Rusiyada məhkəmə “Putini qovmağı” vəd edən şamanı məcburi müalicəyə göndərib
Yakutiya (Rusiya tərkibində region) sakini, özünü “şaman” və “ağ cadugər” adlandıran, həmçinin Rusiya prezidenti Vladimir Putini “qovacağını” vəd edən Aleksandr Qabışev psixonevroloji dispanserə məcburi müalicəyə göndəriləcək. İyunun 2-də Yakutiya məhkəməsi belə qərar çıxarıb – «Novaya qazeta» xəbər verib.
Onun xəstəxanaya yatıralacağı müddət müəyyən edilməyib. Dispanser nümayəndələri Qabışevin məcburi klinikaya yerləşdirilməsinə israr ediblər, çünki şamanın “öz şəxsiyyətini olduğundan daha yüksək dəyərləndirmədən əziyyət çəkdiyini” düşünürlər.
- Şaman ovu: Rusiyada “Putini qovacağını” vəd edən adama qarşı təzyiqlər davam edir
- Moskvada saxlanılan jurnalistlər – onlara həmkarlarının müdafiəsi üçün aksiya keçirməyə imkan verməyiblər
“Həkimlər bunu Qabışevin “hökumətə ziyan vuracağına, iblis və laməzhəb olduğu üçün Putini devirəcəyinə” dair ideyalar səsləndirməsi və “qanunla seçilmiş hakimiyyəti devirməyə çağırması” ilə izah ediblər”, – “İnsan Hüquqları Açıqcaları” təşkilarının əlaqələndiricisi Aleksey Pryanişnikov deyib.
Məhkəmə iclasından əvvəl Yakutiya meri Sardana Avksentiyeva Qarışevin müdafiəsi yönündə çıxış edib və şamanın təqib olunmasını “seçici cəzalandırma” adlandırıb. Onun fikrincə, dispanserin iddiası təmin edilərsə, “istənilən adamın “şəxsiyyətini olduğundan yüksək dəyərləndirməsi” adı altında məcburi müalicəyə göndərməyin mümkün olduğu təcrübə geri qayıda bilər”.
Şamanın özü həmin vaxt təmkinli olub. “Məhkəmə araşdırması mənfi nəticə versə, bu, son deyil, külək səpən tufan toplayacaq”, – hüquq müdafiəçiləri onun sözlərini səsləndiriblər.
Özünü şaman adlandıran Qabışev 2019-cu ildə magiyanın köməyi ilə “Putini qovmaq” üçün piyada Moskvaya yollanıb. Qabışev özünü Rusiyanı hazırkı prezidentin “iblis hakimiyyətindən” xilas etmək vəzifəsi daşıyan ağ cadugər adlandırır.
Şaman 2019-cu ilin sentyabrında, altı aydır ki, addımladığı Sibir çosesinin kənarında saxlanılıb. Onu Yakutiyaya göndəriblər və ev dustaqlığı ilə cəzalandırıblar.