Rusiyada 18 yaşlı tələbə universitetdə atəş açıb və 6 nəfəri qətlə yetirib
Rusiyada Perm universitetində tələbə atəş açıb
Rusiyanın Perm universitetində atışma nəticəsində ən azı altı nəfər həlak olub, 24 nəfər yaralanıb. Tələbələrə və müəllimlərə atəş açan şəxs saxlanılıb. Bu, həmin universitetin tələbəsidir. “Mən yolumdakı hər şeyi dağıtmaq istəyirəm”, – o, hücum öncəsi yazıb.
Universitet binasında atəş açan şəxs 18 yaşlı Timur Bekmansurovdur – «Новая газета» xəbər verib. O, həmin universitetin hüquq fakültəsinin birinci kurs tələbəsidir.
Пермский стрелок направляется к зданию университета
— Новая Газета (@novaya_gazeta) September 20, 2021
Видео: 112 pic.twitter.com/UwfwF7kPTe
O, mühafizəçini öldürərək universitet binasına daxil olub və binanın inçində insanlara atəş açmağa davam edib. O, öz adına qeydiyyatda olan ov tüfəngindən atəş açıb.
Hadisə yerinə gələn polis əməkdaşları Bekmansurovu saxlayıb, bu zaman o, müqavimət göstərdiyi üçün yaralanıb. Ona qarşı iki və daha artıq insanı qətlə yetirmək haqda maddə üzrə cinayət işi qaldırılıb.
Şəbəkədə atışma zamanı tələbələrin xilas olmaq üçün pəncərələrdən küçəyə tullandığını əks etdirən videolar yayılıb:
Очевидцы сообщают о стрельбе в Пермском государственном университете (ПГНИУ) — РЕН ТВ pic.twitter.com/aurZXxAx7m
— Актуальная Россия (@RussiaActually) September 20, 2021
Bekmansurov “Vkontakte” sosial şəbəkəsindəki səhifəsində ünvanı məlum olmayan təhdidlər paylaşıb.
“İçimdə qəzəb aşıb-daşır, yoluma çıxan hər şeyi dağıtmaq, bu dünyada mümkün qədər çox ağrı qoymaq istəyirəm, öldürə bilmədiklərim həmişəlik bu günü yadda saxlayacaqlar […] Mənim kimi tullantılar sizin ətrafınızdakı hər şeyi məhv edəcəklər, çünki dünya çürüyüb, siz hamınız içinizdən çürümüsüz”, – “Dojd” telekanalı qatilin son statusunu (bu status artıq silinib) dərc edib.
Rusiya medaisənda yazıldığına görə, Bekmansurosun sinif yoldaşları onun “çox sakit” olduğunu bildirir və deyirlər ki, o, həmişə silahlarla, müharibə ilə, terrorizmlə, terror aktları ilə maraqlanıb.
Oxşar hadisə mayın 11-də Rusiyanın Kazan şəhərində baş verib. Kollec tələbəsi İlnaz Qalyaviyev leqal yolla əldə etdiyi silahla əvvəllər təhsil aldığı məktəbə hücum edib. Hücum nəticəsində doqquz nəfər həlak olub.