda insan hesab edir ki, buna dəyməzdi”.
Marqarita deyir ki, ora Saakaşvilini müdafiə edən plakatların gətirilməsi insanların çoxunu qıcıqlandırırdı. Onun sözlərinə görə, keçmiş prezidentə qarşı antipatiya o qədər güclüdür ki, çoxları “yenə Mişadansa “Gürcü arzusu” olsun” mövqeyindın çıxış edərək müxalifətə səs verməyib.
“Düşünürəm ki, belə insanlar ola bilərdi”, – Xatiya Dekanoidze razılaşır. – “Amma eyni zamanda düşünürəm ki, Saakaşvili [öz qayıdışı] ilə sübut etdi ki, həqiqətən də Gürcüstan üçün ölməyə hazırdır”.
Marqarita Axvlediani hesab edir ki, keçmiş Gürcüstan prezidentinin qayıdışının səbəbi daha prozaikdir – öz vətənində proseslərdən kənarda qalması Saakaşvilini çox incidirdi: “O, ölkə prezidenti, islahatçı, bütün dünyanın haqqında danışdığı insan olub. Bu cür insan üçün regional siyasətçi [Ukraynada olduğu kimi] olaraq qalmaq mümkün deyil”.
Rusiya meyilli əhval və zorakılıq
Gürcüstan çox patriarxal, dindar və ənənəvi ölkədir. Ailə və ənənələrə sədaqətə böyük dəyər verilir, kəndlərdəki küşişlər isə indiyə qədər ən nüfuzlu və hörmətli insanlardır. Gürcüstanda güclü mühafizəkar əhvalın fonunda Rusiya meyilli hərəkatlar güclənir.
“[Gürcüstanın] müstəqilliyinin ən başından həmişə siyasətə daxil olmağa və Rusiya maraqlarını təbliğ etməyə çalışan insanlar olub”, – JAMnews-un redaktoru Dmitri Avaliani “Zaborona”ya izah edir. – “Məsələn, Gürcüstandan qaçan keçmiş DTK rəhbəri [İqor] Giorqadze və ya Kremllə sıx dostluq edən Acariya rəhbəri [Aslan] Abaşidze. İndi Kreml mühafizəkar qüvvələrə ümid edir. Buradan ikinci müddəa çıxır – Qərblə mübarizədə bizə ancaq Rusiya kömək üdə bilər, o, ənənəvi dəyərləri qruyan eyni dinli xristian ölkəsidir”.
“Uzun illər – hələ Saakaşviliyə qədər və sonra, 2010-cu ildən başlayaraq Gürcüstanın informasiya müstəvisində geniş miqyaslı investisiyalar sərf olunur”, – Marqarita Axvlediani əlavə edir. – “Onlar gürcü dilində işləyir və “qeyri-adi və müstəsna, Qərbin təsiri ilə çox korlanan” Gürcüstan xalqını hər vəchlə tərifləyirlər”.
Belə Rusiya yönlü platformalardan biri “Mühafizəkarlar Hərəkatı” partiyasını yaratmış “Alt-İnfo” teleşirkəti və iternet-portalıdır. Gürcüstanın Ədliyyə Nazirliyi onu artıq qeydiyyatdan keçirib.
Bu partiyanın sədri Zurab Maxaradze “Zaborona” ilə danışmaqdan imtina edib – Gürcüstan kilsəsində seksual cinayətlər və Rusiya təsiri haqda məqalə onun xoşuna gəlməyib. Mühafizəkarlar üçün kilsə əsas müttəfiqdir və onlara çox kömək edir – Dmitri Avaliani deyir. “Alt-İnfo” rusiyayönlü istiqamətini gizlətmir. Üstəlik, onlar Rusiya millətçilərinin ən radikal nümayəndələri ilə əlaqəlidirlər. məsələn, ultra-sağ Aleksandr Duqin ilə. “Alt-İnfo” saytında onunla müsahibə dərc olunub, layihənin sponsorlarından biri – mühafizəkar biznesmen Levan Vasadze isə Duqinlə Moskvada görüşüb.
Hakimiyyət jurnalistlərə qarşı
“Tbilisi-Pride” zamanı Gürcüstan jurnalistlərinə qarşı hücumun əsas ideoloqu və aparıcı qüvvəsi məhz “Alt-İnfo” idi. Bu media orqanının efirində aksiya iştirakçılarını döymək çağırışları səslənirdi.
“Bu [Mühafizəkar Hərəkat Partiyası] sələflərindən fərqli qurumdur”, – Dmitri Avaliani hesab edir. – “İyulun 5-də onlar ixtişaşlar törətdilər: təşkilatlanmış şəkildə insanları gətirdilər, qruplara böldülər, onların komandirləri vardı, onlar ratsiya ilə əlaqə saxlayırdılar. Onlar hara gedəcəklərini, kimi döyəcəklərini, haranı dağıdacalarını bilirdilər. Bu insanlar hər gün öz kanallarını yayımlayırlar. Onlar deyirlər: “Liberast”ları öldürməkmdə olar, bu günah deyil. Güc hesabına ənənələrimizi və maraqlarımızı qorumalıyıq”. Gürcüstanda hələ heç bir Rusiya yönlü partiya belə bir şeyeləməyib”.
Üstəlik Avalianinin fikrincə, “Gürcü arzusu” bu cür hərəkatlara bilavasitə himayədarlıq edir. Onun sözlərinə görə, iyulun 5-dən sonra bütün saxlanılanlar arasında bircə nəfər də olsun təkilatçı yox idi – ancaq hücumda iştirak edənlər. “Alt-İnfo” bu insanlara maddi yardım ediləcəyinə söz verib.
“İndi hakimiyyətin legitimlik və cəmiyyət tərəfindən dəstəklənmək problemi var, buna görə də mühafizəkar və anti-Qərb elektoratı onlar özlərinkilər kimi nəzərdən keçirirlər”, – Avaliani izah edir. – “Oliqarx İvanişvilinin arzularını yerinə yetirməkdən başqa “Gürcü arzusu”nun səhih dünya görüşü yoxdur. İvanişvili necə desə, xarici siyasət də, daxili siyasət də elə olacaq”.
Dmitri və Marqarita deyirlər ki, hakimiyyət jurnalistləri müdafiə etmir, əksinə, onlarla mübarizəyə başlayıb. Dmitrinin sözlərinə görə, güc strukturları Rusiya yönlü təsirlə mübarizə aparmaq əvəzinə müxalifəti və jurnalistləri dinləməklə məşğuldur. Müstəqil media “Gürcü arzusu”nu qıcıqlandırır. Bu isə nəticədə cəmiyyətin də jurnalistlərə şübhə ilə yanaşmasına gətirib çıxarıb.
“Mediaşəbəkə”nin dəstəyilə