Moskva, koronavirus: “Dəhşət və öz xalqının soyqırımı” – həkimlər hakimiyyətin hərəkətlərinə qiymət verir
Paylaşmaq
Paylaşmaq
Moskvada
düşünülməmiş buraxılış sistemi yüzlərlə insanın metronun girişlərində
toplanmasına səbəb oldu. Pasxada kilsələrdə və onların yaxınlığında çoxsaylı
insan izdihamlarının yaşanacağı da gözlənilir.
Bütün bunlar birlikdə 10-14 gündən sonra Rusiyada koronavirusun yenidən alovlanmasına gətirib çıxara bilər.
Bir sutka ərzində Rusiyada 4,785 nəfər koronavirusla xəstələnib. Ümumilikdə, aprelin 18-nə qədər 36,793 nəfər yoluxub. Bunlardan 313 nəfəri ölüb.
Xoş məramlar
Moskva hakimiyyəti aprelin 14-də koronavirusla mübarizə üzrə tədbirlərin sərtləşdirilməsi haqqında elan verdi. Bu tədbirlərdən biri Rusiyanın paytaxtında buraxılış sisteminin tətbiqi oldu.
Buraxılış
vəsiqələrini şəhərdə hərəkət edən hamı almalı idi – işinə görə, həkimə getdiyinə
görə, yaşlı qohumlarına baş çəkməyə görə (yaşı 65-dən çox olan insanlara
yaşayış yerlərini tərk etmək qadağandır).
Ümumiyyətlə. təxminən 2 milyon buraxılış verildi. Sonradan isə bunların yoxlanılmasına başlandı.
Şəhərin
və metro stansiyalarının bütün girişlərində polis patrulları qoyulub və burada
buraxılışlarla pasportlar yoxlanılır.
Nəticədə,
Moskvanın girişində saatlarla uzanan tıxaclar yaranıb. Metro stansiyalarında nəhəng
izdihamlar toplaşıb və burada insanlar fiziki olaraq bir-birindən hər hansı məsafəni
saxlamaq iqtidarında olmayıblar.
Sosial şəbəkələrdə yollardakı tıxacların və insanlarla dolu metro stansiyalarının xeyli şəkilləri və videoları var.
Bununla
birlikdə, həmin gün şəhərdə hərəkət etməyə cəhd edən insanlar ən zəruri adamlar
idi – həkimlər, çatdırılma xidmətlərinin kuryerləri, kommunal xidmətlərin əməkdaşları.
Hiddət partlayışı ilə üzləşmiş hakimiyyət tezliklə yoxlamaları ləğv etdi, lakin dəymiş zərbəni geri qaytarmaq mümkün deyildi.
“İki həftəlik karantin puç oldu”
Tibb
emləri namizədi, Moskvanın ən iri tibb şirkəti olan “Medsi”nin aparıcı mütəxəssisi
David Matevosov Azadlıq Radiosuna müsahibəsində Moskvada baş verənləri belə
qiymətləndirib:
«Bu dəhşətdir, bu qorxuncdur, bu öz xalqına qarşı cəhənnəm və soyqırımıdır, bilmirəm, hansı sözlərdən istifadə edim. Az qala iki həftə yarım karantin puç oldu. Biz indi 2,5 həftə ərzində etdiklərimizin hamısını heçə endirdik. Öz axmaqlığımız ucbatından heç etdik.
Həkimlərin bütün əməyi, insanların maarifləndidilməsi üzrə bütün iş, bütün bu “evdə qalın” çağırışları – hər şey qələmin bir hərəkəti ilə və hakimiyyətin küt üsulları ilə pozuldu».
Proqnoz: növbəti təhlükə Pasxadır
Ölkə
miqyasında mütəxəssislər insanların Pasxada toplaşmasından da ehtiyatlanırlar.
Moskvada ayinlər möminlərin iştirakı olmadan keçiriləcək, lakin kilsələr Rusiya
regionlarının yarıdan çoxunda açıq olacaq.
Moskva
patriarxlığı bu məsələ üzrə qərar verə bilməyib və regional yeparxiyalara qərar
çıxarmaqda müstəqillik verib. Dünyəvi hakimiyyət isə məsələyə qarışmağı
lüzumsuz bilib.
Bu,
elə bir halın yaranmasına gətirib çıxara bilər ki, mayın ortalarında –
inkubasiya dövrü bitəndən sonra – epidemiya bütün ölkə boyunca güclənə bilər.
Mütəxəssislər
hesab edirlər ki, 7-14 gün sonra Rusiyada yayılmanın yenidən alovlanmasını gözləmək
lazımdır.