Şimal qütbündən uzaqda, elflərin köməyi olmadan və möcüzəsiz-zadsız iyirmi səkkiz yaşlı Armen öz qonaq otağını Şaxta babanın emalatxanasına çevirib. Onun öz əlləriylə hazırladığı yolka oyuncaqları sonradan yaxınlarının, dostlarının və müxtəlif təşkilatların yolkalarını bəzəyir.
“Əvvəlcə mən oyuncaqları el-belə maraq üçün düzəldirdim. Sonra başa düşdüm ki, bundan qazanmaq da olar. Çoxlu müxtəlif maraqlı oyuncaq hazırladım və ayrı-ayrı təşkilatlara təklif etməyə başladım, bəziləri ilə əməkdaşlığım alındı.
“Əgər rəssam, incəsənət adamı üçün işi onun yeganə gəlir mənbəyidirsə, bu hansısa mənada onun azadlığını məhdudlaşdırır, amma bundan qaçmaq olar və lazımdır. Misal üçün, mən özüm üçün də, sifarişlə də işlər görürəm və burada sifarişçinin istəyinə əsaslanıram. Sifarişlə 10 yolka düzəltmək bir şeydir, birini özün üçün hazırlamaq tamamilə başqa şey, bu iki fərqli əhval-ruhiyyədir.
Armendən yolka “resepti
Rəngli sap yumağı: 1-2 dənə Yapışqan (emulsiya): 3 çay qaşığı Plastik stəkan: 1 dənə İynə: 1 dənə Folqa ilə sarınmış karton: 50 santimetr Yaxşı əhval və fantaziya: hədsiz miqdarda.
“Mənim 240 eyni cür oyuncağa sifarişim vardı. Bax, bu artıq işdir burada yaradıcılıqdan danışa bilməzsən. Amma mən həm də konkret adamlar üçün öz istəyim və zövqümə uyğun fərdi oyuncaqlar da düzəldirəm. Yeni ildə hamı şokolad qutusuyla qonaq gedir, mənsə bu il hamıya oyuncaq bağışlamaq qərarına gəlmişəm. Bu, həm daha xoş, həm də daha orijinaldır, mənim oyuncaqlarım dostlarım və qohumlarımın yolkalarında asılanlardan fərqlənirlər.
“Bir çox kişilərə mənim yolka oyuncaqları düzəltməyim və ümumiyyətlə əl işləri ilə məşğul olmağım qəribə gəlir… Onların bir çoxları indi işləyir, amma bir müddət sonra, lap elə yaş həddinə görə işlərini itirə bilərlər. Mənimsə həmişə mənimlə qalacaq istedadım var.
“Şaxta babaya inanıram, amma bu il heç nə xahiş etməyəcəm və ürəyimdə arzu tutmayacam. Mən artıq arzuma çatmışam və indi o mətbəxdədir (həmin vaxt Armenin sevgilisi mətbəxdə qəhvə hazırlayırdı). Əsası odur ki, biz birlikdəyik.