Şimali Qafqazda koronavirus: bütün regionlar yoluxub, İnquşetiyanın baş müftüsü vəfat edib
Aprelin 11-də İnquşetiyada baş müftü Əbdurrəhman Martazanov koronavirusdan ölüb. O, respublikada ən məşhur və hörmətli ruhani idi.
Bu, koronavirusla xəstələnmələrin sayının artdığı Şimali Qafqazda son həyəcanlı həftə ərzində baş vermiş ən səs-küylü hadisə oldu.
Dağıstanda “epidemiyanın nəzarətdən çıxmış mərhələsi” qeydə alınır. Stavropol diyarında insanlar biznesin dayandırılması üzündən baş verə biləcək yoxsulluqdan qorxurlar.
Hər yerdə bir çoxları ümumdünya qəsdinə inanır.
Koronavirus pandemiyası ilə bağlı Şimali Qafqazdakı hadisələrin qısa icmalı.
11 apreldə sutka ərzində Şimali Qafqazda koronavirusa yoluxmanın 51 yeni halı aşkarlanıb. Ümumilikdə, regionda 275 nəfər yoluxub.
Bütün Rusiya Federasiyasının ərazisində bir sutka ərzində – aprelin 11-da 2,186 nəfər xəstələnib. Ümumilikdə, aprelin 12-nə olan vəziyyətə görə, ölkə üzrə 15,770 nəfər yoluxub, 130 nəfər ölüb.
Rusiya hökuməti стопкоронавирус.рф saytını istifadəyə verib və burada bütün ölkə üzrə statistika ərc edilir.
- Pandemiya, Rusiya: xəstəlik partlayışı, səhiyyə qətiyyən hazır deyil, hakimiyyət isə təcridi yumşaltmaq istəyir
- Spirt dolu anbarlar və antiseptik tapılmayan apteklər
İnquşetiya: xəstələnənlərin sayında artım. Səbəb Səudiyyə Ərəbistanına ümrə səfəri ola bilər
Son məlumatlara görə, İnquşetiyada koronavirusa yoluxmanın 34 faktı təsdiqlənib, iki nəfər ölüb.
Lakin hələ 60 nəfər COVID-19-a görə ikinci testin cavabını gözləyirlər – onlarda birinci test müsbət nəticələnib.
Müftü Martazanovun ölümü gözlənilməz olub, o, xəstəxanaya yerlşdirildikdn az sonra dünyasını dəyişib.
Bu hadisəyə qədər isə 64 yaşlı kişi ölmüşdü.
Yoluxanların arasında üç həkim də var.
Yayılma dinamikasına və xəstələnənlərin sayına görə İnquşetiya Şimali Qafqazda mütləq liderdir. Yerli sakinlər deyirlər ki, buna iki səbəb var.
Bunlardan biri – rəhbəliyin məhdudlaşdırıcı tədbilərə zəif nəzarət etməsidir.
Digəri – təxminən on gün əvvəl Səudiyyə Ərəbistanından kiçik həcc (ümrə) səfərindən qayıdan yerli müsəlmanlardır.
“Bu, orada yoluxma ehtimalları olan onlarla insandır. Əgər bu doğrudursa, yaxın günlərdə xəstələnənlərin sayında pik həddinə çatacağıq”, – bunu JAMnews-a Nazran sakini Timur Yevloyev deyib.
İnquşetiyanın ən iri şəhərləri olan Nazran və Maqasda məscidlər aprelin 3-dən bağlıdır. Lakin kəndlərdə baş verənlər məlum deyil.
Dağıstan: virusun nəzarətsiz yayılması
Ən mürəkkəb vəziyyət Dağıstanda müşahidə olunur. Burada epidemiya, belə demək mümkünsə, dördüncü – nəzarətsiz mərhələyə keçib.
Aprelin 12-i tarixinə burada koronavirusa 84 yoluxma halı təsdiqlənib. Üç nəfər ölüb. Daha 2,183 nəfər karantində, 2,037 nəfər özünütəcrid rejimindədir.
Kabardin-Balkar: ilk yoluxan məkkədən qayıdandır
Aprelin 12-nə Kabardin-Balkarda, rəsmi məlumatlara görə, 30 nəfər xəstələnib. İki nəfər sağalıb, ölən yoxdur. 1,020 nəfər özünütəcrid rejimindədir.
Nalçik sakini Fatimə JAMnews-a bildirib ki, həm şəhərdə, həmdə ümumilikdə respublikada təşviş yoxdur.
“İnsanların təlaş içində olması və ya xəstəxanalara axın etməsi kimi hallar yoxdur, sakitlikdir. İnternetdəki xəbərlərə bir çoxları inanmır. Heç kim mitinqlərə çağırış etmir”.
Məlumdur ki. Kabardin-Balkarın koronavirusa yoluxmuş ilk sakini Çegem şəhərində yaşayır və Səudiyyə Ərəbistanından, Məkkədən həccdən qayıdıb.
Şimali Osetiya: “yaxşı tendensiya deyil”, amma biznes və ictimai nəqliyyat yenə işləyir
Şimali Osetiyada aprelin 11-nə olan vəziyyətə görə, 27 nəfərə müvafiq diaqnoz qoyulub. Bunlardan bir pasiyent ölüb, üç nəfər sağalıb.
Daha 90 nəfərdə koronavirusa ilk test müsbət nəticələnib, onlar ikinci testin cavabını gözləyirlər.
777 nəfər özünütəcrid rejimindədir.
Şimali Osetiyanın başçısının administrasiyasından və hökumətdən birdən-birə üç əməkdaş həkimlərin nəzarəti altındadır. Onların koronavirusa görə verdikləri ilk test müsbət nəticələnib.
Onların ailə üzvləri və həmkarları da karantindədir, administrasiyanın binasında dezinfeksiya işləri aparılıb.
Şimali Osetiyanın səhiyyə naziri Tamerlan Qogiçayev bu tendensiyanı “yaxşı olmayan” kimi xarakterizə edir. Onun fikrincə, təcrid rejiminə riayət kritik dərəcədə vacibdir. Əks halda, onun bildirdiyinə görə, “mənzərə pisləşə və xəstələnənlərin sayı onlarla ola bilər”.
Aprelin 19-na qədər özünütəcrid rejimi davam edəcək. Lakin respublikanın başçısı Vyaçeslav Bitarov aprelin 10-da bildirib ki, rejimi gücləndirmək niyyətində deyil və biznesi olanlara işə çıxmağa icazə verib.
Vladiqafqazda bərbərxanalar və gözəllik salonları yenidən açılıb.
Aprelin 9-da ictimai nəqliyyat işini bərpa edib.
Şimali Osetiyada koronavirus pandemiyasını uydurma hesab edənlərdən ibarət qruplar xüsusilə fəaldır. Onlar insanları özünütəcridddən imtina etməyə, küçələrə çıxmağa və etiraz mitinqləri təşkil etməyə çağırırlar.
Çeçenistan: karantinə sərt və qəddar nəzarət
Çeçenistan Şimali Qafqazda yeganə respublikadır ki. yerli qeydiyyatı olmayan Rusiya vətəndaşları üçün sərhədlərini bağlayıb. Lakin yük avtonəqliyyatı üçün keçid açıqdır.
Apelin 5-dən etibarən Qroznı tam özünütəcrid rejimini tətbiq edib, giriş və çıxışları bağlayıb, 20:00-dan səhər saat 8-ə qədər nəqliyyatın və piyadaların hərəkəti qadağan olunub.
Koronavirusa 22 yoluxma halı təsdiqlənib. 15 nəfər sağalıb, bir pasiyent ölüb.
Çeçenistan başçısı Ramzan Kadırov özünütəcrid rejimini pozmuş yerli sakini döyən polis əməkdaşlarını dəstəkləyib.
«Minlərlə adamı dəfn etməkdənsə, birini döymək yaxşıdır», — Kadırov deyib.
Stavropol diyarı: biznes koronavirusdan vacibdir
Stavropol diyarında 11 aprel tarixinə 52 xəstələnmə halı aşkarlanıb. Bir nəfər ölüb, 9 nəfər sağalıb.
Diyarın bütün kurortları – Jeleznovodsk və Pyatiqorsk karantinə bağlıdır.
«Şəhərdə, ümumiyyətlə, turist yoxdur, yerli saminləri özünütəcrid rejiminin pozulmasına görə cərimələyirlər. Deyilənə görə, hər yer iyun ayına qədər bağlı qalacaq, buna görə də, kurort mövsümü olmayacaq», — Pyatiqorskdakı mehmanxanalardan birinin əməkdaşı JAMnews-a bildirib.
Yerli siyasi fəal Vitali Zubenko JAMnews-a deyib ki, insanlar iki təxminən bərabər qrupa bölünüb. Birinci qrup maksimum dərəcədə özünütəcriddə israr edir, digərləri isə bildirirlər ki, biznesin dayandırılmasıın nəticələri koronavirusdan daha dəhşətli olacaq.
«Ümumilikdə, demək olmaz ki, Stavropolda küçələr bomboşdur. Əsasən, insanlar maska taxmır və heç bir məsafə saxlamırlar», — Zubenko deyib.
Adıgey və Qaraçay-Çərkəs
Adıgeydə 11 aprel tarixinə yeddi xəstələnmə, Qaraçay-Çərkəsdə isə doqquz xəstələnmə halı müəyyən edilib.
Xəstəlik hamıda simptomsuz keçir, xəstələnənlər evlərində həkimlərin nəzarəti altında özünütəcrid rejimindədirlər və onlara rejimin pozulmasının cinayət məsuliyyətinə səbəb olacağı xəbərdarlığı edilib.