Seyrçi-analitiklər və Mehman
Bu zaman da o mənə deyir:
– Bilirsən, bütün problemlərimiz haradandır?
– Haradan, – soruşuram. Həqiqətən də bilmirəm.
– Bizim ümumiyyətlə mövqeyimiz yoxdur.
– Yox, var, – deyirəm, – bax, oturublar. Bəzilərini də buraxdılar.
– Başa düşürsən, müxalifət parçalanıb.
Pivə içirik.
Sonra da mənə bizdə jurnalistikanın olmamasından danışır, misal kimi də Mehmanın binəva avtobus sürücüsünün üstünə düşməsindən danışır. Doğrudan da səhv hərəkətiydi. Video da etik qaydaları pozmuşdu.
Mehman kimdir
Sonra da Əliyevin heykəlinin üstündə qraffiti çəkən və 10 il müddətinə azadlıqdan məhrum edilən Məmmədov və İbrahimovdan danışır.
– Onlar səfehdir, – deyir.
– Niyə? – xəbər alıram.
– Başqa cür etmək lazımıydı. Tapa bilməsənilər. Hazırlaşmaq lazımıydı.
Onun Rusiyada baş verənlərdən də xəbəri var, kimi tutublar, kim mühacirət edib – hər şeyi bilir.
Deyir ki, bizdə normal jurnalistika da heç yoxdur. Bununla belə, Xədicənin artıq bir ildir ki, azadlıqda olmasından bixəbərdir.
Bu, uydurma “səciyyəvi” hekayə deyil, bu, real insandır, mənim yaxın dostumdur.
O, seyrçi-analitikdir, çünki belə rahatdır, belə komfortludur, nimdaş tərlik kimi. Yerli mətbuatı izləmir, siyasi aksiya və mühazirələrə getmir. Ancaq intuitiv olaraq öz şəxsi mülahizələri nəticəsində anlayır ki, nə müxalifət var, nə də jurnalistika.
Bir az da uzağa gedənlər, “mən olmasam, kim olacaq ki?”, “alternativ yoxdur” deyə düşünənlər də var.
Bəziləri sual edir ki, niyə bu gün Azərbaycanda dahi alimlər, rejissorlar və nəhayət müğənnilər yoxdur. Əslində millətin bütün gücü analitiklərin yaradılmasına xərcləndi. Yerli Sun Tzı və Klauzeviçlər, Fukuyalamar və Haninqtonlar şəhərdə gəzir, restoranlarda və şəbəkədə otururlar. Necə olmalı olduğunu dəqiq bilən insanlar. Televizor və təhsil nazirliyinin bütün səylərinə baxmayaraq, yetişən dahi nəzəriyyəçilər və böyük mütəfəkkirlər.
Prezidentin adı çəkilən kimi canına vəlvələ düşən, söhbətlərdə onun adını “O”, “Birinci”, “Başçı” sözləri il əvəz edən, xoflu, alçaldılmış, zirzəmilərdə gizlənən Qriffindorun şagirdləri özünə hörmət üçün kiçicik bir bəhanə axtarırlar.
Seyrçi-analitiklərin mövqeyi proseslərdən kənarda qalmaqla, müəyyən mənada özünə hörmət hissini saxlamağa kömək edir.
Açıq diskussiyaların və qərarların qəbulunda şəffaflığın olmaması seyrçi-analitik, onun yuxarıda adı çəkilən rahat və komfortlu tərliklər kimi məntiqi konstruksiyaları üçün ən yaxşı qidadır.
Nəhayət Mehman həbs ediləndə, hamı birdən xatırladı ki, o, hakimiyyətin adamıdır, provokatordur və ya belə bir nəticəyə gəldilər ki, “yaxşı ediblər ki, tutublar”. Niyə? Ailəsini düşünmədi deyə.
Demə, Azərbaycanda belə hallarda qəflətən siyasi məhbusların ailələrini düşünən adamlar xeyli çoxuymuş. Və ya sübutların və hakimiyyətin qərarlarının qəbulunda şəffaflığın olmaması səbəbindən birdən onun provokator olduğunu birmənalı şəkildə anlayanlar.
Və ya Savçenkoya görə narahat olan, amma Xədicənin artıq bir ildir ki, azadlıqda olduğunu bilməyənlər.
Yəqin ki, provokatorların bloqerlik etdiyini, insanların həbsxanalara qəsdən düşdüyünü, mitinqlərə pula görə çıxdığını düşünmək daha rahatdır, “axı biz bunun necə olduğunu bilirik, uşaq deyilik ki”.
Özü də indi, adam həbsxanaya düşəndən sonra bu haqda danışmağın tam zamanıdır.