Ondan başlayaq ki, siz Gürcüstan – Azərbaycan sərhədini keçdikdən sonra səyahətiniz sizə 2 qat ucuz başa gələcək. Azərbaycanın milli hava yolları şirkəti AZAL-ın qiymətləri olduqca bahadı. Ölkəyə uçuş həyata keçirən xarici hava yolları şirkətlərinin də qiyməti AZAL-in qiymətlərinə yaxındı. Bununla əlaqədar olaraq Azərbaycanda ucuz bilət almaq müşkül məsələyə dönüb. Bu bahalığa görə bir çoxları üçün səyahət sadəcə arzu olaraq qalır.
İkinci hiylə
Tiflisə uçmaq lazım deyil. Daha yaxşı olar ki, buraya avtobusla gələsiz. Biletin qiyməti sizə 12.5 manatdır. (12 dollar) Daha yaxşı olar ki, Tiflisdən yox Gürcüstanın digər şəhərlərindən -Kutaisi, Batumidən uçan hava yolları şirkətlərindən istifadə edin. Məsələn, WizzAir şirkəti Kutaisidən Budapeşt, Katoviçe, Kiev və Varşava şəhərlərinə 20 evrodan başlayan qiymətlərlə uçur.
Üçüncü hiylə
Əvvəlcədən planlaşdırın. Mən Polşadan Norveçə 7 dollara, Amsterdamdan Kölnə isə 10 dollara uçmuşam. Qənaət etmək istəyən səyahətçi üçün ən vacib məsələ – vaxtdır. Yaxşı olar ki, planlaşdırılan uçuşdan ən az 3 ay əvvəl bilet alasınız. Daha yaxşı olar ki, həftə sonu və gecə reyslərinə bilet alasınız. Biletləri isə yalnız hava şirkətlərinin rəsmi saytlarından yox aşağıdakı saytlardan da almaq olar: skyscanner.net, opodo.com, edreams.com, skycheck.de və tripadvisor.com.
Dördüncü hiylə
“Ucuz mehmanxana və “ucuz hostel spzləri sizi qorxutmasın. Dünyada təmiz və mərkəzə yaxın yerləşən ucuz və ulduzsuz mehmanxana çoxdur. Hostellərdə isə 15 nəfərin yatdığı otaqda yatmalısınız deyə bir qanun yoxdur, olduqca rahat 2 nəfərlik otaqlar var. Ucuz otel və hostellərlə buradan tanıış ola bilərsiz. hostels.com, hostelworld.com
Beşinci hiylə
Nə qədər ziddiyətli səslənsə də sizin səyahətinizin ən baha hissəsi Avropaya gələnə qədərdir. Daha sonra səyahət dəfələrlə ucuz olacaq. Əgər siz düzgün mənblərdən istifadə edirsinizsə daha uğurlu səyahət edə bilərsiz. Avropanın loukoster şirkətlərininin saytları ilə tanış olun ryanair.com; easyjet.com; germanwings.com; wizzair.com;corendon.com;vueling.com.