Şərh: “Avropa diplomatiyasının biabırçılığı”. Rusiyaya AŞPA-da üzvlük niyə qaytarıldı
Avropa Şurası Parlament Assambleyası (AŞPA) iyunun 25-də Rusiyaya təşkilatda səs hüququnu qaytardı — Moskva əvəzində ötən illərə görə bütün borc və cərimələri qaytarmağa söz verib, bu isə 75 milyon avrodur.
Rusiyanın səs hüququndan məhrum edilməsi haqda qərar 2014-cü ildə Krımın ilhaqına görə qəbul edilib. İndi reqlamentin dəyişdirilməsi və Rusiyanın AŞPA-ya qaytarılması üçün 118 deputat səs verib, 62 nəfər əleyhinə səs verib, daha 10 nəfər səsvermədən imtina edib.
Niyə Rusiyaya səs vermək hüququnun qaytarılması barədə qərar qəbul edilib
İlk baxışdan bu, prosedur məsələ üzrə — AŞPA-nın işinin reqlamentində dəyişikliklər barədə səsvermə idi.
AŞPA-nın reqlament komitəsinin başçısı belçikalı Petra de Sutter “Parlament Assambleyasının səlahiyyətlər və səsvermə ilə bağlı qərar qəbuletmə prosesinin təkmilləşdirilməsi” adlanan hesabat təqdim edib.
Amma əsas yeni bənd xüsusi olaraq Rusiya üçün reqlamentə daxil edilən qayda oldu — bundən sonra “üzvlərin səs vermək, çıxış etmək və assambleya və onun orqanlarında təmsil olunmaq hüququ dayandırıla və ya geri çağırıla bilməz”.
Faktiki olaraq, assambleya pozucuları cəzalandırmağa imkan verən alətdən məhrum olub və indi daha çox iştirakçı ölkələr üçün diskussiya klubu olacaq.
•Rusiyaya qarşı Avropa sanksiyaları: söz və iş
•Ukrayna və Rusiya: müharibədə düşmən və ya ticarət tərəfdaşları?
•Yeni Avropa Parlamentində Avropa İttfaqının düşmənlərindən daha çox, tərəfdarları olacaq
Deputatlar əsasən Ukraynadan olan deputatlar tərəfindən təklif olunan 220 düzəlişi nəzərdən keçirməli olub.
Amma demək olar ki, bütün düzəlişlər rədd edilib. Hər birinin müzakirəsi üç dəqiqədər artıq olmasa da iclas sədri yenə də tələsməyi təklif edirdi.
Nəticədə Rusiya yenidən tamhüquqlu AŞPA üzvüdür.
Səsvermənin nəticələri ilə deputatların adbaad siyahısına burada baxmaq olar.
Rusiyanı niyə səs hüququndan məhrum ediblər
Rusiyanın nümayəndə heyətini AŞPA-da səs hüququndan 2014-cü ilin yazında Krımın ilhaqından dərhal sonra məhrum ediblər.
Cavabında Rusiya sadə və məlum olduğu kimi, effektiv qərar qəbul edib: Moskva Avropa Şurasının maliyyələşdirməsini əvvəlcə azaltdı, 2017-ci ilin iyununda isə tamamilə kəsdi. Rusiyanın pulu Avropa Şurasının büdcəsinin 1/10 hissəsidir.
Bir neçə il AŞPA sərt mövqe tutub — bəyanatlar verilirdi ki, ancaq Krım və Donbass məsələlərində “ciddi irəliləyiş” Rusiyanın Assambleyaya qaytarılması üçün qapıları aça bilərdi.
Amma indi bütün bu tələblər unuduldu. Buna kömək edən o oldu ki, Moskva Rusiya nümayəndə heyətinin “bütün hüquqlarının” qaytarılmasından sonra ötən illərə görə bütün borc və cərimələri, 75 milyon avronu qaytarmağa söz verib.
“Avropa diplomatiyasının biyabırçılığı onda deyil ki, Rusiya AŞPA-ya qayıdıb, məhz bu cür qayıtmasındadır”, — Ukraynanın Avropa Şurasında daimi nümayəndəsi Dmitri Kuleba qərarı şərh edir.
Avropa Şurasının “real siyasəti” nədən ibarətdir
Görünən odur ki, hadisələrin bu cür gedişatı bir neçə amillə bağlıdır.
Birincisi, bu, Avropa Şurasının baş katibinin, norvegiyalı Yaqlandın tarixə “sülhməramlı” kimi düşmək — Rusiya və Avropanı ümumi meydana qaytarmaq istəyi ilə bağlıdır.
İkincisi, Almaniya ilə Fransa tərəfindən müəyyən yeni “real siyasət” var.
Prezident Makron və kansler Merkel Putinlə 2019-cu il may ayının axırlarında telefon danışığı zamanı deyiblər ki, Rusiyanın “Avropa Şurasında tamhüquqlu yeri var” və “onun Aİ-də bütün hüquq və öhdəlikləri ilə birlikdə saxlanmasına imkan verən qərarın tezliklə tapılmasının” vacibliyini qeyd ediblər.
Fransa və Almaniya Avropa İttifaqında əsas oyunçulardır və onların Rusiyanın AŞPA-ya qaytarılması qərarının qəbul edilməsində lider rolu həyəcanlı siqnal ola bilər.
Yəqin söhbət ondan gedir ki, Qərb ölkələri Rusiya ilə münasibətlərin normalaşdırılmasına getməyə getdikcə daha çox hazırdılar.
İndi necədir
AŞPA-nın qərarına cavab olaraq, Ukrayna nümayəndə heyətinin üzvləri sessiyanın işində iştiraklarını dayandırıblar.
Rusiya nümayəndə heyəti isə bu az da irəli gedərək, Dövlət Duması deputatı Leonid Slutskini AŞPA-nın vitse-prezidenti postuna irəli sürüb.
Ukraynalı deputatlar onun avtomatik təyinatını bloklaya bildilər. İndi Slutskinin namizədliyinə AŞPA-nın bütün üzvləri gizli səsvermə ilə səs verməlidirlər. Burada konkret bu deputat ətrafında kontekst də vacibdir: Slutski Ukrayna ərzisinə “qoşunların yeridilməsi” haqda qərara səs verdiyinə görə beynəlxalq sanksiyalar altındadır. Rusiya nümayəndə heyətinin on bir üzvündən altısı kimi.