Denizli Türkiyənin cənub-şərqində kiçik şəhərdir. Burada mümkün ölüm hökmündən qaçmaq qərarını verən iranlı homoseksuallar ABŞ, Kanada və Avropa ölkələrindən imiqrasiyaya razılıq gözləyirlər.
İran əsilli fotoqraf Lorans Rasti burada öz diplom layihəsini çəkərək, “Bird-in-flight” nəşrinə öyrəndiyi hekayələr barədə danışıb.
1979-cu ildə İranda İslam inqilabı baş verib. Həmin vaxtdan bu günə qədər ölkədə homoseksual əlaqədə ittiham olunan 4 mindən çox kişi edam olunub. Ən səs-küylü edam 2005-ci ildə iki yeniyetmə oğlan Mahmud Asqari və Ayaz Marxoninin edamı oldu.
İranı tərk edib, Dənizliyə gəlmək qərarı verənlər əksər vaxt Türkiyədə qeyri-leqal yaşayır. Tikiş fabriklərində işləməklə çörək pulu qazanırlar. Türkiyədə istehsal olunan ucuz mal alırsızsa, çox güman ki, o, qeyri-leqal miqrantlar tərəfindən tikilib.
İran həyatının qəribəliklərindən biri də odur ki, insanlar eyni cinsdən olan partnyorlarla görüşə bilməz, amma onlardan biri cinsini dəyişsə, bu artıq məqbul sayılır. Gənc bir oğlan danışıb ki, dostu ilə leqal yaşaya bilməsi üçün ailəsi onu cinsini dəyişməyə məcbur edib. O, hormonal terapiya qəbul etməyə razılıq verib, amma orqanizmi dərmanı qəbul etməyib, həkimlər də həyatına görə narahat olmağa başlayıblar. Valideynləri isə terapiyanın davam etdirilməsini tələb edirdilər: onlar üçün reputasiya və qanunlara riayət oğullarının həyatından daha vacib idi.
Qadınlarla əlaqə qurmaq ən çətinidir, amma bu o demək deyil ki, İranda onlar daha azdır. Onların məxfiliyi və insanlardan gizlənmək istəyi anlaşılandır: şərq ölkəsində onlar cəmiyyətin ən zəif üzvləridir.
Din çox vaxt İranda homoseksuallara qarşı həddən artıq qəddar münasibət üçün pərdə rolunu oynayır. Bu şəkildə gənc oğlanlar onlardan birinin anasının hicabı altında gizləniblər. Uşaq vaxtı o, tez-tez anasından hicabı taxmaq üçün götürüb, buna görə də həmişə cəzalandırılıb.