Silah mədəniyyət kimi. Abxaziya sakinlərinə müdafiə olunmağa icazə verilib
Abxaziyada silah əldə etməyə icazə verilib. Martın 1-dən silah haqda qanin qüvvəyə minib. İndi bütün hüquqi məsuliyyətli bütün vətəndaşlar silah ala, qeydiyyatdan keçirə və qanunla silaha sahib ola bilər.
Abxaziyada onsuz da demək olar ki, hamıda silah var, amma formal olaraq sadə vətəndaşlara indiyə qədər silah sahibi olmaq qadağan idi. Bundan sonra isə vəziyyət dəyişir.
18 yaşdan rəsmi şəkildə mülki silaha (ovçu və idman), 21 yaşdan isə uzun lüləli silaha, 27 yaşdan isə tapança və revolverə sahib olmaq mümkündür.
Abxaziyada indi silahla bağlı vəziyyətin necə olduğu, yeni qanunun qəbuluna niyə ehtiyac yarandığı və qanunun nəyi dəyişəcəyi haqda JAMnews-a qanun layihəsinin çüəlliflərindən biri və qəbulunun əsas təşəbbüskarı, parlamentin müdafiə və milli təhlükəsizlik komitəsinin sədri İlya Quniya danışıb.
Yeni qanun nə üçün lazımdır?
Mən bura düşəndə (parlamentə – müəllif qeydi) burada artıq belə qanun layihəsi vardı. Bu qanun hətta ötən çağırış tərəfindən bir oxunuşda qəbul olunmuşdu.
Amma həmin qanun vəziyyəti nizamlamırdı, sadəcə qadağan edirdi. Yəni sənə olmaz, sənə isə olar. Belə alınırdı ki, bizdə hüquq-mühafizəçiləri, məhkəmə hakimiyyətinin nümayəndələri, prokurorlar, deputatlar, prezident administrasiyasına daxil olanlar silah gəzdirə bilər. Yəni kobud desək məmurlar.
Müharibədən sonrakı 30 ildə Abxaziya silahlanıb. Bizə hər evdə silah var və biz bunu çox yaxşı anlayırıq. Problem ondadır ki, qanunla bizim silahımız olmamalıdır, amma var.
Əlində silah olmağın nə demək oladuğunu bilən hüquq-mühafizə orqanları çox vaxt bu və ya digər şəxsləri saxlayan zaman sadəcə evdə axtarış aparırdılar. Yəni burada nəsə axtarmağa ehtiyac yoxdur, heç bir sübut bazasına ehtiyac yoxdur.
Mən anlayıram ki, bizim əsas qüvvəmiz ehtiyatdır. Hamının silahı var və bu, hər hansı hərbi əməliyyat zamanı Abxaziyanın ümid edəcəyi yeganə şeydir. Bu silahı müsadirə etmək bizim zamanımızda yolverilməz bir şeydir. Buna görə də nizamlamaq lazım idi.
Bu necə işləyəcək?
Silah üzərində nəzarət olmadığı zaman cani və silahlı qanuna əməl edən vətəndaş arasındakı incə sədd silinir. Yəni istənilən silahı götürüb cinayət törətmək mümkündür və bu silah heç yanda qeydiyyatdan keçməyib.
Əgər biz zamanında insanlara Vətənin müdafiəsini etibar etmişikdə, o zaman dövlətin vətəndaşların bu silaha sahib olması üçün onlara etibar etməyə haqqı var. Amma şərtlə.
Şərtlərdən biri ilk növbədə silahın qeydiyyatdan keçirilməsidir. İstənilən silahın identifikasiya nömrəsi, xarakteristikası, güllə və gilzinin öz izi var. Silahın qeydiyyatı isə bütün bunların müəyyən edilməsinə gətirib çıxaracaq. Biz anlayırıq ki, qeydiyyatdan keçirilmiş silahla daha az cinayət törədiləcək. Hətta cinayət baş versə də, küçədə tapılan gilzi və gülləsindən sahibini tapmaq həmişə mümkün olacaq.
Qanun qüvvəyə minəndən sonra üç ay müddətində məsul orqan [Abxaziya Nazirlər Kabineti] hüquqi aktlar hazırlamalıdır. Yəni lisenziya növləri, bu lisenziyaları almaq qaydaları, güllə, gilz məlumat bazasının yaradılması – bir sözlə, mexanizminhazırlanması üzrə işlər görülməlidir.
Qanunda nə etmək lazım olduğu yazılıb, amma bunun üçün hara getmək, hansı formada sənədlər lazım olduğu, sənin narkoman və ya psixi sağlam olub-olmadığını hansı komissiyanın yoxlayacağı qeyd olunmayıb.
Silah ümumiyyətlə nəyə lazımdır?
Hər şeydən əvvəl bu, istənilən təcavüzdən müdafiədir. Bizim qanun insanlara şərəf və ləyaqətini, o cümlədən də həyatını qorumaq hüququ verir. Yeri gəlmişkən, biz bi məsələdə tək deyilik. Amerika konstitusiyası praktiki olaraq silah sahibi olmağa məcbur edir. İnsanların öz həyatını qorumaq hüququ var.
Mütləq deyil ki, məni hüquq-mühafizə orqanları qorusun, mənim özümü qorumaq hüququm var. Biz elə ölkədə yaşayırıq ki, necə qarətlərin, hücumların baş verdiyini görürük. Sən silsh tətbiq edəndə isə günahkar vəziyyətinə düşürsən. Bizdə çox baxt bandit yaxalanmır, amma həmin banditi silahla vuran yaxalanır.
Bununla yanaşı xatırlatmaq lazımdır ki, mən məhz müdafiə haqda danışıram. Bu o demək deyil ki, səni kimsə danlayan kimi onu güllələyə bilərsən. Mən qanuni şəkildə silaha sahib olmaq istəyirəm. Öz evimi və vətənimi qorumaq imkanım olsun istəyirəm. Silah ümumiyyətlə müəyyən mədəniyyətdir.
Silah və abxaz mentaliteti haqda
Qadağaya [yeni qanun qüvvəyə minənə qədər] rəğmən bizdə əllərdə çox sayda silah var.
Biz 18-25 yaşlı gənclərin belində silahla gəzdiyini görürük. Bununla belə bizdə silahla törədilən cinayətlər çox azdır. Bilirsiz bu nədən xəbər verir? Silaha sevgidən. Bir də mövcud olan mədəniyyətdən.
Biz qanun üzərində işləyərkən dünya təcrübəsini nəzərdən keçirmişik. Yəni silah sahəsində qanunvericilərin hansı prinsiplə hərəkət etdiyinə baxmışıq. Bu, həm də mentalitetdir. Məişət mübahisələrinin və məişət zəminindən qətllərin çox olduğu ölkələrdə ümumiyyətlə silah yoxdur, heç kimə icazə verilmir. Bu da mentalitetdir. Insan içə və ailəsinə ziyan vura bilər. Bizdə belə hallar çox azdır. Əlbəttə ki, var, amma faiz nisbətində götürsək, çox azdır.
Adətən insan, mən indi vicdanlı, adekvat vətəndaşdan danışıram, silah aldığı zaman kimisə öldürməyi qarşısına məqsəd qoymur. Yalnız bir neçə amil onu silah almağa təhrik edə bilər – silaha sevgi, Qafqazda bu hal yayqındır, Vətənə sevgi və bir şey olarsa onu müdafiə etmək arzusu. Bax, mənim silahım var. Və mən çox nadir hallarda onu üzərimdə götürürəm. Baxmayaraq ki, silah gəzdirməyə icazəm var. Amma belə bir ehtiyacım yoxdur. Axı bu seçimdir. Hətta icazən olsa da, silahı üstündə gəzdirmək mütləq deyil.
Dinc zamanda mən heç vaxt silahdan istifadə etməli olmamışam. Mən heç vaxt vəziyyəti o yerə çatdırmamışam. Mən ümumiyyətlə hesab edirəm ki, biz kiçik ölkəyik və sağa-sola silah işlətməyimiz məsləhət deyil. Bir də mən istəyirəm qeyd edim ki, qanun həmişə ona əməl edən insanlar üçün yazılır. Amma qanuna məhəl qoymayanlar da var axı. İnsanların onlardan müdafiəsi olmalıdır? Hesab edirəm ki, mütləq. Və qanunu pozan anlamalıdır ki, qarşıdakı insan özünü müdafiə edə və caniyə atəş aça bilər.
Məqalədəki terminlər, toponimlər, fikir və ideyalar JAMnews və ayrı-ayrı əməkdaşlarının fakir və ideyaları ilə üst-üstə düşməyə də bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid və ya zorakılığa çağırış kimi dəyərləndirilən, yaxud başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır