Şərh: Putin-pançer
Gürcüstan pisləyir, NATO qaş-qabaq tökür – Tbilisinin icazəsi olmadan Abxaziyaya gələ bilməzmiş. Reaksiya Abxaziyadakı hava qədər gözlənilən və Antarktidanın buzlaqları qədər reallıqdan uzaqdır.
Həm qərbyönlülərin, həm də rusofillərin bir hissəsinin razılaşdığı versiya var – Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda vitse-prezident Mayk Pensin Gürcüstana etdiyi səfərin altında qalmamaq üçün Pitsundaya gəlib. Hətta bu versiya da öz sadəlövhlük dərəcəsinə görə məni bir qədər mütəəssir edir.
Putin ancaq birinci, uzaq başı ikinci prezidentlik dövründə bu və ya digər amerikalı məmurun, hətta ən yüksək rütbəli olsa da, hərəkətinə belə uşaqcasına reaksiya verə bilərdi.
Amma indi Qərblə Rusiya arasında cızılan hüdudlar bu qədər stabilləşmişkən, Putin özü isə on yeddi ildir, millət lideri roluna alışmışkən, hətta artıq təlaşdan bir qədər yorulmuşkən… İndi heç bir Maykl Pens onda hədsiz emosiya oyada və onu prezident həyatının adi nizamından ayıra bilməz.
Avqustun səkkizi Vladimir Puçtin üçün əlamətdar gündür. Çünki düz doqquz il əvvəl o, adətən olduğu kimi daima gülümsəyən rəqibin alçaldıcı zərbələrindən yayınaraq boks “oynamadı”, özü döyüşün ortasında qəfildən üslubu dəyişmək və pançer olmaq qərarına gəldi. Yəni döyüşdə texnikaya, əllərinin və ayaqlarının sürətinə deyil, zərbənin gücünə güvənən boksçu oldu, həm də elə zərbənin ki, adamı dizi üstə çökdürür.
Düşünürəm ki, bu pançer rolu onun özünün də xoşuna gəlir. Əks təqdirdə onun uzun zaman əvvəlcədən yazılmış, dopdolu qrafikində avqustun səkkizi xüsusi tarixlər cərgəsində yer almazdı.
Onun Cənubi Osetiya və Abxaziyaya bütün səfərləri bir qayda olaraq, avqustun səkkizinə təsadüf edib. Hər halda quqllayaraq Vladimir Putinin hərəkət xronologiyasını izləmək və Maykl Pensin məsələyə heç bir aidiyyətinin olmadığını almaq mümkündür.
Hətta əminliklə deyə bilərəm ki, Cənubi Osetiyada beşgünlük müharibənin başlamasının onuncu ildönümünü o Qafqazda – Sxinvalda keçirəcək. Hətta əgər bundan əvvəl ABŞ prezidenti Donald Tramp Gürcüstana səfərinin anonsunu verib, sonradan “onsuz da mürəkkəb olan Amerika-Rusiya münasibətlərini daha da gərginləşdirmək istəmirəm” bəhanəsilə səfərini təxirə salsa da Vladimir Putin istənilən halda Cənubi Osetiyaya gələcək.
Yenə də məhz ona görə ki, o, avqustun səkkizində pançer olub. Bu cür üslublu boksçu əlbəttə ki, axşamların birində baletə gedə bilər. Amma heç kimin ağlına belə gəlməz ki, o baleti sevdiyi üçün tamaşaya gedib.
Putin də belədir, onu Böyük Teatrda görmək mümkündür, amma başqa axşamların birində, üstəlik onun bu sənət növünün bütün incəliklərinə hakim olduğu ilə bağlı uydurmalara da ehtiyac yoxdur.
Düz doqquz il əvvəl onun içində sarsıdıcı zərbə endirməyi bacaran maçonun doğulıduğu həmin günü – avqustun səkkizi axşamını o, ancaq və ancaq döyüşçülərin turnirinə sərf edə bilər.
Bu o deməkdir ki, Putinin bu və ya digər dərəcədə davranışının dəyişməsinə səbəb olan Abxaziya səfərindən sonra o, nə kinoya, nə teatra, nə də sevdiyi balıq ovuna gedə bilərdi – o, məhz qanın tərə qarışdığı, sümük şaqqıltısının səsi isə upuzun ayaqlı gözəllərdən daha çox həyəcanlandırdığı döyüşə gedərdi.
Bir sözlə, bu günü Rusiya prezidenti Vladimir Putin elə əvvəldən təsəvvür etdiyi və başqalarının zərbələrinə fikir verməyən, istisnasız ancaq öz zərbələrinə güvənən əsl pançerin keçirməli olduğu kimi keçirib.
Putin kiminsə çox xoşuna gəlir, kimi isə əksinə, dəhşətli dərəcədə qıcıqlandırır. Səbəb sadədir – çünki o pançerdir.
Material müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun şəxsinə aiddir və JAMnews- un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır