Sədərək ticarət mərkəzində yanğın: 16 nəfər ziyan çəkib, ölən yoxdur
Foto: MeydanTV
Sədərək ticarət mərkəzində yanğın zamanı 16 nəfər ziyan çəkib. Onlardan çoxu yanğınsöndürəndir. Ziyan çəkən on nəfər xəstəxanaya yerləşdirilib.
• Azərbaycanda enerji apokalipsisi: bu necə baş verib?
Yanğın avqustun 4-də axşam parfümeriya saxlanılan anbarda baş verib. Yanğını üç saat sonra söndürmək mümkün olub. O zamana qədər 900 kvadratmetrlik ərazidə mal dolu anbarlar tamamən yanıb. Ümumilikdə bazarın sahəsi 100 hektar təşkil edir.
Yanğın səbəbi hələlik bəlli olmayıb.
Bu, Sədərək ticarət mərkəzində baş verən ilk yanğın deyil. Ən son bazar 2018-ci ilin noyabrında yanmışdı.
Bundan başqa, 2019-cu ilin martında yanğın Bakının Nizami rayonunda Diqlas ticarət mərkəzini məhv etmişdi