2018-ci il sentyabrın 9-da Rusiyanın müxtəlif şəhərlərində pensiya yaşının qaldırılmasına qarşı keçirilən kütləvi etiraz aksiyalarında 839 nəfər saxlanılıb.
Etirazın təşkilatçısı Rusiya müxalifətinin lideri Aleksandr Navalnıdır. Amma o özü aksiyalarda iştirak etməyib, çünki 2017-ci ilin dekabrında analoji etirazların təşkilində ittiham olunaraq 30 sutka həbs cəzası alıb.
Əlində üzərində Putinin portreti olan və “oğru”yazılmış plakat tutan etirazçı. 9 sentyabr 2018. REUTERS/Anton Vaqanov
Aksiya ümumilikdə Rusiyanın 81 şəhərində keçirilib, amma onlardan yalnız 11-ni hakimiyyətlə razılaşdırmaq mümkün olub.
On minlərlə insan Rusiya şəhərlərinin küçələrində addımlayaraq “Çar rədd olsun!”, “Putin oğrudur!”, “Putin xalq dümənidir!”, “Putin, çıx get!” şüarlarını səsləndiriblər.
Etiraz edənlərin əksəriyyəti 30 yaşına qədər gənc insanlardır, baxmayaraq ki, formal səbəb pensiya islahatlarıdır.
Sankt-Peterburqda keçirilən aksiyalar. 2018-ci 9 sentyabr. REUTERS/Anton Vaqanov
Polis mitinqçilərə qarşı güc tətbiq edib, aksiya iştikakçıları dubinka ilə döyülüb, məntəqələrə aparılıblar.
«ОВД-Инфо» saytının xəbər verdiyi kimi, ümumilikdə 839 nəfər mitinq iştirakçısı saxlanılıb. Saxlanılanların böyük hissəsi Sankt Peterburq və Yekaterinburqdandır.
Moskvada keçirilən etiraz aksiyasında. 9 sentyabr, 2018. REUTERS/Sergey Karpuxin
Sankt Peterburqda saxlanılma zamanı bir nəfərə ağır xəsarətlər yetirilib.
Moskvada 50-dən çox saxlanılan var.
Moskvada etiraz aksiyasının dağıdılması. 9 sentyabr, 2018. REUTERS/Sergey Karpuxin
İslahatlar əsasən, 2019-cu ildən pensiya yaşının addım-addım artırılmasını nəzərdə tutur: qadınlar üçün 63, kişilər üçün isə 65 yaşa qədər.
Pensiya yaşının müvafiq olaraq 2028-ci və 2034-cü illərə qədər bu həddə çatdırılması planlaşdırılıb.
Qanun layihəsi kəskin tənqidə səbəb olub və RF prezidenti Vladimir Putin bu yaxınlarda televiziya çıxışında bildirib ki, pensiya islahatını yumşaltmaq niyyətindədir. Məsələn, o söz verib ki, qadınlar üçün pensiya yaşı 63 yox, 60 yaşa yüksəldiləcək.
Sankt Peterburqda keçirilən etiraz aksiyasında. Plakatların birinin üzərindəki yazı: “Putin, bizim pullarımız hanı?”. Digərində Putin Pinokkio kimi təsvir olunub və sitat yazılıb: “İki cür yalan var: birinin ayaqları qısadır, digərinin burnu uzun”. 9 sentyabr, 2018-ci il. REUTERS/Anton Vaqanov
Bir çox siyasi şərhçilər hesab edir ki, Rusiya şəhərlərində keçirilən bu etiraz aksiyaları yay sakitliyindən sonra yeni siyasi mövsümün başlanğıcıdır.
Bu mövsüm qızğın olmağı vəd edir, çünki göründüyünə görə qətiyyətli etirazlara artıq yalnız Aleksey Navalnının gənc davamçıları yox, pensiya islahatlarının toxunduğu hər kəs hazırdır, bu isə Vladimir Putinin baza elektoratıdır.
Moskvada keçirilən etiraz aksiyasında. 9 sentyabr, 2018. REUTERS/Sergey Karppuxin
Rusiya cəmiyyətində etirazlar fəlakət həddində olan iqtisadi durum fonunda böyüyür. Bir çox Rusiya və Qərb ekspertləri vəziyyəti belə şərh edir.
Rublun kursu hədsiz düşür, qiymətlər və inflyasiya artır, yeni vergilərin tətbiqi gözlənilir.
Baş verənlər ilk növbədə Krımın ilhaqı, Donbasa mübaxilə və Böyük Britaniya ərazisində kimyəvi silah tətbiq etdiyi üçün qüvvəyə minən Qərb sanksiyalarının nəticəsidir.
Qarşıda yeni sanksiyalar var: Malayziyanın vurulmuş Boinqi və Suriyada törədilən hərbi cinayətlər.