Şimali Koreyadan olan işçilər Abxaziyaya necə gəlib və Rusiya niyə BMT-nin sanksiyalarını pozur?
Hər səhər şimali koreyalılardan ibarət qrup Abxaziyaya işə gedir. Onların burada necə peyda olduğu haqda The Washington Post nəşrinin reportajı.
Şimali koreyalılar Abxaziyada nə ilə məşğul olur?
Onların əsas məşğuliyyəti inşaatda fəhləlikdir. Onlar yaşayış binalarının inşasında və dəmiryolu xətlərinin çəkilməsində işləyirlər. Müvafiq vərdişlərə sahib olanlar çimərliklərdə massajçı xidmətləri də göstərirlər – bu xidmətin bir seansı turistlərə 7 dollara (rus rublu ekvivalentində) başa gəlir.
• Gürcüstan – cənubi afrikalı burlar üçün yeni ev
Şimali Koreyadan olan işçilər təbliğat pannoları və Leninin portretləri ilə bəzənmiş köhnə sovet sanatoriyalarında yaşayırlar.
Hazırda Abxaziyada ümumilikdə 400 nəfərə yaxın Şimali Koreya vətəndaşı var.
“Bura onların xoşuna gəlir”, – Abxaziya Miqrasiya Xidmətinin rəhbəri Eduard Qamisoniya deyir. – “Burada qar olmur. Onlların sözlərinə göörə, iqlim idealdır”.
Şimali Koreyaya qarşı sanksiyaların məsələyə nə dəxli var?
Bir müddət əvvəl nüvə silahının yayılmaması rejimini pozduğuna görə BMT Şimali Koreyaya qarşı sanksiya tətbiq edib.
Həmçinin 2019-cu il dekabrın 22-də bütün ölkələr Şimali Koreyadan olan fəhlələri işə qəbul etməkdən imtina etməlidir, çünki bu, hər il Kim Çen In rejiminə 500 000 000 dollara yaxın vəsait qazandırır.
BMT-nin bu qətnaməsini hətta Şimali Koreyanın müttəfiqləri – Çin və Rusiya da dəstəkləyib.
Abxaziya isə BMT-nin üzvü deyil və heç bir öhdəlikləri yoxdur, buna görə də qadağadan yan keçib.
Moskva da bunu fəal istifadə edib. Rusiyanın Uzaq Şərqində az əvvələ qədər 40 min nəfərə yaxın şimali koreyalı çalışıb. İndi Moskvanın onları göndərmək üçün bir qədər vaxtı var – şimali koreyalılar Rusiyanı dekabrın 22-ə qədər tərk etməlidir.
Odur ki, onlardan bir hissəsi Abxaziyay göndərilib.
İndi Abxaziyaya işləmək üçün 400 nəfərə yaxın şimali koreyalının gəldiiyi ehtimal olunur – rəsmi məlumatlara görə 100 min nəfərə yaxın insanın yaşadığı respublika üçün bu, heç də az deyil.
Bu, Moskvanın nəyinə lazımdır?
Şimali Koreya işçilərinin xidmətindən imtina olunmasını tələb edən BMT sanksiyalarının məqsədi Kim Çen In rejimini dollardan məhrum buraxmaqdır.
Rusiya hələ soyuq müharibə zamanından Şimali Koreyanın müttəfiqidir.
Rusiyadan gələn şimali koreyalı işçilərdən ibarət bir qrupun Abxaziyaya göndərilməsi görünür ki, Rusiyanın öz müttəfiqlərini dəstəkləməyə qadir olan mühüm geosiyasi oyunçu olaraq qaldığını bütün dünyaya göstərməkdən ibarətdir.
Rusiyanın təsirinin güclü olduğu Abxaziya bu məqsədə çatmaq üçün yaxşı alət olub.