“Rusiya üçün Rusiyanın ABŞ-da əldə olunan razılaşmaların harasında olduğu maraqlıdır”. Bakıdan şərh
Lavrov-Bayramov-Mirzoyan danışıqları
“Cənubi Qafqazda vəziyyətin nizamlanması üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına alternativ yoxdur”. Bu gün Ermənistan və Azərbaycan xarici işlər nazirlərilə üçtərəfli görüşün açılışında Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib.
Siyasi şərhçi Fərhad Məmmədov hesab edir ki, Rusiya ABŞ-da aparılan danışıqların nəticələrini, şübhəsiz ki, birinci ağızdan, danışıqların birbaşa iştirakçılarından öyrənəcək. “Rusiya həm də Rusiyanın ABŞ-da əldə olunan razılaşmaların harasın olması və fundamental fikir ayrılıqlarının olduğu məqamlara necə müdaxilə edə biləcəyi ilə maraqlanır”, – o deyir.
- Dövlət Departamenti azərbaycanlı aktivist Salayevin işini “diqqətlə izləyir”
- “Çirkli əllərinizi “Georgian Airways”dən çəkin!” – Gürcüstanda Rusiyaya uçuşlar ətrafında qalmaqal
- Azərbaycanda “İran casusu” ovu davam edir
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin razılaşmaları – sülhə aparan yol xəritəsidir”
Mayın 19-da günün ikinci yarısında Moskvada Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların növbəti raundu başlayıb. Danışıqlar masasına RF xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə iki ölkənin XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyan əyləşiblər.
Lavrov üçtərəfli görüşdən öncə jurnalistlərin qarşısında çıxış edərək görüşün konstruktiv keçəcəyinə, Ararat Mirzoyan və Ceyhun Bayramov birbaşa dialoqunun isə əlavə nəticələr əldə etməyə imkan verəcəyinə ümidini ifadə edib.
Lavrov Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələlərinin bütün kompleksinin nəzərdən keçirilməsini və gələcək addımların Rusiyanın imkanlarının nəzərə alınması ilə razılaşdırılmasını təklif edib.
“Liderlərimizin üçtərəfli bəyanatlarında, mahiyyətcə, davamlı həllərə nail olmaq üçün yol xəritəsi var. Biz Cənubi Qafqaz ətrafında vəziyyəti təhlil etdik, hesab edirik ki, bizim liderlərin razılaşmalarına alternativ yoxdur. Rusiya regionda sülh və sabitlik istəyir, burada Rusiyanın maraqları birbaşa əlaqəlidir. Rusiya Federasiyası vəziyyətin sabitləşməsinə dair qərarların yerinə yetirilməsinə hər cür nail olacaq, bu regionda bu və ya digər şəkildə iştirakda maraqlı olan digər ölkələrin də onlara hörmət edəcəyinə ümid edir”,- RİA – Novosti Lavrovdan sitat gətirib.
Lavrov Qarabağda və Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsinin, humanitar problemlərin həllinin, nəqliyyat kommunikasiyalarının açılmasının və sülh müqaviləsi mətninin razılaşdırılmasının vacibliyini qeyd edib.
“Rusiya bütün bunlarda tarixi rol oynayır”
Elə həmin gün səhər Lavrov əvvəlcə Bayramov, daha sonra isə Mirzoyanla ayrı-ayrı görüşlər də keçirib.
Lavrov və Bayramov görüşündə üçtərəfli görüşə hazırlıq məsələsinin müzakirəsi ilə yanaşı, iki ölkə arasında ikitərəfli münasibətlərə də toxunulub. Lavrovun sözlərinə görə, Moskva “Rusiya və Azərbaycan liderlərinin əvvəllər əldə etdikləri bütün razılaşmaların həyata keçirilməsinə tərəfdardır”. Eyni zamanda, o, “Şimal-Cənub” nəqliyyat dəhlizini qeyd edib.
Lavrovun Mirzoyanla görüşü zamanı rusiyalı nazir qeyd edib ki, üçtərəfli görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin “sülh müqaviləsi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyasına dair bütün məsələlər ” üzrə əldə etdikləri üçtərəfli razılaşmaların reallaşması müzakirə olunacaq.
Bütün bu istiqamətlər üzrə irəliləyişə nail olmaq “Qafqazda sabitlik üçün əsas şərtdir”, – Lavrov qeyd edib.
Onun sözlərinə görə, Rusiya bütün bunlarda “tarixi rol oynayır və ən ciddi maraqlara malikdir”.
Öz növbəsində, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanı üçtərəfli razılaşmaları pozmaqda, Laçında nəzarət-buraxılış məntəqəsi qurmaqda və Ermənistan ərazisinə daxil olmaqda ittiham edib. Eyni zamanda, Ermənistanın nizamlanma üzrə danışıqlara hazır olduğunu deyib.
Ekspert şərhi
Siyasi şərhçi Fərhad Məmmədov Lavrov-Bayramov-Mirzoyan görüşündən əvvəlki hadisələri və Rusiyanın sülh nizamlaması prosesndəki rolunu analiz edib, həmçinin hadisələrin gələcək inkişafına dair ehtimallarını bölüşüb:
Rusiya nə təklif edəcək?
“Ermənistanın baş naziri mayın 25-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünü elan edib. Bu gün, mayın 19-da xarici işlər nazirləri səviyyəsində görüş keçirilir. Yəni baş diplomatların görüşü liderlərin görüşünə 6 gün qalmış baş tutub. Bu maraqlıdır!
Şübhəsiz ki, Rusiya Birləşmiş Ştatlarda aparılan danışıqların nəticələrini danışıqların birbaşa iştirakçılarının öz dilindən öyrənəcək”.
Nə gözləməli?
“Bu kontekstdə xüsusi nümayəndə Xovayevin Bakıya səfəri diqqəti cəlb edir. Xovayev xarici işlər nazirləri və liderlərin görüşünə nə gətirib? Yəni o, xarici işlər nazirlərinin toplantısını, xarici işlər nazirləri isə dövlət başçılarının görüşünü hazırlayır!
Struktiv ssenari:
Azərbaycan şərti sərhəddə keçid məntəqəsi quraşdırdıqdan və Qərbin fəallığından sonra Rusiyada belə bir anlayış yaranıb ki, yanaşmasında nəyisə dəyişmək lazımdır. Əgər belədirsə, onda Xovayev sülh müqaviləsinin yeni Rusiya variantının layihəsini gətirib və ya Lavrovun mayın 19-da keçiriləcək görüşdə təqdim edəcəyi təklif və yanaşmaları düzəltmək üçün ABŞ-da nələrin müzakirə olunduğunu öyrənməyə gəlib. Xarici işlər nazirləri onları mayın 25-də keçiriləcək görüşdən əvvəl baxmaları üçün Azərbaycan və Ermənistan liderlərinə aparacaqlar.
Rusiya ABŞ-da əldə olunan razılaşmalarda Rusiyanın harada olması və prinsipial fikir ayrılıqlarının olduğu maddələrdə araya necə sıxışa biləcəyiilə də maraqlanır!”
Bəs Rusiya haradadır?
“Laçın yolunda eksklüzivlik itir. Rusiyanın Zəngəzur dəhlizindəki rolunun transformasiyası təhlükəsi var. Rusiya sülhməramlılarının Qarabağdakı taleyi və üçtərəfli bəyanatın müddəaları.
Bu məqamlarda Rusiyanın Bakı və Yerevanla münasibətləri fərqlidir.
Üçtərəfli bəyanatla bağlı Bakıdan dəstək var, Zəngəzur dəhlizinə dair də Bakıdan dəstək var, sülhməramlıların taleyinə gəldikdə isə, Yerevandan dəstək var.
Qarabağ erməniləri arasında hərbi diktaturanın nümayəndələri Rusiya üçün yeganə təsir rıçaqı olaraq qalır. Lakin Qarabağda Ermənistan Silahlı Qüvvələrinin qalıqlarını mühasirəyə alan, “Vardanyan layihəsini” zərərsizləşdirən və nəzarət-buraxılış məntəqəsi yaradan Bakıya təzyiqlərlə bağlı bu rıçaq effektli deyil; Yerevana münasibətdə isə Qarabağ məsələsi etiraz elektoratının birləşməsi ilə nəticələnmir.
Yəni hər şeyi sınayıblar. Biz reallığı qəbul edib, gündəmdəki müxtəlif mövzularda öz rolumuzu təyin etməliyik. Rusiya sülhməramlılarının fikrincə, Bakının şərtlərini qəbul etmək, reinteqrasiya prosesində konstruktivlik nümayiş etdirməkdir. Zəngəzur dəhlizi üzrə nəzarəti təmin etmək, sərhəd üzrə məsləhət vermək, KTMT-ni Ermənistana soxmaq.
Destruktiv ssenari:
Bu yolda çox cəhd etdilər, amma uğursuz oldular. Nəticə yoxdur, yalnız mövqelərdə itkilər var.
Hər halda, Moskvanın reaksiyasının markeri Qarabağda izləniləcək. Orada hərəkət məhz Moskvanın reaksiyası ilə bağlıdır. Yalnız orada Rusiyanın hələ də təsir rıçaqları var. Sonra isə məhduddur, çünki resurslar baxımından Ermənistanın dəstəyi olmadan Qarabağda müqaviməti yüksək səviyyədə saxlamaq mümkün deyil. Bakı ilə eskalasiya isə Qarabağda hərbi infrastruktura zərbələr endirilməsi ilə nəticələnəcək. Bakının son mesajları – Qarabağdakı hərbi infrastrukturun çəkilməsi məhz bununla bağlıdır”.