Rusiyalı müxalif siyasətçi Aleksey Navalnı reanimasiyadadır. Böyük ehtimalla onu zəhərləyiblər
Rusiyalı populyar müxalif siyasətçi Aleksey Navalnı zəhərlənmə şübhəsi ilə Omsk şəhər xəstəxanasının reanimasiya şöbəsində huşsuz vəziyyətdədir.
Navalnı təyyarə ilə Tomsk şəhərindən Moskvaya qayıtdığı zaman onun halı qəfil pisləşib – bu haqda siyasətçinin mətbuat katibi Kira Yarmış məlumat verib. Təyyarə Omskda məcburi eniş edib və Navalnı təcili xəstəxanaya yerləşdirilib.
“Biz Alekseyin çayına qarışdırılan bir şeylə zəhərləndiyindən şübhələnirik. O, səhərdən bundan başqa heç nə içməyib”, – Kira Yarmış Twitter-də yazıb.
Navalnının təyyarədə ağrıdan qışqırdığını, daha sonra huşunu itirdiyini əks etdirən video sosial şəbəkədə yayılıb.
ალექსეი ნავალნი მოწამლეს🆘 რუსი ოპოზიციონერი პოლიტიკოსი და პუტინის ყველაზე მძაფრი კრიტიკოსი ალექსეი ნავალნი ქალაქ ომსკის საავადმყოფოში, უგონო მდგომარეობაში იმყოფება.◾️ ნავალნი დღეს დილით, ტომსკიდან მოსკოვში ბრუნდებოდა და თვითმფრინავში ცუდად გახდა. ამის გამო, ავიალაინერი ომსკში დაეშვა და ალექსეი ნავალნი სასწრაფო დახმარების ავტომანქანით საავადმყოფოში გადაიყვანეს.◾️ „კორუფციასთან ბრძოლის ფონდის“ (სწორედ მისი ხელმძღვანელია ნავალნი) მდივანი კირა იარმიში, რომელიც პოლიტიკოსთან ერთად იმყოფებოდა, ტვიტერზე წერს, რომ ალექსეი ნავალნი მოწამლულია.
Posted by ჯემნიუსი – JAMnews Georgian on ხუთშაბათი, 20 აგვისტო, 2020
Sosial şəbəkələrdə paylaşılan digər videoda siyasətçinin aeroportun uçuş zolağında xərəklə təcili yardım maşınına daşındığı görünür.
Xəstəxananın tibb xidmətinin rəisi Anatoli Kaliniçenko jurnalistlərə bildirib ki, Navalnı ağır vəziyyətdədir, süni nəfəs aparatına qoşulub. Amma “vəziyyətinin zəhərlənmə ilə əlaqədar olması ilə bağlı heç bir əminlik yoxdur”.
Выступление представителя больницы pic.twitter.com/s9vfS0cSDq
— Кира Ярмыш (@Kira_Yarmysh) August 20, 2020
Aleksey Navalnının yerləşdirildiyi xəstəxanaya polis və Rusiya İstintaq Komitəsinin əməkdaşları gəlib.
• Rusiyanın əsas müxalifətçisi sosial şəbəkələrdə necə media-imperiya yaradıb?
• Rusiya prezidentliyinə potensial namizəd Navalnı Qafqaz haqda nə düşünür?
• Rusiya prezidenti Navalnıdan nə gözləməli?
Navalnı kimdir?
44 yaşlı siyasətçi və korrupsiyaya qarşı mübarizə üzrə fəal Aleksey Navalnı uzun zamandır ki, Rusiya prezidenti Vladimir Putinin kəskin tənqidi ilə məşğuldur.
O, Rusiya hakimiyyətində korrupsiya faktlarının araşdırılması ilə məşğul olan Korrupsiya ilə Mübarizə Fondunun təsisçisidir.
Ötən il onun Korrupsiya ilə Mübarizə Fondu rəsmən “xarici casus” elan olunub və bu da hakimiyyətə fondda əlavə yoxlamaların aparılmasına imkan verib.

Navalnı bir neçə dəfə qanunsuz aksiyada iştiraka görə həbs edilib.
2013-cü ildə o, dövlət əmlakının talan edilməsi ilə bağlı “Kirovles işi” üzrə məhkum olunub. Navalnı haqqında çıxarılan bu hökmü siyasi adlandırıb.
Məhkumluğuna görə 2018-ci il prezident seçkilərində onun namizədliyi qeydə alınmayıb.
2019-cu ilin iyulunda Navalnı həbsdə olduğu zaman “kəskin allergik reaksiya” diaqnozu ilə Moskva Kliniki Xəstəxanasına yerləşdirilib. O zaman həkimlər allergiya səbəbini müəyyən edə bilməyib.
Putinin zəhərlənən rəqibləri. Xronika
Aleksey Navalnının xəstəliyinə oxşar əlamətlərlə qəfil zəhərlənmə qurbanı olan Vladimir Putin tənqidçilərinin siyahısı xeyli uzundur:
– Rusiyanın keçmiş baş naziri Yeqor Qaydar.
– Jurnalist Yuri Şekoçixin (vəfat edib).
-Jurnalist Anna Politkovskaya (daha sonra güllələnərək öldürülüb).
– Müxalif siyasətçi Vladimir Kara-Murza (iki dəfə zəhərlənib).
– Xüsusi xidmət orqanlarının Böyük Britaniyada yaşayan keçmiş əməkdaşı Aleksandr Litvinenko (vəfat edib).
– Xüsusi xidmət orqanlarının Böyük Britaniyada yaşayan keçmiş əməkdaşı Sergey Skripal və qızı Yuliya (həkimlər onları xilas edə bilib, amma zəhərli maddənin olduğu içkidən içən təsadüfi şəxs həyatını itirib).